Gün: Dekabr 14, 2017

Pensiyalarla bağlı dəyişiklik – Prezident hökumətə ÜÇ AY VAXT VERDİ

Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 825-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə aşağıdakı qərara alınıb: 1.Azərbaycan Respublikasının Nazirlər Kabineti: […]

Türkiyədən Ermənistana sərt cavab: Öncə Xocalının hesabını verin!

Turkustan.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında münasibətlərlə bağlı açıqlamasına cavab verib. Türkiyə XİN məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Nalbandyanın dekabrın 13-də Afinada verdiyi açıqlamada iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürih şəhərində imzalanmış protokollarla bağlı fikirləri əsassızdır […]

Elxan Cəlilov Tehranda keçirilən Beynəlxalq Aşıq Festivalında ölkəmizi təmsil edib – FOTOLAR

Elxan Cəlilov Tehranda keçirilən “Beynəlxalq Aşıq Festivalı” nda ölkəmizi təmsil edib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov Tehranda keçirilən “Beynəlxalq Aşıq Festivalı” nda ölkəmizi təmsil edib. Belə ki, İran İslam Respublikasının Tehran şəhərində İran Aşıqlar Birliyinin […]

Maşın bazarında yeni qayda: Oliqarxlara qazanmaq imkanı yaradıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd və ya 2,04 dəfə artıb. Bu dövrdə ölkəyə 169 avtobus (ötən il 80 olmuşdu), 8 577 minik avtomobilli […]

Arvadına zəng edən qonşusunu çölə aparıb döydü, lüt soyundurdu, sonra… – Kürdəmirdə İNANILMAZ OLAY

Arvadına mesaj yazamaqda və onu narahat edən şəxsə işgəncə verməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info  xəbər verir ki, Mübariz Əhmədovun qonşusu Elsevər Məmmədovun onun arvadı Flora Əhmədovaya dəfələrlə zəng edib, onu narahat edib. Bu səbəbdən Mübariz Əhmədov 6 […]

ABŞ-ın ən yeni silahları İŞİD-in əlinə keçdi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Suriya üsyançılarına məxfi şəkildə çatdırdığı ən yeni silahlar İŞİD terror qruplaşmasının döyüşçülərinin əllərinə keçib. Turkustan.info xəbər verir ki, bu haqda Böyük Britaniyanın “Conflict Armament Research” təşkilatının məruzəsinə istinadən “USA Today” qəzeti yazıb. Göstərilən məlumatlara əsasən, söhbət xüsusi halda, tank əleyhinə silahlardan gedir. Məruzənin müəllifləri belə nəticəyə gəliblər […]

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verilib. Turkustan.info-nun xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5-ci (xidmət fəaliyyətinin təşkili) maddəsinin 5.6.12-ci bəndinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət […]

Saakaşvili: Putin məndən şeytandan qorxduğu kimi qorxur

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin ondan qorxmasından danışıb. Turkustan.info-nun xəbərinə görə, siyasətçi bu barədə öz Facebook səhifəsində yazıb. Saakaşvili Rusiya liderinin mətbuat konfransı zamanı onun adının çəkməsini xatırladıb: “O mənə nifrət edir və şeytandan qorxduğu kimi məndən qorxur”, – sabiq Gürcüstan prezidenti yazıb. Saakaşvili həmçinin […]

Azərbaycan əhalisinin sayı 9.9 milyona çatır

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min 360 nəfər və ya 0,7 faiz artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 883 min 341 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən AzərTac-a bildirilib ki, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. […]

Bayramqabağı ölkəni manat sürprizi gözləyir? – İqtisadçıdan şad xəbər

“FED-in uçot dərəcəsini artırması qərarı gözlənilməz olmadı və buna görə də bazar bu qərara sakit reaksiya verdi. Hətta FED-in qərarı açıqlanandan sonra avro dollara münasibətdə bahalaşmağa davam etdi”.  Turkustan.info bildirir ki,bu sözləri BakuPost.az-a açıqlamasında iqtisadçı Samir Əliyev Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini 0,25% – 1,25% səviyyəsindən 1,50%-dək artırmasına münasibət bildirərkən […]

Xaçmazda “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfrans təşkil edilib

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” mövzusunda konfrans keçirilib. Tədbirdə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, şagirdlər, eləcə də rayonun fəal […]

Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib – FOTOLAR

Dekabrın 14-də Milli Məclisin deputatı Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib. Azay Quliyev seçicilərinin əmlak, məşğulluq, hüquq, əfv, mənzil-kommunal məsələləri ilə bağlı müraciətlərini dinləyib və müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edib. Azay Quliyev bildirib ki, seçicilərin qaldırdığı məsələlər və üzləşdiyi problemlər daim onun diqqət […]

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşdülər

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. Turkustan.info xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri dekabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan azərbaycanlılara bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan […]

“Türkmənçay sülh müqaviləsi – 190: Tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Türkmənçay sülh müqaviləsi – 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib. Konfransda ölkəmizin, eləcə də Fransa, Rusiya, Moldova və Gürcüstanın nüfuzlu tarixçi alimləri iştirak ediblər. Tədbirin moderatoru, “İctimaiyyətlə əlaqələrin inkişafına yardım” İctimai Birliyinin sədri, filologiya üzrə […]

DTX-dan uğurlu əməliyyat: 16 terrorçu məhv edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son illərdə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terrorçu təşkilatların və qanunsuz silahlı birləşmələrin üzvləri olan 86 nəfər həbs edilərək məhkum olunub. APA-nın Dövlət Təhlükəsizliyi Xidmətinin terrorçuluğa qarşı mübarizə istiqamətində tədbirlərinin nəticələri barədə sorğusuna cavab olaraq, DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib […]

Putinin mətbuat konfransında gözlənilməz pankart: “Putin bay-bay” – VİDEO

Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransı ilə yenidən jurnalistləri ətrafına toplayıb. Turkustan.info xəbər verir ki, nəhəng media orqanları nümayəndələrinin də iştirak etdiyi konfransda ümumilikdə 1600-dən çox journalist qeydiyyatdan keçib. Hazırda da davam edən mətbuat konfransı bir çox maraqlı məqamlarla yadda qalıb. Belə ki, jurnalistlərdən birinin əlində tutduğu pankart diqqət çəkib. […]

TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

Bu gün TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Murat Akkoç Mətbuat Şurasında olub. Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlığın doğurduğu çoxşaxəli əməkdaşlıq xəttində media orqanları arasındakı münasibətlər də mühüm yer tutub. İllər keçdikcə qarşılıqlı iş birliyi yüksələn xətt üzrə inkişaf […]

QHT Şurası dövlət və millət üçün çalışan QHT-lərə böyük dəstək oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasından 10 il ötür.  Bu müddət ərzində Şura öz fəaliyyətini vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan reallıqlarının dünyaya çatıdırılması, dövlət orqanları ilə QHT-lər arasında münasibətlərin təkmilləşdirilməsi istiqamətində qurub və bir çox uğurlara imza atır. QHT Şurasının işinə qiymət verən “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas […]

Roza Zərgərli məhkəməni uduzdu: Yüz minlik iddia rədd edildi

Tanınmış müğənni Roza Zərgərli “Roza Zərgərlinin məşuqu bu icra baçısının kürəkəni imiş”  başlıqlı yazını yayımlayan saytları məhkəməyə verib.   Turkustan.info-nun məlumatına görə Roza Zərgərli BİG.Az saytına qarşı iddia qaldıraraq 100000 manat məbləğində mənəvi zərərin ödəniləsini məhkəmədən xahiş edib. Yazının mənbəyinin başqa sayt olmasına baxmayaraq müğənni məhz və yalnızca Big.Az saytını cavabdeh qismində […]

Azərbaycan media təmsilçiləri İstanbul şəhərinə səfər proqramı başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 14 nəfərlik nümayəndə heyətinin Türkiyənin İstanbul şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin Türkiyənin informasiya məsələlərinə məsul qurumlarında, aparıcı KİV-lərin redaksiyalarında, o cümlədən, müxtəlif iqtisadi, mədəni yönümlü təşkilatlarda görüşləri nəzərdə tutulub. Səfər proqramı […]

QÜDS: Bu şəhəri müqəddəs edən nədir? – 52 hücum, 23 işğal…

Son günlər bütün dünyada ən çox adı çəkilən və müzakirə olunan Qüds şəhəri… ABŞ prezidenti Donald Trampın bu şəhəri İsrailin paytaxtı elan etməsi və səfirliklərini Təl-Əvivdən Qüdsə köçürəcəkləri qərarı tək müsəlman aləmində deyil, digər dövlətlərdə də etiraza səbəb oldu. Bəs, müqəddəs adlandırılan bu şəhərin əhəmiyyəti nədir? Niyə müqəddəs adlandırılır? Qüds şəhərinin […]

