Gün: Dekabr 25, 2017

“İrəli” İctimai Birliyinin təşkilat olaraq fəaliyyətə başlamasının 9 ili tamam olur

“İRƏLİ” İctimai Birliyi, 2008-ci il, 24 dekabr tarixində cənab prezident İlham Əliyevin doğum günündə təsis olunub. Artıq bu il, “İRƏLİ” İctimai Birliyi təşkilat olaraq fəaliyyətinin 9-cu ildönümünü qeyd edir. “İRƏLİ” İctimai Birliyi hər il təşkilatın nizamnaməsinə əsasən mütəmadi olaraq birliyin hesabat konfransını və hər iki ildən bir isə hesabat-seçki konfransını […]

2018-ci il üçün dövlət büdcəsi təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Turkustan.info-nun məlumatına görə, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat məbləğində təsdiqlənib. Mərkəzləşdirilmiş gəlirlər 19 473 650,0 min manat, yerli gəlirlər 653 350,0 min manat, mərkəzləşdirilmiş xərclər 20 323 075,0 […]

İsa peyğəmbər yadplanetli olub? – İDDİA

Alimlər qədim yazılı kitabələrin araşdırılması nəticəsində İsa peyğəmbərin dünyadan kənar yad sivilizasiyaya aid olduğuna qərar verib. Turkustan.info Kult.az-a istinadən xəbər verir ki, bu barədə “Rossiyskiy Dialoq” informasiya yayıb. Ekspertlərin fikrincə, kahinlərin dua etdiyi Beytləhm (Vifleyem) ulduzu əslində yadplanetlilərin gəmisi olub. Bu nəzəriyyənin təsdiqi üçün mütəxəssislər heç bir ulduzun xilaskarın doğulduğu […]

Sarkisyan: “Münaqişə yalnız sülh yolu ilə həll oluna bilər”

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər”. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti S.Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib. S.Sarkisyan bildirib ki, Gürcüstan prezidenti ilə görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri də müzakirə olunub. G.Marqvelaşvili öz […]

Ermənistandan Türkiyəyə aparılan qızlar

Erməni qadının Türkiyədə qurduğu cinsi istismar imperiyası Ermənistan ənənəvi olaraq insan alverinə mənbə rolunu oynayıb. Turkustan.info-nun məlumatına görə, bu barədə “1in.am” portalına müsahibəsində Ermiənistan təşkil olunmuş cinayətlə mübarizə idarəsinin insan alveri ilə mübarizə şöbəsinin rəisi Vaçe Ovsepyan bildirib. Onun sözlərinə görə, erməni kişiləri əsasən Rusiyaya əmək istismarı üçün, erməni qadınları […]

Taleh Bağırovun barəsində yeni cinayət işi başlanıldı

“Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırovun barəsində yeni cinayət işi başlanıb. Turkustan.info-nun “Report”a istinadən məlumatına görə, T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb. Belə ki, onun üzərindən kəsici-deşici əşya tapıldığı iddia […]

Prezident minimum əmək haqlarını artırdı

Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Turkustan.info-nun xəbərinə görə, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci […]

Qənirə Paşayevanın Qaziantep Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artması təklifini rektor dəstəkləyib

Millət vəkili, Dr. Qənirə Paşayeva  Qaziantep  Universitetinin rektoru  Prof. Dr. Ali Gür  və  universitetdə  təhsil alan gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəmiz daha da güclənməlidir deyib. Qaziantep Universitetinin rektoru    Prof. Dr. Ali Gür  qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə  genişlənməsindən məmnunluğunu […]

Azərbaycanda bağlanan və bağlanacaq banklar: SİYAHI VAR

Bir neçə gündür ki, ölkədə fəaliyyət göstərən daha bir bank fəaliyyətini dayandırıb. “DəmirBank”ın fəaliyyətini dayandırması yeni ildə daha hansı bankların bağlanacağını bir daha gündəmə gətirib. Sualımızı iqtisadçı-ekspert Akif Nəsirli cavablandırıb. Turkustan.info bildirir ki, Cebhe.info-ya açıqlama verən iqtisadçı yeni il üçün olan proqnozlardan danışıb: “2015-ci ildən ölkənin maliyyə bazarında başlayan böhran […]

