Azərbaycanlı gənc Türkiyədə filmə dəvət aldı – FOTOLAR

Azərbaycan Alpaqut Federasiyasinin departament rəhbəri Səidə Ömərova dekabrın 20-də tarixində Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən Film Tayfasında Azərbaycan-Türkiyə Dostluq və Sanat Gecəsi adlı tədbirdə fəal iştirak edib.

Tədbirdə Azərbaycan və Türkiyə şairlərinin şəirləri Səidə Ömərova, Film tayfasının rejissoru Zaim Güvenc və şair, oyuncu Özgür Bacaqsız tərəfindən səsləndirilib. Milli rəqslərimizdən “Uzundərə” rəqsi qonaqlara təqdim olunub.

Sonda Səidə xanım Film Tayfasının Yönetmeni Zaim Güvenc tərəfindən filmə çəkilmək dəvəti alıb.