Gün: Dekabr 15, 2017

Azərbaycanın Qazaxıstandakı səfiri bu ölkənin medalı ilə təltif olunub – FOTO

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Xarici işlər Nazirliyinin (XİN) medalı ilə təltif olunub. Turkustan.info bildirir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Qazaxıstanın xarici işlər naziri Kayrat Abduraxmanovun əmri ilə Azərbaycanın Qazaxıstandakı səfiri R.Məmmədov iki ölkə arasında əlaqələrin gücləndirilməsində mühüm töhfələr verdiyinə görə, “Qazaxıstan Rüspublikasının diplomatik xidmətinin […]

Bakıda üzərində erməni dilində yazılmış qoloqrama olan soyuducu satılır – FOTOFAKT

Bakıda üzərində erməni dilində yazılmış qoloqrama olan soyuducu satılır. Turkustan.info bildirir ki, bu barədə A24.Az-a oxucularımızdan biri məlumat verib. Adının açıqlanmasını istəməyən oxucu sözügedən soyuducunu bu gün məşhur “BAKU ELECTRONICS” mağazalar şəbəkəsinin Binəqədi filialında gördüyünü bildirib. Oxucumuz qarşılaşdığı hadisə ilə bağlı bunları deyib: “İki gün əvvəl “Baku Electronics”in Binəqədi filialında soyuducu alırdıq. Üstündə […]

Eldar Mahmudovun yeni görüntüləri: 1 milyard dollara görə dindirildi – FOTOLAR

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırıldığı və ifadə verdiyi məlum olub. Turkustan.info xəbər verir ki, bu dəfə Mahmudov oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard […]

BVF: Gələn il Azərbaycanda birrəqəmli inflyasiya olacaq

“2018-ci ildə Azərbaycanda inkişaf 2% olacaq. Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5 – 4% arasında dəyişə bilər”. Turkustan.info Report-a istinadən  xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər edən missiyasının rəhbəri Məhəmməd Əl Qorçi deyib. Onun sözlərinə görə, Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir: “Yeni qaz […]

Ordu hazır vəziyyətə gətirildi – DÖYÜŞ BAŞLAYIR

Türkiyə ordusu Suriyada PYD terrorçularının əlində olan Afrinə hücum üçün son hazırlıqlarını həyata keçirirlər. Turkustan.info xəbər verir ki, əməliyyat Azad Suriya Ordusu ilə birlikdə həyata keçiriləcək. Məlumata görə, hazırda bölgədə 10 min türk əsgəri və 15 min Azad Suriya Ordusunun döyüşçüsü əmr gözləyir. Bununla yanaşı, “bordobereli” qüvvələrinin də bölgəyə göndərildiyi […]

İlham Əliyev banklar haqqında SƏRƏNCAM İMZALADI

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev banklar haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 864-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin […]

İsrail əsgəri canlı yayımda fələstinlini vurdu – VİDEO

Ramallahda fələstinli bir nümayişçi İsrail əsgərləri tərəfindən vurulub. Turkustan.info xəbər verir ki, bu barədə NTV informasiya yayıb. Hadisə fələstinli nümayişçinin İsrail əsgərlərinə hücumu ilə başlayıb. Jurnalistlərdən sadəcə bir neçə metr uzaqlıqda baş verən hadisə zamanı İsrail əsgərləri nümayişçiyə atəş açıblar. Təcili tibbi yardım maşınına yerləşdirilən yaralı fələstinlinin xəstəxanaya aparılmasına mane […]

İlham Əliyev 4 sərəncam, 4 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt […]

Türkiyədə Azərbaycan bayrağı endirildi – Qalmaqal yarandı – VİDEO

Türkiyənin Uludağ Universitetində Azərbaycan bayrağı endirilib. Turkustan.info bildirir ki, 14 dekabrda universitetin İqtisadi İdari Bilimlər Fakultəsinin B blokun qarşısında asılan bayraqlar arasından Azərbaycan bayrağı Uludağ Universiteti İlahiyyat fakultəsinin Professoru Salih Pay tərəfindən endirilib. Səbəb olaraq isə, bu hadisədən bir gün öncə o bayraqlar arasından Ermənistanın bayrağının oğurlanmasını göstərib. Məsələ ilə […]

