Efirdə yıxılan və təhqirə yol verən məşhurlarımız – VİDEO

Səhnədə və ya efirdə yaşanan uğursuzluqlardan məşhur simaların heç biri siğortalanmayıb.

Canlı yayımda ayağı büdrəyən, konsertlərdə yıxılan, səhvən bəlkə də bilərəkdən etikaya uyğun olmayan ifadə işlədən məşhurlar tək ölkəmizdə deyil bütün dünyada var.

Düşünsək ki, dünyaca məşhur ulduzlardan Madonna, Beyons, Britni Spirs, Rihanna mükafatlandırma gecəsində 4 dəqiqəlik çıxışı üçün 3 ay məşq edir və yenə də səhnədə uğursuzluqla rastlaşır, o zaman bu halı normal saymaq olar.

Efirdə pul cıran, bir-birini ən ağır sözlərlə təhqir edən və bunu “Bip” səsilə yayımlandığı üçün sonradan inkar edən tanınmışlar, bu hərəkətləri ayıb bilməsə də efirdə yıxılmağı özlərinə ar sayırlar. Düzdür, bunu hər kəsə şamil etmək olmaz.

Əsas qarşılaşdığın çətin andan rahat çıxa bilməkdir. Efirdə bilərəkdən təhqiredici ifadə və hərəkətlərə yola verən məşhurlar istisna olmaqla, yıxılan ifaçılarımızı lap elə alqışlamaq da olar. Canlı yayımda yıxılmaq səviyyəcə “yıxılmaq”dan yaxşıdır.

Bu cür hadisələr zaman keçdikcə unudulsa da, Primetime.az olaraq baş verənləri bir araya toplayıb bir daha həm oxucuların həm də görüntülərdə yer alan məşhurların yaddaşını yeniləmək qərarına gəldik.

Yayımladığımız videoda illər ərzində yerli teleməkanda baş vermiş efir qəzaları və qalmaqallar yer alıb.

https://youtu.be/-u88OJJ36KE

/primetime.az/