“Barselona” “Real”ı evində darmadağın etdi – VİDEO

Bu gün futbol üzrə İspaniya La Liqasında ilin sonuncu turunda “Real”la “Barselona” üz-üzə gəlib.

Turkustan.info xəbər verir ki, Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutan görüşdə qonaqlar sevinən tərəf olublar. Lider “Barselona” rəqibinə 3 cavabsız qolla qalib gələrək zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Qeyd edək ki, hazırda “Barselona” 45 xalla birinci pillədə qərarlaşıbsa, “Real” 31 xalla dördüncüdür.

“Real” – “Barselona” – 0:3
Qollar: Suares, 54, Messi, 65-p., Vidal, 90+3.

 /Yenicag.az/