Musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub – FOTO

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstan Respublikası Tbilisi şəhərində fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 100 illik yubileyi və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Gürcüstan Respublikasının Tbilisi və Marneuli şəhərlərində keçirilən tədbirlərdə konsert proqramları ilə çıxış edib.

 Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva artıq bir neçə ildir ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Xırdalan şəhər 11 illik musiqi məktəbi ilə əməkdaşlıq etdiklərini diqqətə çatdıraraq, təşkil olunan tədbirlərdə məktəb kollektivinin böyük heyətlə iştirakına yaradılan şəraitə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və şəxsən nazir cənab Əbülfəs Qarayevə minnətdarlığını bildirib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Tədbirdə məktəbin “Nağaraçılar” ansamblının çıxışı, xaıq çalğı alətləri ansamblının ifasında Tofiq Quliyevin  və digər Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də, xanəndəlik sinfi şagirdlərinin ifasında muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda məktəbin direktoru əməkdar müəllim İkram Manafov səmimi qarşılanma və yüksək səviyyədə təşkilati şəraitin yarasılmasına görə təşəkkür edib.
 Tədbirdə iştirak edən Marneuli şəhərinin meri-Temur Avazov, Marneuli bələdiyyəsinin sədri-Amiran Kevorqadze, Gürcüstanın Barış və Vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri- Ayaz Məmmədov, Bölgə qubernatorunun müavini-Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı-Fəxri Hacıyev və başqaları məktəb kollektivinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar.
  • Musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub - FOTO
  • Musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub - FOTO
  • Musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub - FOTO
  • Musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub - FOTO
  • Musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub - FOTO