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi keçirilib – FOTOLAR

Yaşlıların uşaqlara verdiyi ən məşhur sual “Böyüyəndə kim olmaq istəyirsən?”dir. Əslində, bu sualı verəndə çoxumuz eyni cavabı eşidirik. Gələcəyimiz olan uşaqlar böyüyəndə ya polis olmaq istəyirlər, ya həkim, ya da ki, müğənni… Biz də təbii olaraq uşaqların nəyə görə bu peşələri seçdikləri ilə maraqlanırıq. Onlar cavablarında “atama-anama oxşamaq istəyirəm” cavabını […]

Nazirdən Fazil Məmmədovun işdən çıxarılmasına – Münasibət

Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqələndirmirik. Turkustan.info-nun xəbərinə görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov keçmiş vergilər naziri Fazil Məmmədovun vəzifəsindən getməsinin Azərbaycan Güləş Federasiyasının və Azərbaycan Velosiped İdmanı Federasiyasının işinə təsirinə münasibət bildirərkən deyib. “İlham Əliyevin idman siyasəti uğurla davam etdiriləcək. Gələn il Bakıda planlaşdırılan velosiped üzrə BMX […]

Qurban Qurbanovun bahalı avtomobili ilə bağlı – AÇIQLAMA + FOTO

“Qarabağ” futbol klubunun mətbuat katibinin rəhbəri Nurlan İbrahimov “ağdamlılar”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun avtomobili ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib. Turkustan.info bildirir ki, N.İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı dəqiq məlumatı yoxdur. Onun sözlərinə görə, Q. Qurbanovun avtomobil dəyişməsi onun şəxsi həyatına aiddir: “Bu, “Qarabağ” futbol klubunun […]

Benzinin akzis dərəcəsi 200 manata qaldırıldı

Azərbaycana gətirilən aksiz vergisinə cəlb olunan mühərrik benzin növlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri məlum olub. Turkustan.info xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərara müvafiq dəyişiklik edilib. Qərar 2018-ci il yanvarın 23-də qüvvəyə minəcək. Aviasiya […]

Musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub – FOTO

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstan Respublikası Tbilisi şəhərində fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 100 illik yubileyi və 31 dekabr Dünya Azərbaycanlılarının […]

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Turkustan.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O qeyd edib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət […]

Azərbaycan kikboksçusu ermənini belə məğlub etdi – VİDEO

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin üzvü Elşən Qəniyev Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən kikboksinq üzrə peşkarlar arasında döyüşdə erməni idmançı Albert Arutyunyan üzərində parlaq qələbə qazanıb. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, Elşən Qəniyev döyüşlə bağlı təəssüratlarını bölüşüb: “Rəqibim zəif deyildi. Əsas odur ki,rəqibimi […]

Sərnişindaşıma qaydaları dəyişdi, cərimə sistemi işə düşür

Taksilər sifariş gözləyərkən xüsusi olaraq müəyyən edilmiş və işarələnmiş duracaq yerlərindən istifadə etməlidir  “Avtomobil nəqliyyatı haqqında” qanunun 20-ci maddəsinə (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) dəyişiklik edilib. Turkustan.info-nun Sputnik Azərbaycan-a istinadən məlumatına görə, həmin qanunun 20.3-cü maddəsində “avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan” sözləri “xüsusi olaraq müəyyən edilmiş və müvafiq […]

Erməni general: “Allah göstərməsin ki, müharibə başlasın”

Erməni deputatı, general Seyran Saroyan Ermənistan cəmiyyətində ötən ilin aprel ayında Azərbaycan ordusunun ələ keçirdiyi Lələ-Təpə yüksəkliyinin geri qaytarılması ilə bağlı müzakirələrə şərh verib. Turkustan.info erməni mətbuatına istinadən xəbər verir ki, məsələ ilə əlaqədar S.Saroyan deyib: “Allah göstərməsin ki, müharibə başlasın. Bir yüksəkliyə görə biz xalqı qırğına verə bilmərik. Bu […]

