Əhməd Cavadın “Şükriyyə”si – Bu dəfə Çilənayın İFASINDA – Video

Bəstəkar və ifaçı Çilənay Hüseynova bu dəfə Azərbaycanın istiqlal şairi Əhməd Cavad şeiriyyətinə, Emin Sabitoğlu musiqisinə müraciət edib.

Çilənay Hüseynova mərhum korifey bəstəkar Emin Sabitoğlunun Əhməd Cavadın sözlərinə yazdığı “Şükriyyə” əsərini ifa edib.

İndiyədək, bir sıra müğənnilərin, xüsusilə, mərhum Elçin Cəlilovun, Xalq artisti Azər Zeynalovun ifasında populyarlıq qazanmış “Şükriyyə” mahnısına Çilənay xanım özünəxas modern yanaşması ilə yeni nəfəs verib.

Ümid edirik ki, Çilənay Hüseynovanın “Şükriyyə”si də dinləyicilər tərəfindən seviləcək: