Gün: Dekabr 28, 2017

Azərbaycansayağı ədalət: Körpəsini satan atanı niyə tutmurlar?

Hüquq-mühafizə orqanları uşaq alveri faktı ilə maraqlanmaq üçün kimdənsə ərizə gözləyir. Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində kirayə mənzildə yaşayan Tovuz rayon sakininin yeni doğulmuş oğlan uşağını satmağa cəhd etməsi faktı araşdırılacaq. Turkustan.info bildirir ki, bunu Sputnik Azərbaycan-a Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən bildiriblər.  Qeyd edək ki, yerli KİV-in yaydığı məlumata […]

İtkin düşən alpinistlərin axtarışı ilə bağlı son məlumat : “”Mi-17″ helikopteri və xüsusi dəstələr cəlb olunub…”

Fövqəladə Hallar Nazirliyi Qubada itkin düşən alpinistlərin axtarışı ilə bağlı məlumatı yayıb. 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir: “Fövqəladə […]

Axtarışda olan şəxs həbsxananın qarşısında ələ keçdi

Bu gün saat 17:00 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, daxil olan məlumata əsasən, əməliyyat nəticəsində axtarışda olan Naxçıvan MR Babək rayonu, Ceşməbazar kənd sakini, 1991-ci il təvəllüdlü, Dünyamalıyev Şirin Əhliman oğlu həbs edilib. O, Penitensiar xidmətinin […]

İlham Əliyev bu şəxslərə “Əməkdar artist” adı verdi

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar rəssam” Qurbanov Seyfəddin Əli oğlu Məmmədov Rəhim Əliağa oğlu. “Əməkdar artist” Manafzadə […]

Dünyanın ən cazibədar təmirçisi – FOTOLAR + VİDEO

“Dünyanın ən cazibədar təmirçisi” sosial şəbəkələrin fenomeninə çevrilir. Turkustan.info xəbər verir ki,  ABŞ-da yaşayan Malorie Woods model kimi çalışsa da, onu məşhur edən digər peşəsidir. Belə ki, gənc qız modelliklə yanaşı avtomobil təmir edir. Onun bu peşəni seçməsinə səbəb isə avtomobillərə olan marağıdır. “Dünyanın ən cazibədar təmirçisi” kimi tanınan Malorie […]

Bakıda ermənipərəst müəllim işdən çıxarıldı

220 nömrəli məktəb-liseydən verilmiş məlumatda qeyd olunur ki, liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb. Turkustan.info bildirir ki, bu barədə Teleqraf.com-a Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib. Məlumatda qeyd edilib ki, müəllimin pedaqoji-metodiki səviyyəsi, ünsiyyət və davranış psixologiyası […]

Ermənistan gələn ilin Aprel döyüşlərinə hazırlaşır

Serj Sarkisyan Rusiyadakı erməni “qanuni oğruya” müraciət etdi. Serj Sarkisyan prezidentlik müddəti başa çatdığı 2018-ci ilin 9 aprel tarixindən sonra da hakimiyyəti tərk etmək niyyətində deyil. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu barədə İrəvanda dərc olunan “Joxovurd” qəzeti yazıb. Qəzet öz fikirlərini Ermənistanın 2018-ci il üçün nəzərdə tutulmuş büdcə layihəsi […]

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2017-ci ilin idman laureatlarının adlarını açıqlayıb.  Turkustan.info-nun BakuPost.az-a istinadən məlumatına görə, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib. Azərbaycan Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi seçilib. İlin idman jurnalistləri sırasında isə […]

Hərə üçün 200 manat: Hökumət yoxsulluğu necə ləğv edəcək?