Supergüclər İŞİD-i “dirildir”

Bir müddət öncə Suriyanın İŞİD terrorçularından təmizlənməsi haqqında məlumatlar yayıldı. Bu ölkədə müharibənin bitdiyi elan olundu. Ancaq ABŞ-ın mövqeyi digərlərinə nisbətən fərqli oldu. Belə ki, ABŞ Suriyada hələ müharibənin bitmədiyini dedi. Son yayılan xəbərlərdən görünür ki, İŞİD yenidən baş qaldırmağa başlayıb. Belə ki, İŞİD terror qruplaşmasının döyüşçüləri Dəməşqin cənubundakı at-Tadamon […]

“Şalvar ala bilməyənlər arvad alırlar” – Tanınmış jurnalistdən valideynlərə sərt ittiham

“Bu ilin 10 ayı ərzində Azərbaycanda 12 min 191 ailənin dağılması həyəcan təbili çalmaq üçün ciddi əsas verir. Rəsmi statistikaya görə, ölkəmizdə orta hesabla hər ay 1200 nikah pozulur. Bu cür təhlükəli vəziyyətin yaranmasına görə təkcə ayrı-ayrı fərdlər deyil, bütövlükdə cəmiyyət məsuliyyət daşıyır”. Turkustan.info bildirir ki, bu sözləri BakuPost.az saytına açıqlamasında tanınmış […]

“Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək – DƏVƏT

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzun və tələbələrinin əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşəbbüsü ilə təşkil olunacaq tədbir 16 dekabr 2017-ci il tarixdə saat 9.30-da baş tutacaq. Bu barədə Turkustan.info-ya Binəqədi […]

“Azercell”in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb

Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına yönəlik fəaliyyətini davam etdirir. Aparıcı universitetlərlə əməkdaşlıq edən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərən, tələbələrin inkişafına dair müxtəlif proqramlar təşkil edən şirkətin nümayəndələri həmçinin, mütəmadi olaraq tələbələrlə görüşlər də keçirir. Belə görüşlərdən biri dekabrın 14-də Bakı Mühəndislik Universitetində baş tutub. Azercell Telekom MMC-nin […]

Azərbaycalı jurnalistin məqaləsi Qazaxıstanın dövlət qəzetində çap olundu

Sabah Qazaxıstanda “16 Jeltoksan”-16 dekabr  günüdür. 1986-cı ildə qazaxlar sovet imperializminin zəncirlərini qırmaq üçün Almatıda küçələrə axışdılar. Azadlığ istəyən qazaxları rus imperializminin laxlayan siyasəti və gücü susdurmaq üçün həmin günü küçələrə çıxanları al qanına boyadılar. Xalqın məhv olmamsı üçün  böyük siyasi xadim Nursultan Nazarbayev  el-absının köməyinə gəldi. Siyasi gəlişmələr etdi… […]

Parisdə Ermənistan səfirliyi önündə Dilqəm və Şahbazla bağlı aksiya keçirildi – FOTOLAR

Dekabrın 15-də Ermənistanın Fransadakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada Fransada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib. Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq səfirliyin qarşısında “Ermənistan aqressiyaya […]

Sürücülərə qarşı qaydalar SƏRTLƏŞDİRİLİR – Bundan sonra…

Bu gün “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklər edilir. “Dəyişiklik qüvvəyə mindikdən sonra cəriməsini ödəməyən sürücülərin sürücülük vəsiqələri dəyişdirilməyəcək, avtomobilləri texniki baxışdan keçirilməyəcək”. Turkustan.info bildirir ki, bunu Metbuat.az-a açıqlaması zamanı nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib: “Avtomobilini qeydiyyat (o cümlədən addan-ada keçirdərkən) və texniki baxışdan keçirərkən, həmçinin sürücülük vəsiqəsini dəyişərkən […]

MSK-ya deputatları cəzalandırmaq hüququ verən layihə qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklifinə baxılıb. Turkustan.info-nun “Report”a istinadən xəbərinə görə, Seçki Məcəlləsinə bununla bağlı dəyişiklik edilib. Məcəllənin hazırki 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əsasən, Konstitusiyanın 89-cu […]

