Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində vətənpərvərlik ruhunda tədbirlər keçirilib

Sumqayıt Şəhər Mədəniyyət Evinin kollektivi əsgər və zabitlərin asudə vaxtının təşkili məqsədilə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Tədbirdə “Veteranlar” xorunun dirijoru Türkan Mahmudova, bədii qiraət dərnəyinin üzvləri Asiman Rzayev, Tunar Əsgərzadə, Əlipaşa Paşayevin ifasında Ramiz Duğun və Zəlimxan Yaqubun ulu öndər Heydər Əliyevə həsr olunmuş və vətənpərvərlik ruhunda yazılmış şeirləri dinlənilib.

Şəhər Mədəniyyət Evinin solistləri Zaur Yusifli, Kamil Ağazadənin ifasında vətənpərvərlik ruhlu mahnılar əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.

Sonda hərbi hissənin əsgər və zabit heyəti Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən təşkil olunan kitab sərgisi ilə tanış olub.

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda 2016-cı ilin Aprel ayında keçirilən döyüş əməliyyatları zamanı şəhid olan igidlərimizin əziz xatirəsinə həsr olunmuş “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı tədbir keçirilib.

Tədbirdə Qarabağda gedən döyüşlərdə şəhid olan vətən oğullarımız, onların şərəfli döyüş yolu haqqında oxuculara geniş məlumat verilib.

Sonra 28 saylı məktəbin 3 c sinfinin şagirdləri vətənə, şəhidlərə həsr olumuş şeirlərdən nümunələr səsləndiriblər.

Sonda mövzu ilə əlaqədar kitabxanada sərgilənən ədəbiyyatların xülasəsi verilib.