“Real” “Barselona”ya qarşı – ilin son “El-Klassiko”su

İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.

Turun mərkəzi görüşü bu gün keçiriləcək.

Madriddə əzəli rəqiblər “Real” və “Barselona” üz-üzə gələcək.

Böyük maraqla gözlənilən ilin son “El-Klassiko”su Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Barselona” 41 xalla turnir cədvəlinin lideridir. “Real” isə 31 xalla 4-cüdür.

23 dekabr

16:00.“Real” – “Barselona”

/A24.az/