Qənirə Paşayeva ərəb ölkələrinin media qurumlarına çağırış etdi

Millət vəkili Q.Paşayeva Ərəb Liqasının rəsmiləri ilə görüşüb və ərəb ölkələrinin media qurumlarını Qarabağ həqiqərlərinin yayılmasında daha fəal olmağa çağırıb. İraqda beynəlxalq konfransda iştirak edən millət vəkili Q.Paşayeva Ərəb Liqası baş katibinin köməkçisi, ərəb məsələləri və milli sektor üzrə idarə rəhbəri Xəlil İbrahim Əl Thavadi ilə görüşüb. Görüş zamanı Ermənistanın […]

Bu sərhəd əraziləri Ermənistandan alındı – İrəvan ŞOKDA

Ermənistanın İranla sərhədin yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırılıb. Turkustan.info xəbər verir ki, bu məsələdə Ermənistanda qalmaqala səbəb olub. Ermənistan mediası bu hadisəni “İranla sərhəd bölgəsinin Rusiya tərəfindən alınması” kimi dəyərləndirir. Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Ermənistan kağız üzərində suveren dövlətdir: “Lakin Rusiya hərbiçiləri Ermənistana […]

Gözünüzü səmadan çəkməyin, onları adi gözlə görəcəksiniz

Dekabrın 14-dən 15-ə keçən gecə saat 2-dən səhər saat 6-dək havada meteorit hadisəsini adi gözlə izləmək mümkün olacaq  Səmada baş verəcək növbəti “meteorit axını”nı adi gözlə də müşahidə etmək mümkün olacaq. Turkustan.info Trend-ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri […]

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı

Azərbaycan mobil rabitə bazarının lider mobil operatoru Azercell Telekom telekommunikasiya sektorunda daha bir yeniliyə imza atdı. Turkustan.info xəbər verir ki, ölkəmizin mobil rabitə bazarına GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə […]

İsrailin kəşfiyyat naziri Livanı yer üzündən siləcəkləri ilə hədələdi

“Sizi əmin edirəm ki, Livanı daş dövrünə qaytararıq”. Turkustan.info xəbər verir ki, bunu İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats mərkəzi Səudiyyə Ərəbistanıda yerləşən “Elaph” qəzetinə müsahibəsində deyib. On bir ilə əvvəl Livanın “Hizbullah” qruplaşması ilə İsrail ordusu arasında baş verən döyüşlər haqqında sualı cavablandıran nazir bildirib ki, yenidən […]

Nazəninin prodüseri Təranəni hədələdi: “Elə eləmə ki, intim mesajlarını yayaq” – QALMAQAL

Təranə Qumral bu gün ARB telekanalında yayımlanan “Səhər-Səhər” verilişində həmkarı Nazənindən üzr istəməyəcəyini deyib. Milli.az-ın xəbərinə görə,T. Qumral «Qanun budursa, mən ikiəlli razıyam. Amma assalar da, kəssələr də, məni həbs etsələr də, ölkədən kənara buraxmasalar da üzr istəməyəcəm» deyə bəyan edib. Turkustan.info bildirir ki, Yeniçag.az-a açıqlama verən Nazəninin prodüseri Pərviz […]

“Təhsillə elmi birləşdirmək lazımdır” – Deputatlar AMEA institutlarının ləğvini istədilər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tez-tez tənqidlərə tuş gəlir. Bu tənqidlər hətta rəsmi şəxslərin də dilindən eşidilir. Hər il dövlət büdcəsindən AMEA-ya xeyli vəsait ayrıldığı, amma bunun müqabilində yüksək səviyyəli işlərin görülmədiyi vurğulanır. Hətta AMEA-da bəzi institutların bağlanması təklifləri də gündəmə gətirilir. Turkustan.info bildirir ki, Modern.az saytı məsələ ilə bağlı Milli Məclisin […]

Arif Rəhimzadə qəzəbləndi: “Mənim o adda oğlum yoxdur”

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib. Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov Müşahidə Şurasının üzvləri təyin olunublar. Maraqlı məqam odur ki, Murad Rəhimovun deputat Arif Rəhimzadənin oğlu və ya Gənclər və İdman naziri Azad […]

17 yaşlı gənc qısqanclıq zəminində öldü – Ağdaşda DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsin adı məlum olub. Turkustan.info xəbər verir ki,  Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi Ə.Nəsibovu şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib. İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, qətlə yetirilən Ə.Nəsibov […]

