Bakı Xoreoqrafiya Akademiyasında müəllif konserti keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə bəstəkar-pianoçu, əməkdar mədəniyyət işçisi, dosent Eldar Dadaşovun müəllif konserti keçirilib.

Turkustan.info xəbər verir ki, konsert çərçivəsində akademiyanın bakalavr və magistr tələbələri E. Dadaşovun müəllifi olduğu “Xatirə”, “Ayrılıq” , ” Azərbaycan”, “Odlar ölkəsi” , “Yadına düşəcəyəm” və digər musiqi kompozisiyalarını səsləndiriblər.

Konsertə dəvət olunan qonaqlar arasındaAzərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Respublikasının əməkdar artisti Zemfira Qafarova, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, bəstəkar musiqişünas, Gülnaz Abdullazadə konsert öncəsi çıxış edərək Eldar Dadaşovun yaradıcılığı haqqında fikirlərini tamaşaçılarla bölüşüblər.