Dollarla bağlı tələsik qərar: Banklar məzənnələri dəyişdirdi

Rəsmi məzənnənin sabit qalmasına baxmayaraq, bu gün ölkə banklarında dolların manata nisbətdə məzənnəsi qalxıb  Dekabarın 25-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi dekabrın 22-si ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Dekabrın 22-də rəsmi olaraq 1 dollar 1,7001 manata bərabər idi.  Rəsmi məzənnənin sabit qalmasına baxmayaraq, bu gün ölkə banklarında dolların […]

Vanqa nənənin 2018-ci illə bağlı ilginc təxminləri – “Çin supergüc olacaq”

Dünyanı qarşımızdakı ildə nələr gözləyir? Sağlığında öncəgörmələri Bolqarıstan hökuməti tərəfindən qələmə alınaraq saxlanan Vanqa nənənin dediklərinin böyük bir qismi bu günə qədər düz çıxıb. Musavat.com 2018-ci ilin astanasında Vanqa nənənin qarşımızdakı illə bağlı proqnozlarını diqqətə çatdırır. 1996-cı ildə ölən bolqar qadın həyatını itirməzdən öncə 51-ci yüzilə qədər bir çox təxminlər […]

70 yaşlı azərbaycanlı diktora efirdə toy çalındı: Bəyin ürəyi getdi – VİDEO

ARB TV-nin “Səhər-səhər” proqramının növbəti buraxılışında maraqlı hadisə yaşanıb. Belə ki, 70 yaşlı diktor Xalidə Əhmədovanın doğum günündə ona sürpriz edilərək, efirdə toy çalınıb. Toyun aparıcığılığını müğənni Elçin Hüseynov, xınayaxma mərasimini isə Naibə Allahverdiyeva reallaşdırıb. Ürək sözlərini bölüşən diktor, ailə həyatından danışıb: “Mən Davud müəllimlə evlənəndə gəlinlik geyinməmişəm. Bu imkanlar […]

ABŞ BMT-yə gözlənilən zərbəni vurdu

“Vətəndaşlarımızın səxavətindən sui-istifadə edilməsinə icazə verə bilmərik” ABŞ BMT-nin maliyyələşdirilməsində ixtisara gedəcəyini açıqlayıb. Tramp Administrasiyası 2018-2019-cu illərdə BMT-nin maliyyələşdirilməsinə ayırılan vəsaitin 285 milyon dollar azaldılması barədə qərar qəbul edib. Sputnik xəbər verir ki, məlumatı Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley açıqlayıb. “Biz vətəndaşlarımızın səxavətindən sui-istifadə edilməsinə icazə verə bilmərik” — […]

Erməni generallardan Lələtəpə ilə bağlı ŞOK GEDİŞ: “Azərbaycan zabitləri hər gün…”

Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyanın ötən həftə dediyi sözlər işğalçı ölkədə qarışıqlıq yaradıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Akopyan erməni ordusunun “aprel müharibəsi”ndə Azərbaycan Ordusunun azad etdiyi əraziləri yenidən işğal edə biləcəyini iddia edib. Lakin o əlavə edib ki, buna ehtiyac yoxdur: “Çünki erməni əsgərlərinin həyatını bu cür […]

Koalisiya Yəməni vurdu – 50 ölü

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın Yəmənin qərbinə endirdiyi aviazərbələr zamanı husilərin ən azı 50 tərəfdarı ölüb. Turkustan.info xəbər verir ki, bu barədə “Skay Nyus Arabia” informasiya yayıb. Məlumata görə, koalisiya qüvvələri tərəfindən həmçinin Yəməndən Səudiyyə istiqamətində atılmış raket də zərərsizləşdirilib.   /Axar.az/