Bakıda bu ərazilərdə tikinti qadağan edilməlidir: TƏHLÜKƏ VAR

Bu gün Azərbaycanın bəzi ərazilərində sürüşmə aktivliyi var. Bir neçə gün öncə sürüşməyə meyilli ərazilərdən biri olan Siyəzəndə baş verən anoloji olay nəticəsində 50 evdə çat yaranıb. 2012-ci ildə isə həmin ərazidə baş verən sürüşmə zolağında 27 evdə çat yaranmışdır.  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin […]

Yeni sədr deputatın oğlu deyilmiş… – Nazirin qardaşı oğlu çıxdı

Xəbər verildiyi kimi,  Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib. Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov Müşahidə Şurasının üzvləri təyin olunublar. Bəzi KİV-lər dünən yaydığı məlumatlarda Murad Arif oğlu Rəhimovu Milli Məclisin Regional məsələlər komitəsinin […]

Azərbaycan şəhid verdi – Cəbhədə gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətin verilən məlumata görə, Salahov Fizuli Süleyman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!   /Metbuat.az/

Gəl falına baxım – doğulduğunuz aya əsasən qiymətli daşınız və xarakter analizi

Lap qədim zamanlardan qiymətli daşlardan yalnız  bəzək  əşyası kimi deyil, həm də qoruyucu, talisman kimi istifafdə olunurdu və bu hər bürcün insanına fərdi qaydada seçilirdi. Daşların enerji yayması haqqında yəqin eşitmisiniz. Düzgün seçilmiş daş həyatda  köməyiniz ola bilər. Bəs talismanınızın  sizin xarakterinizdən xəbər  verdiyini bilirdinizmi? Bizimyol.biz maraqlı məlumatları diqqətinizə çatdırır. […]

FES-in artım qərarı və üzən manatın taleyi – EKSPERTLƏR DANIŞIR

Federal Açıq Bazar Komitəsi (FOMC) 2017-ci ilin son toplantısını reallaşdırıb. Turkustan.info Bloomberg-ə istinadən xəbər verir ki, FES uçot dərəcəsini 1,25% səviyyəsindən 1,50%-dək artırıb. İclasda, eyni zamanda, FES-in 2018-ci ildə faiz dərəcələrini üç dəfə artırmağı planlaşdırdığına dair siqnallar verilib. O da məlum olub ki, qurum 2019-cu ildə iki faiz artımı planlaşdırır. Qeyd edək ki, […]

II Dünya müharibəsində əsir düşən azərbaycanlı vəfat etdi – Meyiti yandırılıdı

İsveçrə vətəndaşı olan 97 yaşlı Hacı Cəfərov müalicə aldığı Bazel Dövlət Xəstəxanasında dünyasını dəyişib. Turkustan.info Report-a istinadən xəbər verir ki, o, ölümündən əvvəl Azərbaycanda, valideynlərinin yanında dəfn olunması ilə bağlı vəsiyyət edib. Amma İsveçrədəki Türk İcmasının və mərhumun dostlarının-yaxınlarının təşkilatçılığına və bütün cəhdlərinə baxmayaraq oğlu Retto Cəfərov onun cənazəsinin Azərbaycana göndərilməsinə […]

İran Qüdsə qoşun yeritməyə hazırlaşır

İran Respublikasının prezidenti Həsən Ruhani İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasıyla əlaqədar “İran olaraq müsəlman ölkələrin hər biri ilə əməkdaşlığa hazırıq. Beləliklə, Qüdsü qorumağa hazırıq. Bu məsələdə heç bir çəkinəcəyimiz və şərtimiz yoxdur” deyib. “A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Həsən Ruhani İƏT-in […]

Xarici ölkələrə işləyən azərbaycanlı casuslar AŞKARLANIB

Dövlət Sərhəd Xidmətinin (DSX) 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsi keçirilib.   Turkustan.info bildirir ki, DSX-nin mətbuat mərkəzindən Modern.az-a verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.   Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavirədə […]

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ – 19 dekabr tarixindən…

“Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji […]

Bu ölkəni darmadağın edəcəyik – İsraildən şok hədə

  İranın Livanda inkişaf etmiş bir raket müəssisəsi inşa etdiyini bilirik və qətiyyətlə bildiririk ki, bu bizim qırmızı xəttimizdir. Nəyin bahasına olursa olsun, icazə verməyəcəyik. Turkustan.info xəbər verir ki, bu sözləri İsrailin Kəşfiyyat naziri Yisrail Katz deyib. “Bəli, hərbi əməliyyat başladıb, eynən Suriyadakı kimi, onlara əngəl olacağıq. Daha güclü və […]

