Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi “yeni il” şənliklərinə statr verdi

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt Dünya məktəbinin  şagirdləri üçün “Açıq qapı günü” keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, qonaqları salamlayan Kitabxana Klubun direktoru Zərnigar Babayeva kitabxana haqqında geniş məlumat verib. Sonra qonaqlar Kitabxana Klubda  fəaliyyət göstərən Rəsm dərnəyinin şagirdlərinin  əl işlərindən ibarət sərgi ilə taniş olublar. Sərgidə Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsm əsərləri nümayiş olunub.  Daha sonra uşaqlar üçün təşkil olunmuş  “Nağıl otağı”nda “Sehirli torba” kitabı üzrə nağıl saatı keçirilib,  Azərbaycan və Alman nağılları əsasında hazırlanmış  “Cik-Cikin nağılı” və “Hansel və Qretelin nağılları” kukla tamaşası  nümayiş olunub.
S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində “Qış nağılı” adlı səhərcik keçirilib. Tədbirdə uşaq şöbəsinin oxucuları Rəsul Bəhmənli, İnci Hüseynzadə, İsmayıl Hüseynovun ifasında şeirlər, Aynur Kərimova, Lətifə Mahmudova, İnci Hüseynzadə, Ayan Ağayeva, Zəhra Bəşirli, Kənan Bəşirlinin ifasında “Yeni il gəldi”, “Sevimli yolka” mahnıları,  Vüqar Seyidzadə və Kənan Mahmudovun sazda, Cavidan Mirzəzadənin tarda, Ərtoğrul Salıflının qarmonda  ifaları, eləcə də, İnci Hüseynzadənin “Cırtdanın nağılı” nı musiqili şəkildə ifası maraqla qarşılanıb. Uşaqların sevimlisi-Şaxta baba və Qar qızın gəlişi şənliyə daha da xoş ovqat qatıb. Uşaqlar Şaxta baba və Qar qızla rəqs edib, mahnı oxuyub, yanıltmaclar, lətifələr söyləyiblər. Tədbirdə “Xoş gəlmisən təzə il” başlığı altında sərgi nümayiş edilib.
S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində keçirilən tədbiri məktəbin müəllimi Elnarə Xankişiyeva açaraq Dünya Azərbaycanlıların Həmrəylik Günü haqqında geniş məlumat verib. Tədbir şagirdlərin ifasında konsert proqramı ilə davam edib. Elsevər Əmirovun ifasında “Dilkəş” tənifi”, Nihat Məmişovun ifasında A.Dvorjakın “Slavyan rəqsi” (tar), Zöhrə Əhmədovanın ifasında “Ay işığında” (kamança), Əhməd Alməmmədovun  ifasında “Naxçıvani” el havası  (sazda) maraqla dinlənilib. Daha sonra məktəbin skripkaçılar, qarmonçalanlar, nağaraçılar ansambllarının ifasında musiqi nömrələri, “Cəsur şahinlər” rəqs ansamblının ifasında “Yallı” rəqsi alqışlarla qarşılanıb.
Şuşa şəhər Bülbülcan adına UMM-nin kollektivi 1saylı Sağlamlıq İmkanları Məhdud Usaqlar Üçün Sosial Xidmət Müəssisəsində konsert proqramı ilə çıxış edib və uşaqları bayram hədiyyələri ilə təbrik ediblər. Konsertdə məktəbin müəllim və şagirdlərindən ibarət Bülbülcan ansamblının ifasında xalq və bəstəkar mahnıları, instrumental musiqilər səslənib.
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR
  • Sumqayıtda “Sehirli torba” - FOTOLAR