Türkiyənin vəfa borcu – Azərbaycanın ilk hərbi nazirinin məzarı təmir olunub

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun məzarı təmir olunub. Bu barədə müstəqil tədqiqatçı Orxan Cəbrayıl öz feysbuk səhifəsində yazıb. Daha ətraflı məlumat üçün Orxan Cəbrayılın açıqlamasını olduğu kimi təqdim edirik: “Uzun müddət idi ki, Xosrov bəy Sultanovun məzarını kimin təmir etdirdiyini öyrənməyə çalışsaq da heç […]

“Azərbaycan Dəmir Yolları”nda “Müasir idarəetmə” konfransı keçirilib – FOTO

Dekabrın 14-15-də “Azərbaycan Dəmir Yolları” QSC-də Həkim-Sanitar Xidmətinin “Müasir idarəetmə” mövzusunda I konfrans keçirilib. QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya verilən məlumata görə, iki gün davam edən konfransa dəmir yolunda çalışan və digər tibb müəssisələrindən təcrübəli mütəxəssislər dəvət edilib. Konfransı giriş sözü ilə açan Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov qeyd etdi […]

Azay Quliyev Sahib Məmmədovun yubileyini belə təbrik etdi – FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İctimai Birliyinin İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun 55 yaşı tamam olur. Sahib Məmmədov 20 ildən artıqdır ki, Azərbaycanda QHT hərakatının inkişafında, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin gücləndirilməsində, ölkəmizin milli maraqlarının beynəlxalq platformalarda qorunması işində […]

Dövlət televizyası yanlışlıqla göstərdi – Şimali Koreyanın ilk atom bombası – FOTO

Şimali Koreya televiziyası yanlışlıqla ölkənin nüvə silahını nümayiş eləyib. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkə televizyası keçmiş prezident Kim Çen İrin Şimali Koreyanın ilk atom bombalarından birini təftiş etdiyi kadrları göstərib. Dekabrın 12-də dövlət televizyasında göstərilən 30dəqiqəlik verilişdə arxa planda Kim Çen İr nüvə silahının fonunda bir tabloda […]

Bakıya yeni avtobuslar gətirilir – 20-si 18 metrlik olacaq

Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, “Çinar Trans” MMC-nin gətirdiyi 20 ədəd avtobus sərnişindaşıma ilə bağlı BNA-nın müvafiq normativ-hüquqi aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur. “Avro 5” standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin […]

Fələstin torpağına İsrail köçü – 0 idi, 396 min oldu – Statistika

Novator.az İsrailin işğal etdiyi Fələstin torpaqlarında yəhudilərin sayının necə artmasına nəzər salıb. Ria.ru-da yayılan tarixi arayışa görə, 1948-ci ildə Şərqi Qüdsdə bir nəfər də yəhudi olmayıb. 1972-ci ildə yəhudi əhalisinin sayı 8 min 600-ü ötüb. 1983-cü ildə Şərqi Qüdsdə yəhudilərin sayı 76 mindən, 1993-cü ildə 152 mindən çox olub. 2004-cü […]

Bakıda “polkovnik” tanışına 11 min “atdı” – Oğlunu hüquqa düzəldəcəkmiş

Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən erilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik […]

Azərbaycanda yeni elektron ödəmə portalı

Azərbaycanda “PayPal” elektron ödəniş sistemi tam şəkildə funksiya göstərə bilər. Turkustan.info Trend-ə istinadən məlumat verir ki, bunu “Azexport” portalının rəhbəri Zaur Qardaşov deyib. Onun sözlərinə görə, bununla bağlı müvafiq danışıqlar “PayPal”ın Moskva ofisi ilə aparılır. Yaxın günlərdə qurum nümayəndələrinin Bakıya gələcəyi gözlənilir.

