Gün: Dekabr 17, 2017

Əbədi həyatın sirri çözülür: 50 ildən bir oyanıb dünyaya baxa biləcəyik – FOTO

Əlinizdə sevdiklərinizi əbədi yaşatma şansınız olsa, ilk olaraq kimləri seçərdiz? Alimlər artıq əbədi həyatın sirlərini araşdırır. Zəmzəm suyu, cadu, orqan transplatasiyası – bunlar artıq keçmişdə qalıb. Elm adamları ölən canlıları yenidən həyata qaytarmağın yollarını ilk olaraq heyvanların üzərində araşdırır. 2011-ci ildə Sibirin Tumat əyalətində 12.500 il yaşı olan it sümükləri […]

Türkiyə mətbuatı: İŞİD lideri ABŞ-ın Suriyadakı hərbi bazalarından birindədir

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi hazırda ABŞ-ın Suriya ərazisində yerləşən hərbi bazalarından birindədir. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, o, İraqda yaxalanıb, ardınca Birləşmiş Ştatların Suriyanın Ras-əl-Ayn şəhərində yerləşən hərbi bazasına gətirilib. Sonra terrorçu oradan da ABŞ-ın Haseke-Rumeylandakı […]

Yeni biznes – səyyar şaxta baba, qar qız və musiqiçilər – VİDEO

Yeni ilin yaxınlaşması bu sahədə bir çox bizneslərin fəallaşmasına səbəb olub. Məsələn bir qrup gənc evlərdə yeni il şənliklərinin təşkili ilə məşğuldur. Təşkilatçılar fərqli proqramla fəaliyyət göstərdiklərini iddia edirlər. Belə ki onlar şaxta baba, qar qız kimi səyyar xidmətlər göstərir. Qiymətlərə gəlincə isə əhalinin hər təbəqəsini nəzərə aldıqlarını deyirlər. Turkustan.info xezerxeber-ə […]

Azərbaycanlı gənc rusları belə heyran qoydu – VİDEO

Türkmənistandan olan azərbaycanlı yeniyetmə Ceyhun Ağa-Tağıyev “Sən Supersən! Rəqslər” rəqs festivalının final mərhələsinə yüksəlib. Turkustan.info A24.Az-a istinadən  xəbər verir ki, şounun yarımfinalında Alina Denisova (Volqoqrad vilayəti, Kamışin rayonu) ilə birlikdə “Ne otrekayutsya, lyublya” («Не отрекаются, любя») adlı məşhur kompozisiya ilə çıxış edən Ceyhun münsiflərin rəyindən sonra gözləmə otağında finala qalıblar.  

Sərnişin qatarlarının gizli üzü: intim məkan, həzzin pik həddi və daha nələr – FOTO

Qatarla səyahət etmək, relslərin taqqıltısı altında yuxuya dalmaq, sıraya düzülən, sürətlə keçən təbiət təsvirlərini seyr eləmək insana ayrı bir zövq verir. Amma qatarda da münasib şərait ola… Köhnə, istismar müddətini başa vurmuş, antisanitar, təhlükəli qatarda uzaq yol getməyi kim istər?! O da var ki, istəməklə deyil, hansı ölkənin qatarı ilə […]

Pentaqonun UNO-ları araşdırdığı üzə çıxdı

Turkustan.info APA-ya istinadən xəbər verir ki,   “The New York Times” və “Politico” nəşrləri Pentaqonun 2007-ci ildən 2012-ci ilə qədər ümumi hərbi büdcədən hər il məxfi “Hava və kosmik məkanda təhdidlərin aşkarlanması üzrə Proqram”a 22 milyon dollar ayırdığını yazıblar. Məxfi proqramın maliyyələşdirilməsi 2012-ci ildə hərbi büdcəyə qənaət məqsədi ilə dayandırılıb. Ancaq […]

Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr sarayını ələ keçirib

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, aksiyaçılar saraya daxil olublar. Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə […]

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başladı

Bu gün Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarlarının yürüşü başlayıb. Turkustan.info APA-ya istinadən xəbər verir ki,  M. Saakaşvili həyat yoldaşı və oğlu ilə birlikdə aksiyada iştirak edir. Ukrayna prezidentinin impiçmenti haqqında qanunun qəbul olunmasını tələb edən aksiya iştirakçıları Taras Şevçenko parkından Azadlıq (Maydan) […]

İran yenə hədəfdə: Kartlar açılır

Amerikanın BMT-dəki daimi nümayəndəsi Niki Heyli Pentaqonda jurnalistlərlə görüşündə İranın Orta Şərqin sabitliyini pozmasından, regionda terrorçu qruplaşmalara dəstəyindən və radikal şiə-husiləri silahlandırmasından danışıb. İranı Yəməndəki husilərə silah və raket göndərməkdə günahlandıran Niki Heyli bildirib ki, dünya birliyi İranın ikinci Şimali Koreyaya çevrilməsinə imkan verməməli, nə qədər ki gec deyil, onun […]

Ərəb dünyası Türkiyəni meydanda tək qoyur?

