70 yaşlı azərbaycanlı diktora efirdə toy çalındı: Bəyin ürəyi getdi – VİDEO

ARB TV-nin “Səhər-səhər” proqramının növbəti buraxılışında maraqlı hadisə yaşanıb.

Belə ki, 70 yaşlı diktor Xalidə Əhmədovanın doğum günündə ona sürpriz edilərək, efirdə toy çalınıb.

Toyun aparıcığılığını müğənni Elçin Hüseynov, xınayaxma mərasimini isə Naibə Allahverdiyeva reallaşdırıb.

Ürək sözlərini bölüşən diktor, ailə həyatından danışıb:

“Mən Davud müəllimlə evlənəndə gəlinlik geyinməmişəm. Bu imkanlar bizim üçün olmayıb, o məni qaçırıb. Nə onun atası, anası, nə də mənim atam və anam bizim üçün heçnə etməyiblər. O mənə dedi ki, 50 illiyimizdə sənə toy edəcəm. İndi buna ömür vəfa etmədi. Mən Davudun yerinə bu gün nəvəm Onuru gətirdim. Amma o da bunu qəbul edə bilmədi”.

Həmin görüntüləri təqdim edirik.