Əliyevin də qatıldığı İstanbul zirvəsini partladacaqmış…

İstanbulda Baxçalıevlərdə əməliyyat zamanı ələ keçirilən “canlı bomba”nın əsl hədəfinin İslam Əməkdaşlığı Təşkilatının zirvə toplantısı olduğu məlum olub. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının keçirdiyi əməliyyatda 60 kilo RDX partlayıcı maddə yüklənən avtomobil, “canlı bomba” ilə birgə 9 nəfər saxlanılıb. Həmin şəxslər PKK üzvü olublar. Xatırladaq […]

Riyaziyyatçını müdafiə naziri qoydular ölkənin başına oyun açdı” – Siyavuş Novruzov

“Deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının orduya nəzarət tələbinə cavab olaraq deyim ki, Azərbaycanda Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir. Hər hansı nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən […]

Şəhidimizin dəfn mərasimindən ürəkparçalayan – FOTOLAR

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşi nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu bu gün dəfn olunub. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. Qeyd edək ki, Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Ailəlidir, […]

Fazil Məmmədovun yeznəsi ölkədən 10 milyonla qaçdı, sabiq nazir pis durumda qaldı – İDDİA

Sabiq nazir hesab edir ki, işdən çıxarılmasında  etimad göstərdiyi adamların rolu olub. Vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında müəmma davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, onunla bağlı ciddi araşdırmaların başladıldığı barədə məlumatlar başqa mətləblərdən xəbər verir  Modern.az-a sabiq nazirlə bağlı yeni məlumatlar daxil […]

Ziyafət Əsgərov sərt DANIŞDI: “Eşitdiniz jurnalistlər, nə var onu yazın!”

“Mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil”.   Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.   O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı […]

Millət vəkili fələstinli nazirlə görüşdə tənqidlər səsləndirdi

Fələstinin İnformasiya nazirinin müavini Mahmud Xəlifə İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi beynəlxalq tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva ilə görüşüb. Turkustan.info xəbər verir ki, nazir müavini hər zaman Fələstinlə bağlı məsələlərdə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib və fələstinlilərin bunu çox yüksək qiymətləndirdiyini deyib. Azərbaycanın hər zaman müsəlman ölkələri ilə […]

Pensiyalar nə qədər artır? – Rəsmi

2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacaq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq. Turkustan.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. […]

General deputata çıxışına görə xəbərdarlıq etdi

Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenant  Kərim Vəliyev Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsinin  müzakirəsində deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib.  Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, K. Vəliyev qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqdan məlumat […]

Ukrayna və Gürcüstanın gizli Saakaşvili planı

Keşmiş prezident Belarusa ekstradisiya edilməlidir Ukrayna və Gürcüstan keçmiş prezident, Odessa qubernatoru olan Mixail Saakaşvilinin ekstradisiyası üçün gizli danışıqlar aparır. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu xəbəri “Rustavi 2” yə istinadla Ukrayna mətbuatı yayıb. Mətbuatın məlumatına görə, siyasətçini ilk olaraq Belarusa ekstradisiya etmək istəyirlər. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin başçısı Vaxtanq […]

Bakıda möcüzə baş verdi: ovuc boyda doğulan uşaq sağ qaldı

Azərbaycanda çəkisi cəmi 950 qram olan oğlan uşağı doğulub. Respublika Müalicə Diaqnostika Mərkəzindən (RMDM) Sputnik.az-a bildiriblər ki, həkimlərə onu xilas etmək və normal vəziyyətə gətirmək müyəssər olub. Bu, son illər ərzində son dərəcə aşağı çəkisi olan uşağın xilas edilməsi ilə bağlı ilk belə haldır. Bundan əlavə, uşağın özünün doğulması da […]

Milli Məclis: Deputatlar Rusiya ilə imzalanmış protokolu təsdiqlədilər

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilir. Gündəlikdəki ilk məsələ barədə çıxış edən komitə sədri Ziyad Səmədzadə “2013-cü il 13 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı […]

Azay Quliyev: “İctimai nəzarətə xüsusi diqqətlə yanaşmalıyıq”

“Suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi beynəlxalq prinsipdir. Helsinki Yekun Aktında da bu prinsiplər qeyd edilib. Hesab edirəm ki, “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin 1.0.2-ci bəndində də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi qeyd edilməlidir”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin deputatı Azay Quliyev “Silahlı Qüvvələr haqqında” qanun […]