Baş nazirin müavini Əli Həsənovun “2020-ci ilədək Azərbaycanda 1 nəfər də yoxsul qalmayacaq” açıqlamasından sonra ölkədə yoxsulluq meyarının nə ilə ölçülməsi məsələsi gündəmə gəlib. Qeyd edək ki, Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində […]

Dollar ili bu qiymətlə başa vuracaq

Dekabrın 29-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 29.12.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dekabrın 28-də də USD/AZN rəsmi məzənnəsi 1,7001 manat təşkil edib.  /BakuPost/ 

Türkel TV ölkə miqyaslı televiziya oldu – MÜDDƏTSİZ LİSENZİYA

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Turkustan.info bildirir ki, Şuradan verilən məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci […]

300 manat maaşınızın 28 manatı əlinizdən alınacaq – 01 yanvardan əməkhaqqının hesablanması qaydası

“Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarının 01 yanvar 2018-ci il tarixdən etibarən qüvvəyə minməsindən sonra əsas diqqət əmək haqqı məbləğinin hansı həddə artacağı və ya azalacağına yönəlmişdir.   Məlum olduğu kimi 2018-ci ildə ölkə üzrə yaşayış minimumunun 173 AZN olması Azərbaycan […]

Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyuldu? – RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib. Turkustan.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, bəzi KİV-də Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə yayılan […]

Bakıda keçirilən bu toyda yerə səpilən pullar hamını şoka saldı – VİDEO

Bakıda toyda çəkildiyi iddia olunan kadrlar sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Turkustan.info xəbər verir ki, müzakirələrə səbəb toyda bəylə gəlinin “pul yağışı” altında rəqs etməsi olub. Kadrların hansı imkanlı şəxsin toyunda çəkildiyi məlum olmasa da video insanları şoka salıb. Sözügedən kadrları sizə təqdim edirik. /GoldNews.az/  

İlham Əliyev Qazaxıstandakı Türk Akademiyasının prezidentini təltif etdi – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə […]

Azərbaycanlı deputatlar Türkiyənin məşhur Liv Hospitalında: Burada xəstələr ölmür – FOTOLAR

Dekabrın 24-28-i arasında  Mill Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun rəhbərliyi, Milli Məclisin deputatı Məlahət İbrahimqızının təşəbbüsü ilə bir qrup deputat İstanbula səfər edib. Nümayəndə heyətinə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, komitənin üzvləri Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı daxildir. Səfərin […]

Gənclərimiz orduda xidməti şərəf bilir

“Gələcəyin sağlam əsgəri” fərdi layihəsi çərçivəsində sonuncu tədbir Bakıdakı 2 saylı Texniki-Humanitar Liseydə keçirilib. Dekabrın 27-də baş tutan tədbirdə liseyin şagird və müəllimləri iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Amil Şirinli qeyd edib ki, artıq Azərbaycan gəncləri hələ uşaq yaşlarından özlərini sağlam ordu xidmətinə hazırlamağın qayğısına qalır. […]

Prezident Tənzilə Rüstəmxanlını təltif etdi

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncamla 16 nəfər xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüblər.  Mükafatlandırılanlar siyahısında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da […]

“Lotu Quli”nin taleyi həll olunur – “Sxodka” keçiriləcək

Yeni il bayram günlərində Moskvada “oğru sxodkası” keçiriləcək. Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə məşhur olan Nadir Səlifovun gələcək taleyi bu “sxodka”dan asılıdır. Turkustan.info xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın məlumatlı mənbələr məlumat verib. Kriminal dünyanın bütün diqqəti qarşıdakı bu hadisəyə yönəlib. Bu hadisə […]

Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi

Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 yaşlı insan da olub. Turkustan.info-nun məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib. İdarədən qeyd edilib ki, dekabrın 26-27-də Bakı şəhəri üzrə eksternat imtahanları keçirilib. İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub […]

Aqrar Universitetin fakültələrində həmrəylik günü qeyd edilib

Kənd Təsərrüfatı nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinnin Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib. ADAU-nun mətbuat xidmətinin xəbərinə tədbiri giriş sözü ilə ADAU-nun rektoru,  AMEA-nın müxbir üzvü profofessor  İbrahim Cəfərov açıb və  dünya azərbaycanlılarının həmrəyliyindən, əlamətdar günün tarixi əhəmiyyətindən,  Azərbaycan xalqının milli […]

“Türkiyə ilə yaxınlığın əvəzi nədirsə, ödəməyə hazırıq”

