Elməddin özünə qiymət “oxudu”: “Qucaqlaşmaq 500 manat…”

Tanınmış aktyor Elməddin Cəfərov pərəstişkarlarına çağırış edib.

Turkustan.info bildirir ki, Yeniçag.az-a açıqlama verən aktyor yarızarafat-yarıgerçək onunla şəkil çəkdirmək istəyən tamaşaçılarına səslənərək, özünə qiymət oxuyub:

“Mən kimdən əskiyəm? Bundan sonra mən də özümə qiymət “oxuyacam”. Mənimlə şəkil çəkdirmək istəyənlərin əli cibində olsun. Qiymətlər yaxınlıq dərəcəsinə görə dəyişir. Xanımlar mənimlə şəkil çəkdirmək üçün 140 manat pul ödəyəcək. Qucaqlaşıb, foto çəkdirənlər 500 manat, uzaqdan şəkil çəkdirənlər isə 50 manat ödəməlidir”.

“Bəs oğlan pərəstişkarlarınız hansı məbləği ödəməli olacaq?” sualına aktyorun cavabı belə olub:

“Oğlanlarla şəkil çəkdirmək pulsuzdur”.