Gün: Dekabr 19, 2017

Türkiyə Səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub

Bu gün Türkiyənin ölkəmizdəki Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub. Görüşdə 2018-ci ildə Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, qardaş ölkənin Səfirliyi hər zaman Azərbaycan mediasının inkişafına öz dəstəyini göstərib. Bu dəstək istər kütləvi […]

Əhməd Cavadın “Şükriyyə”si – Bu dəfə Çilənayın İFASINDA – Video

Bəstəkar və ifaçı Çilənay Hüseynova bu dəfə Azərbaycanın istiqlal şairi Əhməd Cavad şeiriyyətinə, Emin Sabitoğlu musiqisinə müraciət edib. Çilənay Hüseynova mərhum korifey bəstəkar Emin Sabitoğlunun Əhməd Cavadın sözlərinə yazdığı “Şükriyyə” əsərini ifa edib. İndiyədək, bir sıra müğənnilərin, xüsusilə, mərhum Elçin Cəlilovun, Xalq artisti Azər Zeynalovun ifasında populyarlıq qazanmış “Şükriyyə” mahnısına […]

Efirdə yıxılan və təhqirə yol verən məşhurlarımız – VİDEO

Səhnədə və ya efirdə yaşanan uğursuzluqlardan məşhur simaların heç biri siğortalanmayıb. Canlı yayımda ayağı büdrəyən, konsertlərdə yıxılan, səhvən bəlkə də bilərəkdən etikaya uyğun olmayan ifadə işlədən məşhurlar tək ölkəmizdə deyil bütün dünyada var. Düşünsək ki, dünyaca məşhur ulduzlardan Madonna, Beyons, Britni Spirs, Rihanna mükafatlandırma gecəsində 4 dəqiqəlik çıxışı üçün 3 […]

Bağlanan bankların maşınları satışa çaxarıldı – “MİTSUBİSHİ PAJERO” 11. 500, “HYUNDAI ACCENT” 8 min AZN

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. Fondun verdiyi məlumata görə, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra bankların balansında olan daşınan və daşınmaz əmlakını hərrac yolu ilə satışa çıxarır. Belə ki, ləğv prosesində olan […]

Yusif Məmmədəliyev: “Gələn il Azərbaycan üçün vacib hadisələr gözlənilir”

“Qarşıdan gələn 2018-ci il Azərbaycan üçün bir neçə məsələyə görə mühüm və zəngin il olacaq”. Turkustan.info Azvision.az-a istinadla xəbər verir ki, bunu bu gün Gənclər Təşkilatlarının III Milli Konqresində çıxışı zamanı Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib. Onun sözlərinə görə, gələn il […]

“Gələcəyin sağlam əsgəri” layihəsi üzrə növbəti tədbir 7 saylı məktəbdə keçirildi

Gənc fəal Amil Şirinlinin icra etdiyi “Gələcəyin sağlam əsgəri” fərdi layihəsi çərçivəsində növbəti tədbir dekabrın 18-də Bakıdakı  rayonundakı7 saylı məktəbdə keçirilib. Səbail rayon İcra hakimiyyətinin ictimai-siyasi və humаnitаr məsələlər şöbəsinin  təmsilçisi Vətən Rüstəmli, həmçinin ehtiyatda olan hərbçi, I Qarabağ müharibəsi iştirakçısı, “701 saylı Hərbi Hissənin Veteranları” İctimai Birliyinin sədri, Azərbaycan […]

Ramiz Məleykədən 300 min istəyir – O da məhkəməyə verdi

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı qaldırdığı təzminat iddiası üzrə məhkəmə prosesi keçirilib. Turkustan.info-nun verdiyi xəbərə görə, hakim Natavan Tağıyevanın icraatında olan prosesdə iştirak edən R.Məlik M.Əsədəovaya qarşı 300 min manatlıq mülki iddia qaldırıb və onu təhqir etdiyini bildirib. R.Məlikin iddiası icraata […]

