Gün: Dekabr 29, 2017

“Güzgü”Dəyişim və İnkişaf Mərkəzində Yeni il şənliyi – FOTOLAR

“Güzgü” Dəyişim və İnkişaf Mərkəzində Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram şənliyi düzənlənib. Şənlikdə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq bağçasında montesoru proqramı üzrə dərs alan uşaqlar öz məharətlərini göstəriblər. Yeni ilin atributları, uşaqların söylədikləri şeirlər, ifa etdikləri rəqslər şənliyi rəngarəng edib. Mərkəzin rəhbəri Fərqanə Mehmanqızı […]

Əhalinin nəzərinə: Bayram günlərində xüsusi rejimə keçiləcək

Avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək Bakı Nəqliyyat Agentliyi Yeni İl bayramı ilə bağlı yaranacaq intensivliyi nəzərə alaraq qərar qəbul edib. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə […]

ABŞ Türkiyəyə ən güclü raketini verir

ABŞ-ın “Raytheon” şirkəti Türkiyəyə AMRAAM raketlərini satacaq. Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Türkiyə ilə bərabər raketlərin Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Rumıniya, İspaniya, Bəhreyn və Qətərə də satılacağı bildirilir. Qeyd edək ki, AMRAAM ABŞ-ın silahlanmasında olan ən güclü idarə olunan raketlərdən biri sayılır. 1991-ci […]

Polis paytaxt sakinini İŞİD yaraqlıları arasında tapdı

Bakıda itkin düşmüş gənc kişi Suriyada İŞİD beynəlxalq terror təşkilatının yaraqlıları arasında aşkarlanıb. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a paytaxtın Xətai rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər. Məlumdur ki, 1981-ci il təvəllüdlü Hüseynov Mehman Tariyel oğlu hələ 2014-cü ilin dekabrında itkin düşüb. Hüseynovun anası – 1954-cü il təvəllüdlü Nailə İbrahimova yaşadığı Xətai rayonunun […]

Moskvadan ümidverici Qarabağ bəyanatı

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı ümidverici fikirlər səsləndirib. Diplomat 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammitinin keçirildiyini xatırladıb:  “Bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin […]

Jirinovski rəsmən Putinin rəqibi oldu

Rusiya Mərkəzi Seçkilər KomissiyasıVladimir Jirinovskiyə prezidentliyə namizədlik sənədini təqdim edib. Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir ki, namizədlik sənədini almaq üçün Jirinovski şəxsən MSK-nın binasına gəlib. “Bu istənilən namizədin həyatında təntənəli məqamdır. Bütün siyasi qüvvələr üçün seçkilərdə eyni şəraitin yaradılması vacibdir”- deyə siyasətçi deyib. /Modern.az/

“Şaxta baba da bizimdir, şam ağacı da…” – MÜBAHİSƏLƏRƏ SON!

Yeni ilin miladi təqvimlə yanvarın 1-də, yaxud Günəş təqvim ilə martın 21-də qeyd olunması köhnə mübahisədir. Tacikistanda da bu mübahisələr mövcuddur və bu il rəsmi şəkildə qərara gəlinib ki, Yeni ili xüsusu təmtəraq olmadan, yəni yolkasız, Şaxta baba və Qar qızasız qeyd eləsinlər. Novruzu əsas bayramı sayan bu ölkə kimi […]

KİVDF 33 qəzetə pul ayırdı – SİYAHI

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.   Turkustan.info xəbər verir ki, Fondun icraçı direktoru Vüqar Səfərli müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verib. V.Səfərli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 33 qəzetin KİVDF-nin müsabiqəsinə […]

Təhsil işçiləri üçün bina tikintisinə başlanır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Dövlət Sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsinə start verir. Agentlikdən  verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil […]

QHT Şurasının sədri, millət vəkili Azay Quliyev Elməddin Behbudu Fəxri Fərmanla təltif etdi – FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Bölməsinin rəhbəri Elməddin Behbudun 35 yaşı tamam olur. Elməddin Behbud uzun illərdir ki, QHT-lərin inkişafında, vətəndaş cəmiyyəti institutlarının mətbuatla əlaqələrinin gücləndirilməsində, QHT-media əməkdaşlığında yaxından iştirak edir. Bu münasibətlə Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev yubilyarı Şuranın […]

