Məmmədin söz qalası…

Ver sözə əhya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz!

Bütün kitablarını nəşrə özü hazırlamışdı. Hətta ölümündən bir azca qabaq “Şair səlahiyyəti” kitabını çapa hazırlayanda da amansız xəstəliklə ölüm-dirim savaşında olmasına baxmayaraq, gününün çox hissəsini bu kitaba həsr edirdi. Bəlkə də sonuncu kitabı olması səbəbiylə… Və o kitabı görəndə sanki ölümə qalib gəlmiş kimi sevinirdi. Zaqatalada qızının evində – Təbrizənin atasına analıq, kürəkəni Rüstəmin qaynatasına atalıq etdiyi və təbii ki, nəvələri Füruzənin, Məmmədkamalın antalya escort da babalarına sevgi dolu xidmət göstərdiyi günlərdən birində həm ziyarətinə getmişdim, həm də yenicə çapdan çıxan “Şair səlahiyyəti” kitabını aparmışdım. Demək olar ki, son günlərini yaşayırdı. Kitabı görəndə solğun bənizinə işıq gəldi, dikəlib oturdu, əlinə alıb o üzünə-bu üzünə çevirdi, vərəqlədi, bir müddət sinəsinə antalya escort bayan qoyub yatağına uzandı. Heç birimiz dinə bilmirdik. Mütəəssir olmuşdum. Təbrizəylə Füruzə o biri otağın açıq qapısından baxır, göz yaşlarını saxlaya bilmirdilər. O an mənə elə gəldi ki, ya sağalıb ayağa duracaq, ya da artıq həyata əbədi göz yumacaq. Amma möcüzə hər zaman olmur. Kitab sinəsində huşa getdi və 2-3 dəqiqə sonra ayılıb əlinin işarəsi ilə Füruzəni yanına çağırdı. Kitabı verib: “bir şeir oxu” – dedi. Yazıq qızcığazın hər gözü sanki dörd bulaq idi… Hıçqırıqla bir-iki bənd oxudu, dözmədim, dedim bəsdi, sonra oxuyarsan. Məmməd sağlığında işıq üzü görən kitabıyla beləcə vidalaşırdı. Elə həyatla da…

İndi əziz oxucu, əlinizdə tutduğunuz bu kitab böyük şairin, mütəfəkkirin ölümündən sonrakı ilk kitabıdır. Tərtibat cəhətdən nə qüsur görsəniz, lütfən Məmmədi qınamayın, bizim qüsurumuz bilin. Çünki əlyazma üzərində biz işləmişik. Bu, ənənəvi kitab da deyil: Məmməd Aslan kimi söz nəhənginin televiziya çıxışlarının lent yazısından kağıza köçürülmüş səssiz variantıdır. O çıxışların ki, tamaşaçılar səbirsizliklə axşamın düşməsini, Məmmədin nurani simasını, insanın iliyinə qədər işləyən həzin və ahəstə nitqini gözləyirdilər. Azərbaycan teleməkanında Məmməd qədər səlis, məntiqli, dərin mənalı veriliş aparan, sinədən deyən ikinci bir aparıcı, yaxud iştirakçı tanımıram. Və yazıqlar olsun ki, bunu da bizlərə çox gördülər. Əvvəlcə bədxahları onu AzTv-dən, sonra tamaşaçı xatirinə sığındığı “Xəzər” televizya kanalından uzaqlaşdırdılar. Öz aləmlərində sanki Məmməd Aslana pislik etdiklərini düşünüb
namərdcəsinə sevinən kəslər bilmirdilər, yaxud da elə bilərəkdən yüz minlərlə, deyərdim ki, lap milyonlarla tamaşaçıya xəyanət etdiklərinin fərqində deyildilər… Məmməd Aslan milli-mənəvi dəyərlərimizi, ədəb-ərkanımızı, adət-ənənələrimizi, babalarımızın miras qoyduğu sözü qorumağı sanki boynuna qoyulan müqəddəs yük kimi qəbul etmişdi. Hələ lap cavanlığında yazdığı bu misralar dediklərimə əyani sübut deyilmi?!

Vətən gözdür, biz kirpik,
Gözümüzün keşiyini çəkirik…

Məmməd sözün təmənnasız keşikçisi idi. Televiziyanın həyətində oturub çay içirdik. Yanımızdan keçən bir nəfər tanınmış teleaparıcını səslədi, adam yaxınlaşanda Məmməd dağ seli kimi kükrədi, dişinin dibindən çıxanı dedi. Düşündüm ki, yəqin hansısa verilişdə ünvanına tənqid söyləyib. Aydın oldu ki, bu aparıcı verilişində bir neçə sözün əsl mənasını təhrif edib tamaşaçıya yanlış çatdırıb. Zavallı suyu süzülə-süzülə getdi, amma Məmmədi sakitləşdirmək bir xeyli vaxt apardı. Handan-hana dilləndim:

“Ay Məmməd, bu yazığı niyə biabır etdin, sözdü də, belə demədi, elə dedi, sözün sahibi sənsən ki, bu qədər əsib-coşursan?” İndi təsəvvür edin, o adam qaldı qıraqda, düşdü mənim üstümə. Özü də necə!.. Dedi sözün sahibi mən olsaydım nə vardı ki, uzaqbaşı təkcə özümü təhqir olunmuş sayacaqdım, sözün sahibi xalqdır, bu düdük xalqı təhqir edir, hamı da baxıb susur. Bu, Dədə Qorqudumuzu, Füzulimizi, Ələsgərimizi təhqir edir, sözü axı onlar bizə əmanət qoyub gediblər. Nə isə, birtəhər yarızarafat, yarıgerçək sakitləşdirdik.

