Azərbaycan kikboksçusu ermənini belə məğlub etdi – VİDEO

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin üzvü Elşən Qəniyev Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən kikboksinq üzrə peşkarlar arasında döyüşdə erməni idmançı Albert Arutyunyan üzərində parlaq qələbə qazanıb.

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, Elşən Qəniyev döyüşlə bağlı təəssüratlarını bölüşüb: “Rəqibim zəif deyildi. Əsas odur ki,rəqibimi məğlub edə bildim. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyevə öz təşəkkümü bildirirəm ki, bizim belə yarışlarda təmsil olunmağımıza öz dəstəyini göstərir. Bu gün ölkədə idmana böyük qayğı var. Bizdə yaradılan şəraitdən istifadə edib,beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmək istəyirik”.

QEYD: Elşən Qəniyev 12 ildir Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvüdür. 7 qat Azərbaycan çempionudur. WAKO-dan dünya kubokunun müfakatçısıdır. 10-ildən çoxdur ki, Daxili İşlər Nazirliyinin kikboksinq üzrə baş məşqçisi,əməkdar məşqçi Hakim Hacıyevin yanında məşqlərini davam etdirir.