Bu gündən küçədə siqaret çəkənləri 30 MANAT CƏRİMƏ gözləyir

Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunu təsdiq edib. Turkustan.info AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində […]

Qənirə Paşayeva xaricdə azərbaycanlılar üçün “Azərbaycan dilini öyrənək” verlişlərinin açılmasını təklif edib

Millət vəkili bu gün Milli Məclisdə çıxışında ölkə televiziyalarında “Azərbaycan dilini öyrənək” dərslərinin keçirilməsinə ehtiyac var olduğunu deyib və xaricdə yaşayan soydaşlarımızın bununla bağlı xahiş və təkliflərini səsləndirib. “Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir və mən ilk öncə hər bir soydaşımızı bu önəmli  bayram münasibəti ilə təbrik edirəm. Bu bayramının […]

Prezident icra hakimiyyətlərinə səlahiyyət verdi – Torpaq bölgüsü və istifadə qaydası ilə bağlı dəyişiklik

Azərbaycan Prezidenti İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Burada torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsinin müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülməsi nəzərdə tutulur Məcəllənin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə […]

Bakıda bu qızın rəqsi bütün internetdə izlənmə rekordu qırır – VİDEO

Bakıda gənc qızın yol kənarında rəqsi xeyli marağa səbəb olub.  Sosial şəbəkədə yayılan videonu Elşən adlı zərb musiqi alətləri ifaçısı paylaşıb. “Bakı Ağ Şəhər” yaxınlığında çəkilən görüntü qısa zamanda sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənilib. Videoya çox sayda insan müsbət şərhlər yazıb. Qeyd edək ki, rəqs edən xanım Jalə Musayeva […]

Bakıdakı qalmaqallı ingilis dili müəllimi barədə daha bir şok məlumat : Pedofil imiş, 9 yaşlı qızla… – FOTOFAKT

220 nömrəli məktəbdə şagirdlərinə ermənipərəstliyi aşılayan ingilis dili müəllimi barədə qalmaqallı məlumatlar bitb-tükənmək bilmir. Bu səfər isə müəllimin pedofil olması ortaya çıxıb. Belə ki, Rövşən Əzizov təzəcə müəllim işlədyi vaxtlarda 9 yaşlı qızı sevirmiş. Maraqlısı bundadır ki, bu barədə elə müəllimin özü yazıb. Həmin fotofaktı təqdim edirik: Qeyd edək ki, […]

2018-ci ildə hansı bürclər varlanacaqlar? – PROQNOZ

2018 “Sarı İt” ili karyerada inkişaf baxımından çox əlverişli olacaq, bir çox bürclər çox asan və xüsusi səy göstərmədən yaxşı qazana biləcəklər. Məşhur astroloq Tamara Qlobanın bürclər haqqında 2018-ci il üçün hazırladığı proqnozları təqdim edir: Qoç İt ili yeni təşəbbüslər və yeni işə başlamaq istəyən, ali məktəbə daxil olmağı planlaşdıran […]

Azərbaycanlı qızın bu görüntüsü dünyada İZLƏNMƏ REKORDU QIRDI – VİDEO

Ötən ilin noyabr ayında Sevinc Abbasovanın bacısı qızı ilə olan videosu 2017-ci ildə dünya trendləri siyahısına girdi. Turkustan.info publika.az-a istinadla xəbər verir ki, videonu isə onun qardaşı feysbuk hesabında paylaşmışdı. Nar yeyərkən qucağında uşaq olan xanım qaşığı bir müddət əlində saxlayır, uşaq isə narı yemək istəyir. Balaca ilə zarafatlaşan ailənin bu […]