Sonralar türk arxivlərindən bir yazı keçdi əlimə və bu əhvalatı xatırlayıb Məmmədin nə qədər haqlı olduğunu anladım. Atatürk Çankaya köşkündə gəzinirmiş. Görür bir qarı ətrafda gəzinir, arabir qapıçıya yaxınlaşıb nəsə deyir, qapıçı da onu uzaqlaşdırır. Yaxınlaşır qapıya, soruşur ki, o qadın nə istəyir? Deyirlər ki, sizi görmək. Deyir çağırın gəlsin. Qarı yaxınlaşır, Atatürk soruşur ki, annacığım, kimi istəyirsiniz? Qarı qayıdır ki, Paşamı görmək istəyirəm, ona deyiləsi sözüm var. Qarını gətirir içəri, bir skamyada otururlar. Qarı onun nüfuz sahibi olduğuna işarə edib soruşur ki, oğlum, buraların sahibi sənsən? Paşa deyir ki, xeyr, annacığım, buraların sahibi böyük türk xalqıdır. Mən buranın qoruqçusuyam. Qarı deyir ki, onda məni Paşamla görüşdür. Atatük özünü nişan verir, qarı paşanın boynuna sarılıb deyir ki, arzuma çatdım. İki oğlum Çanaqqala savaşında paşamla bərabər vuruşub şəhid olub, ölümlü günümdü, arzu etdim ki, gedib heç nədən, xarabalıqdan bir cümhuriyyət quran Paşamı görüb, sonra rahat ölüm…

Bunu niyə xatırladım, bilirsinizmi? Məmməd o qovğada sübut etdi ki, sözün sahibi xalqdır, özü isə sözün qoruqçusu. Atatürk də müdrik adam olaraq ziyarətinə gələn qarıya isbat etdi ki, bu köşkün sahibi türk xalqıdır, o yalnız köşkün qoruqçusudur…

Məmməd Aslan, gördüyünüz kimi, sözü göz bəbəyi kimi qoruyurdu, sözə müraciətlə: Əlahəzrət söz – deyirdi. Bəşər övladı yaranandan ta günümüzədək əlləşib-vuruşub özunə yurd-yuva qurub,
rahat yaşamaq üçün evlər tikib, kəndlər, şəhərlər salıb. Padşahlar, krallar daha da qabağa gedərək qəsrlər, saraylar, qalalar inşa etdirib. Yazıqlar bilməyib ki, bu qalalar müharibələrin, qovğaların
qarşısında haçansa dağılacaq, yerlə yeksan olacaq… Amma filosoflar, şairlər, alimlər bu dünyagir fironlardan fərqli olaraq, elmə, biliyə, sözə daha çox fikir verib sözdən qala tikiblər. SÖZ QALASI!
Burada sözün qala anlamı iki mənada başa düşülməlidir: biri sözdən tikilən qala, biri də söz qalasıdır, yəni söz əbədidir, nəsildən-nəsilə ötürülərək əbədiyyən yaşayacaqdır. Füzuli yazanda ki:

Göstərən saətdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.

Əbəs yerə yazmamışdı ki! Dünya binə olandan indiyə qədər şəhər, kənd xarabalıqları görmüşük. Amma “söz xarabalığı” ifadəsinə rast gəlməmişik. Çünki söz insanın mayasıdır, canıdır, onu yaşadan canlı orqanizmdir. Söz insana Allah əmanətidir, tikilən və sonda xarabalığa çevrilən saraylar, qalalar yox! Söz dünya malı deyildir, dünya malı fani, söz baqidir. Sözün bu məqamda əbədi yer tutmasında klassik şair və yazıçılarımızla bərabər müasirlərimizin də danılmaz xidməti vardır. Çağdaş söz adamlarından Məmməd Aslanın qurduğu söz qalası Füzulininki kimi əbədiyaşar olacaqdır. Buna yüzdəyüz əminəm. Ona görə də ustadın ruhu xatirinə yazdığım bu kiçik yazıma da “Məmmədin söz qalası” başlığını qoydum. Çünki sözü Məmməd qədər əzizləyən, sözün nazını Məmməd qədər çəkən teleaparıcı, şair, publisist tanımıram. Yəni, üçü bir yerdə! Məmməd Aslanın o sevimli, baxımlı, verilişlərinə baxan hər kəs bilir ki, o heç vaxt söz üçün cibə girmir, yəni söz axtarışına çıxmır. Söz özü Məmmədi çox asanlıqla tapır, məqamında dadına yetir, şirin ləhcəsiylə xalqın ürəyinə süzülür. Bu kitabı oxumaq kifayətdir ki, olduğunu görəsən. Şair bütün yazılarında, teleçıxışlarında özünün dediyi kimi, ömrünü söz yolunda girov qoyub. Söz Məmməd üçün hər şeydir: Vətəndir, anadır, atadır, övladdır! Bəlkə elə ona görə də sözü namusu, qeyrəti kimi qoruyurdu! Həyatdan köçdüyü iki ildir, düşünməyin ki, sözü yetim qoyub getdi. Məmməd bu gün də sözün keşiyindədir. Yazdığı kitablarıyla, məqalələri ilə, televerilişləri və teleçıxışları ilə! Əlinizdə tutduğunuz bu gözəl kitabıyla! Məmməd haqqın dərgahındadır, amma
sözün dərgahını da yiyəsiz qoymayıb, sevə-sevə işlətdiyi sözlər indi onu ağuşuna alıb şirin ana laylası çalır. Çünki sağlığında sözün təəssübünü çox çəkib, sözə çöx tapınıb! Söz də canlı varlıqdır, nə yaxşılığı unudur, nə pisliyi. Ona görə dahi şairimiz Füzuli deyir:

Ver sözə əhya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.

Əlövsət Ağalarov