“Gil dövrü” layihəsi başa çatdı

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Gil Dövrü” layihəsi başa çatıb. 
Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Qurbanov Anarın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd qədim sənətlərdən biri olan dulusçuluq sənətinin gənclər arsında təbliği olub. Layihədə iştirak edən gənclər ilk olaraq gil sənətinin tarixi, Azərbaycanda hansı gil növlərinin mövcudluğu, onların tapılması və onlardan hansı əşyaların düzəldilməsi barədə məlumat əldə ediblər. Daha sonra təlimçi tərəfindən gənclər üçün qrup şəklində praktiki məşğələlər təşkil olunub. Praktiki məşğələlər vasitəsi ilə gənclər özləri müstəqil olaraq əsərlər yarada biliblər və layihə gənclərin marağına səbəb olub. 
 Sonda layihə iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.