Qüds şəhərinin ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınması Türkiyənin regiondakı geosiyasi fəaliyyətində yeni mərhələ hesab olunur. Belə ki, prezident Trampın qərarına qarşı başlanan etirazlar rəsmi Ankaraya müsəlman dövlətlərini ABŞ-a qarşı geostrateji planda səfərbər etmək imkanı yaradıb. Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammiti Ərdoğan iqtidarının Qərb qarşısında müqavimətini möhkəmlətmək […]

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU

Hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalanacağı gözlənilir. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir. Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a danışarkən təmsil etdiyi qurumda növbəti əfv sərəncamına hazırlıq üçün hər hansı toplantı […]

ABŞ neft bazarını çalxalayacaq – GÖZLƏNTİ

İqtisadiyyatı böyük ölçüdə neftdən asılı olan ölkələr üçün dünya bazarında neft qiymətlərinin hansı səviyyədə dəyişməsi böyük önəm kəsb edir. Təsadüfi deyil ki, 2015-ci ildə dünya bazarında neft qiymətlərinin 29 dollara qədər kəskin ucuzlaşması məhz neftdən asılı ölkələrdə devalvasiya və ciddi maliyyə böhranları ilə müşahidə olundu. Bu baxımdan növbəti illərdə xüsusilə […]

Kremllə İrəvan arasında gərginlik: Moskvanın cəza siyasəti…

Moskva son zamanlar İrəvanla çox təkəbbürlü davranaraq sanki Ermənistana Rusiyanın himayəsinin nə demək olduğunu başa salmağa çalışır. Turkustan.info bildirir ki, bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, erməni mətbuatında Rusiya ilə Ermənistan arasındakı narazılıqların olması ilə bağlı gedən yazılarda həqiqət payı var: “Rusiyanın iqtisadi çətinlikləri getdikcə […]

750 manata “Opel”, 3700-ə “Cip” satılır – Hərrac

Milli Elmlər Akademiyası balansında olan mərkəzə məxsus avtomobili 750 manata satışa çıxarıb. Turkustan.info xəbər verir ki,  Əmlak Məsələləri Dövlət Komitəsi 9 yanvar tarixində növbəti avtomobil hərracı təşkil edəcək. Hərracda özəlləşdirməyə təqdim edilən ən ucuz avtomobil AMEA-nın “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin təqdim etdiyi “Opel Omeqa” markalı avtomobildir. Maşın üçün ilkin satış […]

Metro və kommunal sektorda: Bahalaşma gözlənilir

Ölkədə bütün sahələrdə bahalaşma müşahidə edilir. Yeni il qabağı qiymətlər daha da artıb. Subyektiv qiymət artımı daha çox ərzaq məhsullarında özünü göstərir. Bundan da əsasən sahibkarlar sui-istifadə edir. Buna səbəb olaraq sadə əsaslandırma gətirirlər. Məhsulu xaricdən idxal etdiklərinə görə qiymətləri bahalaşdırdıqlarını deyirlər. Ekspertlərin fikrincə, növbəti ildə də subyektiv qiymətlərdə artım […]

Nostradamusun yalançı çıxdığı 6 MARAQLI FAKT

İnsanların çox az qismində rast gəlinən və hər kəsin həsəd apardığı altıncı hiss həmişə doğru çıxmaya bilir. Belə ki, fransız həkim və münəccim olan Mişel Nostradamus özünün kəhanətləri ilə məşhur olsa da, onların böyük əksəriyyəti bu gün üçün yalan informasiya çıxıb desək, yanılmarıq. Turkustan.info Publika.az-a istinadən sizə Nostradamusun yalançı çıxdığı 6 […]

Duzlu suyu 24 saat evinizdə saxladıqda baş verəcək HEYRƏTAMİZ OLAY – Mütləq OXUYUN!