“Biz müstəqil dövlətik və istədiyimiz ölkə ilə yaxşı əlaqələr qura bilərik” “Türkiyə ilə yaxınlığın əvəzi nədirsə, ödəməyə hazırıq. Xalqımızın alçaldılmasını heç vaxt qəbul etməyəcəyik”. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Sudan dövlətinin informasiya naziri Əhməd Bilal açıqlama verib. Rəcəb Tayyib Ərdoğanın Sudana səfərini “tarixi” olaraq xarakterizə edən nazir deyib ki, […]

Rusiyada dünya çempionunu öldürən Anar barədə PROKURORLUQDAN GÖZLƏNİLMƏZ ADDIM – VİDEO

Rusiyanın Xabarovsk diyarının prokurorluğu pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovu qətlə yetirən azərbaycanlı Anar Allahverənov barəsində cinayət işi üzrə ittihamnaməni təsdiq edib. Turkustan.info “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Baş prokurorluğundan bildirilib. İttiham “xuliqanlıq niyyəti ilə qətl” maddəsi üzrə təqdim edilib. Azərbaycanlını törətdiyi cinayətə görə ömürlük […]

Dünyada tüğyan edən aclıq – Dəhşətli statistika AÇIQLANDI

Dünyada silahlı münaqişələr və iqlim dəyişikliyi səbəbindən aclıqdan əziyyət çəkən insanların sayı artmaqda davam edir.   Turkustan.info beynəlxalq “Save the Children” təşkilatının 2017-ci ilin 9 ayı ilə bağlı statistikasına əsasən xəbər verir ki, aclıqdan əziyyət çəkən insanların sayı 112 milyon nəfər təşkil edir. Onlar arasında uşaqların sayı 45 milyondur. Maraqlıdır ki, […]

Ərəb dünyası: Kim qarışdırır?

Ərəb dünyası yenə qarışıb. İndi də iki ərəb dövləti arasında konflikt başlayıb. Belə ki, Tunis və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər gərginləşib. Tunis BƏƏ-də xüsusilə də qadınlara qarşı sərt təhlükəsizlik yoxlamalarına etiraz olaraq, “Emirates” hava yolları şirkətinin bütün reyslərini dayandırıb. Tunisin Nəqliyyat Nazirliyinin əsaslandırmasına görə hava şirkəti bu problemə “beynəlxalq […]

Büdcədən 3,73 milyon ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” […]

“Sovetski”də yaşayanlara xəbərdarlıq – Köçməyə hazırlaşın

Gələn ilin yanvarından Bakının “Sovetski” adlanan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. S. İslamov bildirib ki, “Sovetski”dən köçürmənin birinci mərhələsi bu ilin avqustunda başa çatıb, 4300 ailə […]

İtkin düşən alpinistlərdən ümidverici xəbərVİDEO 

Axtarışlar davam edir, müəyyən izlərə rast gəlinib. Bu gün səhər saatlarından, itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb. Turkustan.info Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə “Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib. O bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: “Müəyyən izlərə rast gəlinib. Gün […]

Könüllülər də alpinistlərin axtarışına cəlb olundu

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahı məlumat yayıb. Turkustan.info FHN-in saytına istinadən xəbər verir ki, Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları […]

Bakıda 40 günlük uşağını satmaq istəyən ata danışdıFOTO + VİDEO 

  Bu gün Bakıda yeni doğulmuş uşağın satışa çıxarılması hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Turkustan.info xəbər verir ki, Lent.az-ın əməkdaşı 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsini araşdırmaq üçün ailənin kirayə yaşadığı Hövsan qəsəbəsinə gedib. Övladını daha əvvəl satmaq istədiyini deyən Orxan adlı şəxs fikrindən daşındığını və bu məsələ ilə bağlı […]

Bakıda avtobus qəzası: Ölən var

Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun “Nərimanov” stansiyasının yaxınlığı) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi “Daewoo” markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub. Ağır xəsarət alan 66 yaşlı qadın […]

Manat bahalaşacaq – Nazir nəyə ümid edir?