Ağ Ev rəhbəri dünyaya yeni müharibə vəd edir

Donald Trampı ancaq bu yol xilas edə bilər. ABŞ prezidenti Donald Tramp ölkəsinin milli təhlükəsizlik strategiyasını açıqlayıb. Tramp öz sələflərini sərt tənqid edib və sabiq Amerika prezidentlərini dövlətin maraqlarına xəyanətdə suçlayıb. İrana tətbiq edilən sanksiyalardan danışarkən, Tramp bildirib ki, İran terrorizmi dəstəklədiyinə görə cəzalandırılacaq. İŞİD-lə mübarizəyə toxunan Tramp vurğulayıb ki, […]

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin  təşəbbüsü, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt Gənclər və İdman Baş idarəsi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib. Sumqayıt Dövlət Rəsm Qalereyasında S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin “Sizi təbrikə gəlmişik” adlı […]

Ata oğlunu maşınla vurub öldürdü

İmişlidə 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Turkustan.info APA-ya istinadən xəbər verir ki, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi “Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub. A. Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsindən əlindən qaçıb və maşının altında qalıb. Uşaq hadisə yerindəcə […]

Dövlət kişilərin sağlamlığının qorunması üçün tədbirlər həyata keçirəcək

Azərbaycanda kişilərin reproduktiv sağlamlığının qorunması ilə bağlı tədbirlər həyata keçiriləcək. Turkustan.info xəbər verir ki, bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin 5-ci (Kişilərin reproduktiv sağlamlığının qorunması) maddəsində əksini tapıb. Kişilərin reproduktiv sağlamlığının qorunması üzrə həyata keçirilən tədbirlər bunlardır: 1. kişi reproduktiv sistemi xəstəliklərinin erkən aşkarlanması məqsədi ilə profilaktik […]

İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilib: Baybekov Ravil Saleh oğlu Cəfərov Xəlil Ələkbər oğlu Miralayev Fəxrəddin Böyük oğlu Namazov Müsədin Əhməd oğlu. *** Azərbaycan […]

Erməni tarixçi: Biz türk törəməsiyik – VİDEO

“Böyük Ermənistan” və “erməni soyqırımını” avropalılar uydurub İnternetdə Xarkovda yaşayan erməni tarixçi, ictimai xadim və bloqger Fillip Ekozyansın  video müraciəti yayılıb və o, erməniləri Osmanlı imperiyasının bir hissəsi sayır. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, Fillip Ekozyans həm də “Youtube”da yerləşdirdiyi videoda “erməni soyqırımı”, “Böyük Ermənistan” iddialarının avropalılar tərəfindən ermənilərə sırındığını […]

Öldükdən sonra dirilmək üçün milyonlar xərcləyirlər – Dünyada yeni trend

Bəzi insanlar öldükdən sonra bədənlərini dondurub gələcəkdə dirilməyə ümid edirlər. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, Cryoniks firması, insan bədənini yenidən dirildə bilmək üçün aşağı dərəcələrlə uzun illər ərzində qoruyur. Denis Kovalski adlı kişi və ailəsi, “emrion dondurma” adlı prosedur üçün sərvət xərcləyib. Amerikada yaşayan Denis Kovalski, yoldaşı Maria və […]

İlham Əliyev AZƏRTAC-la bağlı sərəncam verdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Turkustan.info xəbər verir ki, fərmana əsasən, AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə və agentliyin özünə həvalə olunub. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 25 milyon […]

Yol polisi sürücülərə müraciət etdi: CƏRİMƏLƏNƏCƏKSİNİZ – 40 AZN…

“Sürücülər dayanma, durma və parklanma qaydalarına düzgün riayət etsinlər”. Turkustan.info bildirir ki, bunu Metbuat.az-a açıqlaması zamanı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, taksi faəliyyəti ilə məşğul olanlar yolun hərəkət hissəsində dayanmaqla digər sürücülərə mane olurlar: “Yolun hərəkət hissəsində qəza-duracaq işıqlarını yandıraraq […]

Zirəddin Rzayevin adından vətəndaşı soydular – Ekstrasens çağırış edir: “Heç kəsə inanmayın”