Deputatdan Penitensiar Xidmətə İTTİHAM

“Milli Məclis qanunverici və səlahiyyətli orqandır. Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə Milli Məclisinin razılığı olmalıdır”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Deputatın sözlərinə görə, bəzən elə fikir yaranır ki, sanki biz ABŞ konqresi və ya Bolqarıstan […]

Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu – VİDEO

Rusiyanın “Zvezda” telekanalında yayımlanan siyasi tok-şou zamanı azərbaycanlı jurnalist Fuad Abbasov ermənistanlı ekspert Sarkis Tsaturyanla əlbəyaxa olub. Turkustan.info xəbər verir ki, bu barədə Fuad Abbasov öz sosial şəbəkə hesabında paylaşım edib. Tok-şouda müzakirə mövzusu isə Türkiyə-Rusiya münasibətləri olub. Türkiyə ilə bağlı səslənən təhqiramiz fikirlərə sərt reaksiya verən Fuad Abbasov Tsaturyanla üz-üzə gəlib.  /Oxu.Az/

Almanlardan İsrailə AĞIR ZƏRBƏ

Almaniya Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəmir. Turkustan.info xəbər verir ki, bu fakt “Civery” adlı ictimai araşdırma mərkəzinin apardığı sorğu nəticəsində ortaya çıxıb. Virtual sorğuda iştirak edənlərin 64%-i ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı aldığı qərarı Almaniya hökumətinin qəbul etməsini istəmir. Sorğu anketinə qatılanların sadəcə 27%-i D.Trampın qərarının […]

Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib – FOTOLAR

Fransanın paytaxtı Paris şəhərində 10 Dekabr – beynəlxalq insan hüquqları gününüə həsr olunmuş beynəlxalq tədbir keçirilib. Turkustan.info-ya daxil olan məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd öz dədə-baba yurdlarını ziyarətə gedərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının bərpa olunması olub. Tədbirdə Fransa ictimaiyyətinin nufuzlu nümayəndələri, beynəlxalq […]

Sarkisyan hökümətinə məhkəmədə qalib gələn Çıraqovlar kimdir? – VİDEO

“Laçından çiçəklər gətirmişik. Onu qurudub 25 ildir ki, 12 vərəqli dəftərin içində saxlayırıq. Öz həyətimizin çiçəkləridir. Hər rəhmətə gedənimizin üstünə o çiçəklərdən birini qoyuruq. Çiçəklərin çoxu azalıb. Elə olub ki, uşaqlar açıb dəftərə baxanda yarpaqlar sürüşüb yerə düşüb. Çünki uşaqlar onun qiymətini bilmir” Bunları 25 ildir, Laçından uzaq qalan, bu […]

Şəhid qızını öldürən biznesmen oğlu həbsdən buraxılıb? — RƏSMİ AÇIQLAMA

Bakı şəhər prokurorluğu bəzi kütləvi informasiya vasitələrinin yaydığı paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyaları təkzib edib. Turkustan.info-nun xəbərinə görə, […]

Ramiz Rövşənin doğum günüdür – “Yavaş-yavaş sevdim səni”

Bu gün şair Ramiz Rövşənin 70 yaşı tamam olur. Turkustan.info xəbər verir ki o, 1946-cı il dekabrın 15-də Bakıda doğulub. Şair Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari […]

“Putin istənilən an hücuma keçə bilər” – Turçinov

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəni istənilən an başlaya bilər. Turkustan.info xəbər verir ki, bunu Ukrayna-NATO Komissiyasının iclasında çıxışı zamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov söyləyib. “Rusiya sərhədimiz boyunca güclü hərbi infrastruktur yaradır. O, istənilən an bizə qarşı genişmiqyaslı müharibəyə başlaya bilər. Putinin müharibə qərarı Ukraynanın fəaliyyətindən […]