Heç olubmu ki, səbəbsiz yerə üzərinizdə qeyri-adi yorğunluq və ağırlıq, mənfi fikirlər, duyğu ağırlığı və çarəsizlik hiss edəsiniz? Və bütün bunlar birdən-birə, özü də doğma evinizin divarları arasında baş verir?! Təəssüf ki, bəzən hətta öz rahat və gözəl evimiz də bizi pis energetikadan qoruya bilmir. Mənfi enerji o qədər güclüdür […]

Nazəninin prodüsseri: “Təranənin həyatında o qədər kişi var ki…” – Video

Müğənni Nazəninin prodüseri Pərviz Fəqan ARB TV-nin “Günə son” verilişinə canlı bağlanaraq qalmaqallı açıqlamalar verib. Turkustan.info xəbər verir ki, o, Təranə Qumralla Nazənin arasındakı münaqişədən bəhs edib. “Danışdıqlarının hamısı yalandır. Qanun nəyə qərar veribsə, onu etməlidir. Təranə Qumralın dediyi sözlərin hamısı yalan və şər-böhtandır. Nazənin xanım Təranəni öz əri ilə tutmuşdu. […]

ABŞ-la Türkiyə müharibəyə başlaya bilər – Şok hesabat

Türkiyənin Suriyada PYD/YPG terror təşkilatlarına qarşı mümkün hərbi əməliyyatları ABŞ-ı təşvişə salıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kölgə təşkilatı “Rand Corporation” hesabat yayıb. Hesabatda ABŞ-ın hərbi dəstəyi ilə İŞİD terror təşkilatına qarşı mübarizə aparan YPG-yə hücumun iki ölkə arasında münasibətləri gərginləşdirəcəyi qeyd […]

Düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv edəcək PUA-lar sınaqdan keçirildi

“İsrailin “Aeronautika” şirkəti ilə birgə müəssisə yaratmışıq və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) istehsal edirik”. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə müsahibəsində deyib. Müdafiə sənayesi naziri deyib ki, Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparılır: “Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar […]

Erməni və azərbaycanlı qızlar birlikdə ermənicə mahnı oxudular – VİDEO

Sosial şəbəkələrdə azərbaycanlı və erməni qızın birlikdə “Mi gna” (Getmə) mahnısını ifa etməsinə dair video yayılıb. Turkustan.info haqqin.az-a istinadən xəbər verir ki, videoda mahnını Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birgə ifa edir. Erməni qruplarından birinin isə “Instagram” səhfəsində qızların ifasını paylaşması müzakirəyə səbəb olub. Videoya edilən şərhlərdə erməni istifadəçiləri “Halaldı”, “yeni nəsil nifrət və intiqam yükü olmadan […]

İsrail-Fələstin qarşıdurmasının qarşısını alan qadın kimdir?

Qəzza sektorunda iğtişaşlar ABŞ prezidenti Donald Trampın ölkənin İsraildəki səfirliyini Qüdsə köçürmək qərarından sonra başlayıb Fələstinin Betləhəm şəhərində iğtişaşları yaşlı qadın dayandırıb. Turkustan.info Sputnik Azərbaycan-a istinadən məlumatına görə, qadın qorxmadan İsrail hərbçiləri və etiraz edən, hərbçilərə daş, şüşə atan fələstinlilərin arasında dayanıb. Qadının bu hərəkətindən sonra kütlə dağılışıb. Qadın öz […]

Azərbaycanda iki silah zavodu açılacaq

“Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bununla da istifadəyə verilmiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılıb”. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetində işıq üzü […]

Bitkoinin dəyəri 19 mini keçdi

Bitkoininin kursu 19 min dollarlıq həddi ötüb. Turkustan.info xəbər verir ki, bu barədə CoinMarketCap portalı məlumat yayıb. Məlumata əsasən, bitkoin 19,06 min dollardan 19,14 minə qədər bahalaşıb. Qeyd edək ki, bir neçə gün öncə FED-in rəhbəri C.Yellen “Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur. Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət […]

“Günü gündən aşağı düşür” – Ətin qiyməti ucuzlaşdı – VİDEO

Qarabağ bölgəsində mal əti uzuclaşıb, quzu əti isə əksinə olaraq bahalaşıb. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, təsərrüfatçılar ucuzlaşmağın səbəblərini bazarda mal-qaranın bolluğu ilə əlaqələndirirlər. Təxminən 1 həftə öncə kiloqramə 11 manata satılan mal əti indi Bərdədə 9 manat 50 qəpiyə, Yevlaxda isə 10 manata təklif edilir. Tanrıverdi Bayramov […]

Ramiz Rövşən Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə – FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə dekabrın 15-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş “Poeziya günü” keçirilib. Turkustan.info xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyev […]

10 milyard il yaşaya bilən ölümsüz canlı – “Bu hüceyrələri insan geninə köçürərək insan ömrünü uzatmaq olar”

Ankara Universitetindən Professor Əhməd Altındağ və qrupu havasız mühitdə yaşaya bilən və “ölümsüz canlı deyilən” su ayısı”nın sirrini araşdırmağa başlayıblar. İşin hədəfi isə insan ömrünü uzatmaqdır. Turkustan.info türk mediasına istinadən xəbər verir ki, 1.5 millimetr uzunluqda olan “su ayısı” 10 milyard il nəslini davam etdirə bilir. Professor Əhməd Altındağ layihənin […]