Fırıldaqçılar Sumqayıt sakininin 15 min manatını, qızıl-zinət əşyalarını alıb – polis araşdırma aparır Bir neçə gün öncə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları vətəndaşları dolandıraraq külli miqdarda vəsaitlərini mənimsəyən Sumqayıt şəhər sakini Qəmər Ağamirzəyevanı saxlayıb. Polisə edilən şikayətlərdə bildirilir ki, o, Moskvada yaşayan ünlü ekstrasens Zirəddin Rzayevin adından istifadə edərək bir […]

DİQQƏT: Azərbaycanda hərbi xidmətlə bağlı – VACİB XƏBƏR

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq. Azərbaycan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların məsuliyyətini artıracaq.  /Publika.az/

5 yaşlı uşağı zorla evin arxasına keçirdi və… – Ağcabədidə iyrənc əməl

Ağcabədi rayonunda 5 yaşlı oğlana qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 1999-cu il Elmin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Elmin Əhmədov cinayəti törədən zaman Ağcabədi şəhəri 9 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub. Azyaşlıya əxlaqsız hərəkət Hadisə 2017-ci ilin may ayının əvvəllərində, saat təxminən 15-də […]

Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə görə cərimə ləğv olundu – Prezident dəyişikliyi təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunları imzalayıb. Qanun qəbul edilənədək şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya korlanmasına görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmuşdu. Şəxsə əvvəlcə inzibati cərimə (30 manat) tətbiq edilir daha […]

“Tramp dünyanı addım-addım nüvə müharibəsinə sürükləyir”

Gələn il dünyanın beş münaqişə zonasından III Dünya müharibəsi başlaya bilər. Bu barədə müdafiə və milli təhlükəsizlik üzrə amerikalı mütəxəssis Robert Farli “The National İnterest” jurnalına müsahibəsində bildirib. Ekspertin fikrinə görə, Türkiyənin Rusiya ilə yaxınlaşması və ABŞ-dan, Avropa İttifaqından məsafə saxlaması regiondakı qüvvələr balansını pozacaq. Bu da Suriya, İraq, İran, […]

Ermənistan ön cəbhəyə qadınları göndərir

Bu günün Anahid məlakələri ön cəbhədə əsgərləri ruhlandıracaq. Ermənistan ön cəbhəyə qadınlardan ibarət qrup göndərir və onlara Şuşanın işğalına rəhbərlik etmiş general Arkadi Ter-Tadevosyan rəhbərlik edir. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu barədə “1in.am”a müsahibəsində Arkadi Ter-Tadevosyan bildirib. Erməni generalın dediyindən belə aydın olur ki, həmin qadınlar qrupuna Anahid adlı gənc qadın […]

Səudiyyə Ərəbistanında partlayış səsləri… – SON DƏQİQƏ

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində partlayış səsi eşidilib. Turkustan.info xəbər verir ki, partlayışın ardınca göy üzünə dumanlar yüksəlib. Bununla əlaqədar Səudiyyə rəsmiləri açıqlama verməyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı hazırda vətəndaş müharibəsinin davam etdiyi Yəməndə Husilərə qarşı mübarizə aparır. Husilərin keçən ay atdığı raket Ər-Riyaddakı hava limanının yaxınlığına düşmüşdü.   /Metbuat.az/

Övladı olmayan ailələrə XOŞ XƏBƏR

On ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək. Turkustan.info modern.az-a istinadən məlumatına görə, bu barədə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib. Belə ki, qanun layihəsinin 14-cü maddəsinin (Ekstrakorporal mayalanma və embrionun köçürülməsi) […]

Məktəblilərin Yeni il tətili neçə gündür? – Rəsmi cavab

Təhsil Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar orta məktəblərdə dərslərin hansı tarixlərdə keçiriləcəyinə aydınlıq gətirib. Turkustan.info bildirir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsindən əvvəlki gün, yəni dekabrın 30-u həftənin şənbə gününə təsadüf etsə də, […]