“2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub”. Turkustan.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, cari il sabitləşmə ili kimi yadda qalacaq. Nazir bildirib ki, bu il 2015-2016-cı illərdə xarici şoklara məruz qaldığı zaman yaranan problemlərin həlli ilə məşğul olunub, ölkə iqtisadiyyatının, […]

Xərçəng xəstəliyinin yaranmasının ƏSAS SƏBƏBLƏRİ

Xərçəng xəstəliyinin yaranma hallarından 40 faizindən çoxu zərərli vərdişlərlə və həyat tərzi ilə əlaqədardır. Turkustan.info-nun məlumatına görə, Amerika Onkologiya Cəmiyyətinin bir qrup mütəxəssisi bu qənaətə gəlib. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, siqaret çəkmək xərçəng üçün ən böyük riskdir. Onkoloji halların yaranmasının 19 faizi və ölüm hallarının 29 faizi bu […]

Nazirdən ŞAD XƏBƏR: Müəllimlərin əmək haqları artırılacaq

“2018-ci ilin dövlət büdcəsində təhsil sahəsində xərclərdə kifayət qədər böyük artım var”. Bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, təhsil sahəsində xərclərin artımı prezident İlham Əliyev tərəfindən təsdiqlənən proqrama uyğun olaraq orta məktəblərdə çalışan müəllimlərin əmək haqlarının artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərin aparılması ilə bağlıdır: “Burada […]

Bu da oldu – İŞİD-çi erməni Rusiya hərbçisini öldürüb

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu Dmitri Yalpayevin qətlinə dair istintaq yekunlaşıb.   Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, qətldə ittiham olunan Arman Cancuqazyan özünü İŞİD terror təşkilatının tərəfdarı hesab edir və qətli də bu motivlə törətdiyini bildirir. Bunu istintaqdan bildiriblər. (“Kavkazskiy uzel”)   Hərbi qulluqçu Dmitri Yalpayevin cəsədi 2017-ci […]

Alpinistlər necə yoxa çıxıblar? – Departamentdən açıqlama

““Gilavar” ekstrim və idman klubundan ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə daxil olmuş müraciətə əsasən, klubun təcrübəli dağçılardan ibarət qrupuna 23-25 dekabr 2017-ci il tarixlərində Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsinə qalxmasına icazə verilməsi xahiş edilib”. Turkustan.info bildirir ki, bu barədə Departamentdən “Qafqazinfo”ya […]

Fazil Məmmədovun milyonluq villasında yanğın – Bir neçə saata kül oldu FOTO 

İşdən qovulan nazirlə bağlı alovlu xəbər; Sabiq nazirin imarətini bir anda alov bürüdü; sauna kompleksi kül oldu; hadisə yerindən özəl fotolar. Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun çevrəsində çaxnaşma düşdüyü, böyük biznes imperiyasının dağılmaq ərəfəsində olduğu, dövlətdən oğurladığı pulları geri qaytarması tələb olunduğu bir vaxtda sabiq nazirin […]

Xankəndi şəhərini işğal etməsindən 26 il ötür

Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 26 il ötür. Turkustan.info-nun  məlumatına görə, 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb. İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın […]

Milli QHT Forumu və “Baku Clinic” klinikası arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və “Baku Clinic” klinikası arasında əməkdaşlıq memorandumu imzalanıb. Klinikanın direktoru Aytən Quliyeva qonaqları salamlayıb klinikanın yaranması və fəaliyyəti barədə qısa məlumat verib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq, Milli QHT Forumu və “Baku Clinic” arasında imzalanacaq memorandumun Gənc Mühasiblər ictimai birliyinin […]

İranda bu gün daha bir zəlzələ oldu5 bal 

İraqın şərqində 5,0 maqnitudalı zəlzələ baş verib. Turkustan.info xəbər verir ki, bu barədə Avropa Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların UTC vaxtı ilə 18:01-də Kirman şəhərindən 46 km uzaqlıqda qeydə alındığı bildirilib. Zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfat haqqında məlumat yoxdur. Qeyd edək ki, bu […]