Quranı yerə atdılar, ancaq pişik… – İNANILMAZ GÖRÜNTÜ – VİDEO

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Turkustan.info xəbər verir ki, sahibi əlində tutduğu yeməyi Quran Kitabının üzərində gəzdirərək pişiklə oynayıb. Pişik isə müqəddəs kitabın üzərinə çıxmadan sahibinin əlindəki yeməyi götürməyə çalışıb. Lakin bir başqa kitabı tapdamaqdan çəkinməyən pişik izləyənlərə maraqlı anlar yaşadıb. Bəziləri videonu çəkən şəxsin hərəkətini dəstəkləməsələr […]

Putin Tehranda Əliyevdən nə xahiş edib – Sensasion iddia

Rusiyanın Azərbaycana yeni səfir təyinatı birinci cəhddə boşa çıxsa da, belə görünür, məsələ ətrafında diplomatik-siyasi gərginlik tam aradan qalxmayıb. Hər halda, xarici KİV-lərin və ekspertlərin davam edən şərhlərindən belə bir qənaətə gəlmək mümkündür. Turkustan.info Musavat.com-a istinadən xatırladır ki, bu il noyabrın 27-də Rusiya Prezidenti V.Putin Vladimir Doroxinin Rusiyanın ölkəmizdəki fövqəladə və […]

Bu uşağın ürəyi çöldədir – VİDEO

50 həkim saatlarla çalışdı və… Britaniyada yeni doğulan qız uşağı onu görən hər kəsi qorxuya salıb. Turkustan.info məlumatına görə, buna səbəb körpənin ürəyinin döş qəfəsində çox, bədənindən xaricdə olması olub. Belə ki, onun ürəyi bədənindən xaricdə, sinəsinin üzərində vurub. Əslində həkimlər onun ürək qüsuru ilə doğulacağını anaya hamiləliyin 9-cu həftəsində bildiriblər. […]

Bakıda otel satılır – Qiyməti 8,5 milyon manatdır + FOTO

Paytaxt Bakıda yerləşən 4 ulduzlu otel 8,5 milyon manata satışa çıxarılıb. Turkustan.info məlumatına görə, otel Bakı şəhərinin mərkəzinə yaxın ərazidə, Dəmir Yolu Vağzalının yanında yerləşir. 95 otaqdan ibarət otelin ərazisində böyük üzgüçülük hovuzu və fitnes mərkəzi də fəaliyyət göstərir. Otel üçün müəyyən edilən ilkin satış qiyməti isə 8.500 000 manatdır.  […]

BMT-nin hesabatı: Ermənilər ölkədən qaçır – VİDEO

Hazırda Ermənistanın əhalisi rəsmi statistikaya görə 3 milyondan bir qədər çoxdur. Lakin ermənilər özləri etiraf edirlər ki, ölkədə heç 2 milyon əhali yoxdur. Turkustan.info bildirir ki, mütəxəssislərin hesablamalarına görə, 2016-ci ildən cari ilin oktyabrına qədər Ermənistanda əhalinin sayi 14 min nəfər azalıb. Bu minvalla Ermənistanin əhalisi 2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 […]

Netanyahudan İstanbuldakı Qüds qərarına – Reaksiya

İsrail Baş naziri Benyamin Netanyahu ötən gün İstanbulda İƏT-in konfransında rus escort şişli Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmasına münasibət bildirib. Netanyahu sammitdə elan edilən bəyannamənin onlara heç bir təsirinin olmadığını söyləyib. Netanyahu fələstinlilərin həqiqəti dərk etməli olduğunu, sülh üçün çalışmağın lazımlılığını vurğulayıb: “Bütün bu bəyannamələr bizə təsir etmir. Qüdslə […]

İki məhbusun qaçmasına görə tutulan qarovul rəisi səhlənkarlığını etiraf edib

Bakıda 2 məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov vəkili ilə görüşüb. Turkustan.info xəbər verir ki, bu barədə “Trend”ə C.Səmədovun vəkili məlumat verib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində bəzi problemlər yaransa da, saxlanma şəraiti normaldır: “Səhhətində müəyyən problemlər var. Görüş zamanı onunla […]