“Peşəni peşəkarlardan öyrənək”- gənclər üçün təlim kursuna start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və təlimlərin təşkili sahəsində ixtisaslaşmış “Business Management School” MMC-nin tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Peşəni peşəkarlardan öyrənək- gənclər üçün İnsan Resurslarının İdarəedilməsi təlimi” layihəsi çərçivəsində “İnsan Resurslarının İdarəedilməsi” adlı təlim kursuna start verilmişdir. 3 moduldan ibarət təlim kursunun təşkilində […]

Moskvada Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib

Rusiyanın paytaxtı Moskvada “Milli-mədəni avtonomiyanın vətəndaş cəmiyyəti və insan hüquqlarının qorunmasında rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın iştirakçısı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, tədbir 10 dekabr İnsan Hüquqları Gününə həsr olunub. Rusiyadakı siyasi partiyalar ittifaqı olan “Yabloko” […]

Ana ölümünə görə sərt cəza veriləcək – Yeni qanun layihəsi

Tibbi müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib. Belə ki, bu barədə qanunun 4-cü maddəsində (Qadınların reproduktiv sağlamlığının qorunması) göstərilib ki, qadınların reproduktiv sağlamlığının qorunması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir: […]

Canlı efirdə bacılardan birinə elçi düşdülər – VİDEO

Ötən gün “Xəzər” TV-də yayımlanan “5-də 5” verilişində qonaq olan müğənnilər Sevil və Sevinc Səfərovalardan birinə canlı yayımda elçi düşüb. Turkustan.info xəbər verir ki, Xaçmazdan anası ilə proqrama qatılan Həzrət adlı gənc Sevilə aşiq olduğunu və onunla evlənmək istədiyini bildirib. Verilişin aparıcısı Zaur Kamal Həzrətin valideynləri ilə birgə Sevilgilə elçi […]

SON DƏQİQƏ! Rövşən Lənkəranskinin varisi, kriminal avtoritet ”Şeyx Həmzət” güllələndi

Mərhum azərbaycanlı ”qanuni oğru” Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan Çeçen əsilli kriminal avtoritet ”Şeyx Həmzət” ləqəbli, Həmzət Qastəmirova qarşı sui-qəsd planının qarşısı alınıb. Turkustan.info bildirir ki, eibarlı mənbələrdən Criminal.az-a daxil olan məlumata görə, Turkiyə xüsusi xidmət orqanları tərəfindən əldə olunmuş telefon danışıqları və müəyyən materiallar Almaniyanın […]

“Facebook” və “WhatsApp”a bir ay – VAXT VERİLDİ

Fransanın şəxsi gizlilik sahəsindəki tənzimləyici orqanı olan “CNIL” Turkustan.info xəbər verir ki,  “WhatsApp”a məlumatlarını “Facebook”la paylaşmağı dayandırmaq əmri verib. “WhatsApp” keçən il istifadə müqaviləsinə “Facebook” ilə hədəfli reklam, təhlükəsizlik tədbirlərini inkişaf etdirmək üçün məlumat paylaşacağını əlavə etmişdi. “CNIL” isə bununla bağlı qərar verib. “WhatsApp”ın təhlükəsizlik tədbirlərini artırmaq niyyətini qəbul edən […]

Bu ölkə Azərbaycana görə Ermənistanla bütün əlaqələri kəsib

Liberman erməniləri yenə peşman etdi. “Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir”. Turkustan.info-nun məlumatına görə, bunu İsrailin müdafiə naziri Avidqor Liberman “RTVI” televiziyasına müsahibəsində deyib. O, “Yeş Atid” partiyasının sədri Yair Lapidin İsrailin qondarma “erməni soyqırımı”nı tanıması üçün parlamentə təqdim etdiyi layihədən bəhs edib. Nazir bildirib ki, mübahisəli və yalnız tarixə […]

Azərbaycanda “Ordu qəbiristanlığı” yaradıla bilər

Azərbaycanda orduda dünyasını dəyişənlərin qəbirlərinin ayrıca və standart qaydada hazırlanması təklif olunur. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə çıxış edib. O qeyd edib ki, dünyada bu praktika var və orduda həlak olanların ayrıca, standart qəbirlərdən ibarət […]