DOĞRUDANMI ƏN PİS AZƏRBAYCANLI ƏKRƏM ƏYLİSLİDİR? – Fazil Mustafanın yazısı

  6 dekabr 2017-ci il tarixində XX yüzil Azərbaycan ədəbiyyatında təkrarolunmaz ədəbi mətnlərin müəllifi Əkrəm Əylislinin 80 yaşı tamam oldu. Bu yubiley tarixinin üzərindən sükutla keçilməsinin səbəbləri Azərbaycanda əksər insanlar üçün bəllidir. Dövlət adında olan bütün dəftərlərdən Əkrəm Əylisli adı tamamilə silinmiş. Bu məsələdə dövlətin haqlı olduğu mübahisəsiz qəbul olunan […]

Ana 29 yaşlı oğlunun meyitini tapdı – Azərbaycanda dəhşət

Qusarda intihar hadisəsi olub. Yuxarı Kalanxur kəndində 1988-ci il təvəllüdlü Məmmədbəyov Sahil Kamiloviç özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asıb. Onun psixi problemlərinin olduğu bildirilir Bildirilir ki, 29 yaşlı Sahilin evdə olmadığını görən anası onu axtarıb. Bir qədər sonra qadın oğlunun meyitinin həyətdəki tikilidə asılı vəziyyətdə aşkarlayıb Faktla bağlı […]

“Bu nə pornoqrafiyadır?” – Zaur Kamalın “banan” süjeti Elnarəni cin atına mindirdi – VİDEO

Müğənni Elnarə Xəlilova həmkarlarını Zaur Kamalın “5-də 5” verilişini boykot etməyə çağırıb. Turkustan.info xəbər verir ki, şou-biznes nümayəndəsi buna səbəb kimi aparıcının efirdə özbaşınalıqlarını göstərib. O, son olaraq dekabrın 13-də yayımlanan verilişdə Sevil və Sevinc bacılarına banan yedizdirmə cəhdini xoş qarşılamayıb və bunu biabırçılıq adlandırıb. “Abrınız tökülsün! Bəsdir camaatın əsəbi ilə […]

Deputatların mandatdan məhrum edilməsi qaydası DƏYİŞİR

Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydası müəyyənləşib.   Turkustan.info-nun məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir. Parlamentin Hüquq siyasəti və dövlət […]

Pasport və şəxsiyyət vəsiqələrilə bağlı yeni rüsumlar – Siyahı

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. Turkustan.info xəbər verir ki, qanuna 14.1-1-ci maddə əlavə edilib: 14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: 14.1-1.1. on iş günü müddətində verildikdə 14.1-1.1.1. bir yaşınadək uşaqlar […]

Bu gün Milli Məclisdə 39 məsələyə baxılacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Turkustan.info-nun məlumatına görə, iclasda ilk öncə “2013-cü il 13 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş”də dəyişikliklər […]

Şəhid hərbçimiz dəfn edilir – FOTOLAR

Başından vurulan hərbçi 14 il xidmət edib Ötən gün ermənilərin atdığı güllə nəticəsində şəhid olan azərbayacanlı hərbçinin cənazəsi ailəsinə təhvil verilib. Turkustan.info-nun məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş gizir Fizuli Salahov bu gün doğulduğu Şabran rayonunun Gəndab kəndindəki qəbristanlıqda dəfn olunur. Baş nahiyəsindən snayperlə vurulan Fizuli Salahov 2003 -cü ildən Milli Ordu […]

Sahib Məmmədov -55

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun 55 yaşı tamam olur. Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və inkişafında xüsusi xidmətləri olan Sahib Məmmədov beynəlxalq miqyasda hüquq müdafiəçisi və ekspert kimi tanınır. Turkustan.info olaraq Sahib müəllimi 55 yaşı yubileyi […]

Suriya səmasında toqquşma: Amerika təyyarəsi Rusiya qırıcısına atəş açıb

Amerika tərəfi Rusiyanı razılaşmaları pozmaqda və dəfələrlə amerikalıların nəzarət etdiyi zonaya daxil oımaqda günahlandırıb Suriyada Amerika və Rusiya hərbi təyyarələri arasında insident yaşanıb. Sputnik Azərbaycan “The Independent”ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriya hava məkanında Rusiya qırıcılarına atəş açıblar. Adı çəkilməyən amerikalı məmurun sözlərinə görə, […]