Bakıda bayram konserti olacaq

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya verilən məlumata görə,  ilk dəfə olaraq dekabrın 29-da BXA-nın təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsert Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, tanınmış drijor, professor Rauf Abdullayevinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq. Konsertdə akademiyanın magistr tələbələri də iştirak edəcək.

Konsertdə Qərbi Avropa və rus bəstəkarlarının fortepiano ifaları təqdim olunacaq.