Qurban Qurbanovun millidə İLLİK QAZANCI – Açıqlandı

Azərbaycanın Futbol Federasiyası ilə 6 illik müqavilə bağlayan Qurban Qurbanovun illik qazancı məlum olub.
Təcrübəli mütəxəssis yeni sözləşməyə əsasən hər il üçün 1 milyon manat alacaq.

Qurban Qurbanovun komandası 2020-ci ildə keçiriləcək avropa çempionatına vəsiqə qazanarsa, məşqçi 200 min manat əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycanda illik qazancı 1,2 milyon avro idi. /Sportlife.az/