Ağ Evdə Putinin adamı var? Şübhəli şəxsin adı elan olundu

İngilisdilli mətbuat prezident Donald Trampın ruslarla əlaqəsinə dair yeni materiallar dərc etməkdə davam edir. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, “BuzzFeed” nəşri sabiq britaniyalı kəşfiyyatçının Trampla bağlı hesabatının yeni qalmaqal yaradacağını düşünür.   “Newsweek” nəşri isə öz məqaləsini “Putinin adamı Ağ Evdədir?” başlığı qoyub. Nəşrin fikrincə, Ağ Evdə rusların maraqlarına xidmət […]

Prezident generalı vəzifədən azad etdi — SƏRƏNCAM

Daxili Qoşunların generalı ehtiyata buraxılıb. Turkustan.info məlumat verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Şirin Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Daxili işlər naziri, general-polkovnik […]

Sağlam idi, əməliyyat etdilər öldü – “Mərkəzi Klinika”dakı müəmma

Azərbaycan Pedaqoji Universitetinin Quba filialının 20 yaşlı tələbəsi Xankişi Nizami oğlu Mirzəlinin ürəyindən əməliyyat olunarkən dünyasını dəyişdiyini xəbər vermişdik. Yenicag.az saytına açıqlama verən mərhumun atası Nizami Mirzəyev oğlunun müəmmalı ölümündən danışıb. O, əməliyyata qədər övladının sağlam olduğunu bildirib: “Oğlumu dekabrın 16-da “Mərkəzi Klinika”ya yerləşdirmişdik. 2013-cü ildə də eyni klinikada ürəyindən əməliyyat […]

İstanbuldan Azərbaycana gələn sərnişinlə dolu avtobus aşdı

Yaralıların əksəriyyəti Naxçıvan sakinləridir Türkiyədən Azərbaycana gələn avtobus qəzaya düşdü. Turkustan.info-nun Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Qarsda olub. İstanbuldan Azərbaycana hərəkət edən sərnişin avtobusu aşıb. Murat Sepek adlə şəxsin idarə etdiyi avtobusun qəzaya uğramasına səbəb sürücünün idarəetməni itirməsi olub. İlkin məlumata görə, 30 nəfər yaralanıb. Onlardan əksəriyyəti Naxçıvan […]

Bayram bazarlığını bu yarmarkalardan edə bilərsiniz – Ünvan

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıtda kənd təsərrüfatı məhsulları yarmarkaları açılacaq. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Bakı və Sumqayıt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədilə dekabrın 28-dən 31-dək fasiləsiz olaraq […]

İş axtaranların NƏZƏRİNƏ! – Vakansiya var

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” (AZİNNEX) Özbəkistan nümayəndəliyi üçün Ölkə meneceri vakansiyası üzrə işçi axtarışı elan edib. Turkustan.info bildirir ki, bu barədə Metbuat.az-a ASAN-dan məlumat verilib. Yaradılacaq nümayəndəliyin əsas fəaliyyət istiqamətləri “Azərbaycan İnnovasiyalar İxracı Konsorsiumu”nun fəaliyyətini Özbəkistanda təşkil etmək, Özbəkistanda mövcud tenderləri araşdırmaq, uyğun tenderlərlə bağlı məlumatları toplamaq, tenderlərə müraciətlər etmək, […]

Səmada yadplanetli gəmisi şoka səbəb oldu — VİDEO

Dünən axşam saatlarında Kaliforniya səmasında maraqlı görüntülər qeydə alınıb. Turkustan.info xəbər verir ki, həvəskarlar tərəfindən lentə alınan video çarx sosial şəbəkələrdə geniş marağa səbəb olub. Bir çoxları görüntünün yadplanetli gəmisi olduğunu bildirir. Bəzi sosial şəbəkə istifadəçiləri isə görüntünün “SpaceX” şirkətinin uçuşlarından sonra meydana gələn təbiət hadisəsi olduğunu qeyd edib.   /Ölkə.Az/ […]