Türkiyə Lotu Qulini Moskvaya verməyəcək

Türkiyə qanuni oğru Nadir Səlifovu (Lotu Quli) Rusiyaya təhvil verməyəcək. Turkustan.info xəbər verir ki, bu barədə “Rosbalt” yazıb. “Türkiyənin hüquq mühafizə orqanları demək olar ki, Rusiya ilə əməkdaşlıq etmir. Məsələ xüsusilə böyük pulları və əlaqələri olan adama gələndə Ankara bu mövqeni tutur. Burada sadəcə ümid etmək lazımdır ki, o, Türkiyədə […]

“Turan” Agentliyi Vergilər Nazirliyi qarşısında istəyinə NAİL OLDU

“Turan” İnformasiya Agentliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiası təmin edilib. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a vəkil Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, 12 sentyabrdaVergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarı ləğv edilmişdi: “15 sentyabrda yenidən, […]

Braziliyadan Azərbaycana ayaq açan FAYDALI və MÜALİCƏVİ MEYVƏ – FOTOLAR

Braziliyalı alim tərəfindən çox maraqlı şəkildə kəşf edilən subtropik feyxoa meyvəsi olduqca faydalı və müalicəvi xüsusiyyətlərə malikdir. İlk dəfə alim və seleksioner Silva Feyxo tərəfindən araşdırılan meyvə qeyri-adi görünüşü və tərkibi ilə məşhurlaşmışdır. Silva Feyxo onun tərkibini, faydalılığını, müalicəvi keyfiyyətlərini müəyyənləşdirərək onu gündəlik qidalanma rasionuna əlavə etmişdir. Meyvənin adı isə […]

Kreditin qalanını dövlət ödəyəcək – Axır ki, borcu olanlara şad xəbər

“Bunların nəticəsində yerli sahibkarların kredit yükü bir qədər azalacaq” “Kredit Zəmanət Fondu” ASC-nin 100 milyon manat nizamnamə kapitalı var. Cəmiyyətin əsas məqsədi sahibkarların banklardan götürdüyü kreditlərə zəmanət vermək, onların ödədikləri faizin müəyyən hissəsinin dövlət tərəfindən subsidiya şəklində ödənilməsi, banklarda kredit reytinqlərinin müəyyən edilməsidir”.  Bunu bank və maliyyə məsələləri üzrə ekspert […]

Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Erməniləri çaş-baş qoyan qətnamə. Bir neçə gün öncə Azərbaycan üçün də olduqca önəmli olan qətnamə qəbul edildi. Avropa Parlamenti “Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qətnaməni” qəbul edib. Sənəd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir. Bu […]

Süni yumurta sifariş verdi, görün içindən nə çıxdı – FOTOLAR

Şarlotta Harrison sifariş verdiyi əşyadan quş çıxdı.  Şarlotta Harrison adlı qadın evi üçün internetdən dekorativ yumurta sifariş edib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, sifarişi alan qadın dekorativ yumurtanın heç də süni olmadığını başa düşüb. Yumurtanı xüsusi inkubatora yerləşən qadın bir müddət sonra gözlədiyi nəticəni əldə edib. Belə ki, 20 […]

Bakıda “su qiymətinə” maşınlar satışa çıxarılacaq

Bağlanan bəzi bankların əmlakı hərraca çıxarılır. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra bankların balansında olan daşınan və daşınmaz əmlakını hərrac yolu ilə satışa çıxarır. Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi […]

Bu gün bu vətəndaşların işığı kəsiləcək

Azərişıq ASC-nin borclu vətəndaşlara verdiyi möhlət bu gün bitir. Turkustan.info xəbər verir ki, bu gündən etibarən elektrik enerjisinin istifadəsinə görə borcu olan vətəndaşların işığı kəsiləcək. Bu barədə əvvəlcədən məlumat verildiyi üçün heç bir xəbərdarlıq edilməyəcək. Saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada borclu abonentlərin […]

