Nazəninin prodüsseri: “Təranənin həyatında o qədər kişi var ki…” – Video

Müğənni Nazəninin prodüseri Pərviz Fəqan ARB TV-nin “Günə son” verilişinə canlı bağlanaraq qalmaqallı açıqlamalar verib.

Turkustan.info xəbər verir ki, o, Təranə Qumralla Nazənin arasındakı münaqişədən bəhs edib.

“Danışdıqlarının hamısı yalandır. Qanun nəyə qərar veribsə, onu etməlidir. Təranə Qumralın dediyi sözlərin hamısı yalan və şər-böhtandır. Nazənin xanım Təranəni öz əri ilə tutmuşdu. Məhkəmədə bunu sübut etdik. Mesajlar da var. Onlar bir-biri ilə yazışıb. Son yazdığı statusu isə kimə ünvanladığı haqda yalan deyərəm. Onun həyatında o qədər kişi var ki. Bəlkə də, Musa Musayevin o vaxt onları birlikdə tutduğu kişiyə ünvanlayıb”, – deyə P.Fəqan bildirib.  /A24.Az/