Məşhur “LOTU” İstanbulda güllələndi

Postsovet məkanının kriminal aləmində “Pankisli Dato” ləqəbi ilə tanınan “lotu”, 36 yaşlı çeçen David Alxanişvili İstanbulda güllələnib. Turkustan.info Rustavi-2 telekanalına istinadən bildirir ki,  D.Alxanişviloi gecə saatlarında cangüdənləri ilə restorandan çıxanda vurulub. Yaxınlarını dediklərinə görə, “Dato” restoranda şam yeməyində olanda ona zəng ediblər. Naməlum şəxs “Dato”dan çölə çıxmasını istəyib. D.Alxanişvili restorandan […]

Məcburi köçkünlər yolu bağladı — VİDEO

Bu gün səhər saatlarında bir qrup məcburi köçkün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısından keçən Cavadxan küçəsini bağlayıb. Turkustan.info bildirir ki,  “Ölkə.Az”-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məcburi köçkünlər yolu bağlayaraq, ev tələb edirlər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hələlik yolu açmaq mümkün olmayıb. Hadisə […]

Kərə yağı ucuzlaşdı – FOTOLAR

Dövlət başçısının göstərişindən sonra Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması həftəsonu kərə yağının qiymətinə təsir edib. Turkustan.info musavat.com-a istinadən bildirir ki, paytaxtın iri ticarət mərkəzlərində Yeni Zelandiya istehsalı olan “Golden Grown” markalı kərə yağı 80 qəpik ucuzlaşaraq, 17.10 […]

Ruslar Yeni ili evdə keçirməli olacaq – SƏBƏB

Ötən ildən fərqli olaraq bu il Rusiya vətəndaşlarının 78 faizi Yeni ili öz evlərində qeyd edəcəklər. Turkustan.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, maddi durumla əlaqədar bu il çox az sayda vətəndaş bayramı ölkə xaricində keçirəcək. Əhali arasında aparılan sorğuya əsasən, rusların çoxu 2018-ci ili daha çox İsrail, Hindistan, Vyetnam və Şimali […]

Həyatında ilk dəfə azan eşidən braziliyalı göz yaşlarına boğuldu – VİDEO

Həyatında ilk dəfə azan səsi eşidən braziliyalı qadın göz yaşlarını tuta bilmədi. İnternetdə böyük maraqla izlənilən videoda qadın ilk dəfə azan səsi eşitdiyini deyərək ağlamağa başlayır. Video sosial mediada paylaşım rekordları qırıb. Sizə həmin videonu təqdim edirik: /A24.Az/  

Bu günə olan məzənnələr

Azərbaycan Mərkəzi Bankı 25 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan   verilən məlumata görə, dekabrın 25-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2,0158 manat təşkil edir. 1 türk lirəsi 0,4461 manat, 1 rus rublu 0,0291 manat, 1 İran rialı […]

İstintaqçılar Fazil Məmmədov ölkədən çıxardığı 1 milyardın izinə düşüb – Cinayət dosyesi

Sabiq nazirin pullarını dövr etdirən dostu Fəxrəddin Qəmbərov yoxa çıxıb; onun ofşor zonalarda qurduğu şirkətlərin qara işləri beynəlxalq təşkilatların hesabatlarında da yer alır… Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasında “maliyyə xəyanəti”nə yol verməsi haqda olan xəbərlərin həqiqiliyinə dəlalət edən məlumatlar yayılmaqdadır. Ötən saylarımızdan birində yazmışdıq ki, iş adamlarından büdcəyə […]

Ərəblər Ermənistanda böyük ərazilər alır

Cənubi Qafqazda Böyük Orta Şərq layihəsinə start verilib Ərəblər Ermənistanda böyük ərazilər alır. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu barədə Ermənistanın Şərabçılar İttifaqının rəhbəri Avaq Arutunyan “1in.am”a müsahibəsində bildirir. Ermənistan torpaqlarının yarıdan çoxunun əkilmədiyini bildirən Arutunyan ərəblərin çoxillik bitkilər əkməkdə maraqlı olduğunu vurğulayır. Onun sözlərinə görə, ərəblərin aldıqları ərazidən məhsulları […]