Avtobus sürücüsü infarkt keçirdi, zərcirvari qəza baş verdi

“Azadlıq” metrostansiyası yaxınlığında avtobus sürücüsü zəncirvari qəza törədib. Turkustan.info-nun məlumatına görə, 90 XX 135 dövlət nişanlı 202 nömrəli avtobusun sürücüsü özünü itirərək yolun kənarında olan VAZ 2104 markalı avtomobili vurub. Daha sonra isə avtobus sürücüsü yolun kənarında olan “Hunday” markalı avtomobili 200 metr sürüyüb. “Hunday” markalı avtomobil isə yol düzəldən […]

Rusiya həbsdən yeni çıxan “Loti Quli”ni axtarışa verdi

Azərbaycanlı avtoritet adam oğurluğunda ittiham edilir Rusiya məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovu (Lotu Quli ləqəbi ilə məşhurdur) beynəlxalq axtarışa verib.   Turkustan.info-nun Rusiya mətbuataına istinadla verdiyi məlumata görə, N.Səlifov adam oğurluğu və dələduzluqda ittiham edilib. İstintaqın məlumatına görə, kriminal avtoritet xüsusi ilə Azərbayacandan olanların oğurlanması  və onlardan pul alınması üçün əmr verib. […]

Bakıda kafedə PARTLAYIŞ

Bakının Nizami rayonunda ümumi sahəsi 150 m2 olan kafedə yanğınla nəticələnən partlayış baş verib. Turkustan.info-nun FHN-nin saytına istinadən xəbərinə görə, hadisə zamanı kafenin mətbəxinin qapı və pəncərəsi çərçivədən çıxıb, mətbəxdə qaz sobası, taxta rəflər və rəflərdə olan mətbəx əşyaları 18 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə […]

Azərbaycanın üç nazir və bir bankiri 10 milyard dolları ölkədə çıxartdı – ŞOK FAKTLAR

“Həmin pullarla 10 minlərlə insan üçün zavodlar və fabriklər yaratmaq mümkün idi” Fazil Məmmədovun vergilər naziri postundan qəfil qovulması ətrafında müzakirələr bitmir; naziri niyə işdən çıxardılar? Niyə onu məhz bu şəkildə 17 ildən artıq tutduğu postdan kənarlaşdırdılar? Bu suallar müzakirə olunduğu bir vaxtda dövriyyəyə çoxsaylı versiyalar girmişdi. Az keçmədi ki, […]

“Milyonlarla amerikalını məhv etmək istəyirlər” – Trampdan dünyanı çalxalayacaq növbəti çıxış – VİDEO

Rusiyanın malik olduğu nüvə silahları ABŞ üçün ən əhəmiyyətli təhlükə olaraq qalır. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik strategiyasında qeyd olunub. Vaşinqton Rusiyanı yeni hərbi imkanlar yaratmaq üçün investisiya ayırmaqda və bundan kiberməkanda sabitliyi pozmaq üçün istifadədə günahlandırıb. Rusiya və Çin sənəddə status-kvonu dəyişməyə səy göstərən revizionist güclər […]

Məzarlıqda ƏZRAYIL: Görənlər ŞOKDA – Dəhşət dolu VİDEO

Bir müddət əvvəl lentə alınan videogörüntülərin sirri hələ də açılmayıb. Turkustan.info-nun Metbuat.az-a istinadən məlumatına görə, yerli sakinlər məzarlıqda qara geyimdə olan qəribə varlıq olduğunu müşahidə ediblər. Qəribəsi budur ki o, havada dayanıb. Qəribə varlığın ayaqları yerə təmas etmir. Sakinlər onun Əzrayıl olduğunu irəli sürüblər.

Azərbaycanda unikal əməliyyat: Kəsilən ayaq bərpa edildi

Mərkəzi Klinika Xəstəxanasının (MKX) həkim briqadası klinikanın baş həkimi, kardiocərrah Kamran Musayev və ortoped-travmatoloq Elviz Qasımovun rəhbərliyi ilə bu günlərdə unikal əməliyyat icra edib. Belə ki, Bakı sakini Elnur Əliyevin MKX-ya müraciət etməsinə səbəb onun iş qəzası nəticəsində sol baldırın aşağı 1/3 nahiyəsinə 2 tonluq cihaz düşməsi nəticəsində aldığı ağır travma olub.E.Əliyevin […]