Musa Musayevin burnunu sındırdılar – VİDEO

Nazəninin prodüseri Musa Musayevin burnunu sındırıb. Turkustan.info Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ötən gün qonağı olduğu “Səhər-Səhər” verilişində prodüser Pərviz Fəqan özü danışıb. Prodüserin sözügedən açıqlamasını təqdim edirik: “Müğənni xanım var, onun ad günündə bir nəfərin cavabını verdim. Ondan 8 saat sonra canlı yayıma çıxıb, dedi ki, Pərviz […]

Bakıda şirkət bir günə 90-dan çox kişini işdən qovdu – FOTO

Bakıda tikinti şirkətinin 90-dan çox işçisi bir gündə işdən çıxarılıb. Turkustan.info xəbər verir ki, bu barədə “Baku.ws”ə “North West” şirkətinin işdən qovulan işçiləri məlumat veriblər. Onların sözlərinə görə, şirkət rəhbərliyi son bir ayın maaşını da verməyib. “Bizi heç bir xəbərdarlıq edilmədən işdən çıxarıblar. Sayımız 90-dan çoxdur. Səbəb kimi deyirlər ki, […]

Ramil Qulieyev Türkiyədə “İlin idmançısı” seçildi – FOTO

Azərbaycan əsilli idmançı Ramil Quliyev Türkiyədə “İlin idmançısı” seçilib. Turkustan.info xəbər verir ki, “GQ” dərgisi Türkiyəni təmsil edən həmyerlimizi mükafatlandırıb. Bu barədə jurnalın sosial şəbəkədəki rəsmi hesabından məlumat verilib. Xəbərdə idmançının qardaş ölkə adına qazandığı uğurlara da toxunulub. Qeyd edilib ki, R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 […]

Dövlət qəbirlərə nəzarət edəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara dəyişiklik layihələrinə baxılıb. Turkustan.info xəbər verir ki, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, bələdiyyələr qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə yardım göstərəcək. Layihə səsə qoyularaq qəbul edilib.    […]

İranda ilk – Qadınlar paltara görə tutulmayacaq

İslami qaydalara uyğun geyinməyənlər polis məntəqəsinə aparılmayacaq. İranda İslam qaydalarına uyğun geyinməyən qadınlar artıq həbs edilməyəcək. Turkustan.info-nun NTV-yə istinadla verdiyi məlumata görə, yerli polisin yaydığı məlumatda bu barədə qeyd edilir. Tehranın polis rəisi general Hüseyn Rahim bildirib ki, həmin qadınlar təcridxanaya aparılmayacaq, barələrində iş qaldırılmayacaq. Bunun əvəzində onlar müəyyən kurslara […]

“Azərbaycanda problemli kreditlərin həcmi tarixi rekord həddə çatıb”

“Bank sistemini nizama salmadan iqtisadiyyatın böhrandan qurtuluğunu iddia etmək sadəcə absurddur. 2014-cü ilin sonlarından başlayaraq “ucuz neftə görə az gəlir”in fəsadları ilk növbədə, Azərbaycanın bank sektorunu vurdu. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın “qurbanı” oldu.   Kreditləşmə kəskin aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş […]

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Azərbaycan Milli Məclisinin payız sessiyası başa çatıb. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında 19 məsələyə baxılıb. İclasın sonunda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub. Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağırılır. Müraciətdə bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın […]

Deputat telekanal rəhbərlərini ittiham etdi

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Musa Qasımlı telekanal rəhbərlərini Azərbaycanın milli qəhrəmanlarını, dahilərini və tarixi abidələrini şühbə altına alan verilişlər verməkdə ittiham edib. Turkustan.info-nun məlumatına görə, Musa Qasımlı telekanal və media rəhbərlərini bu məsələdə məsuliyyətli olmağa və onları Azərbaycanın milli maraqlarına zərbə vurmamağa çağırıb. “Düzdür, bu […]

Silahlı Qüvvələrlə bağlı yeni sənəd qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Turkustan.info-nun məlumatına görə, 5 fəsil 16 maddədən ibarət olan qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə […]

“Daxili siyasətdə problemlər mövcuddur”

“2017-ci ildə dünyada qlobal iqtisadi-maliyyə böhranı davam etdiyi bir zamanda Azərbaycan bu kataklizmlərdən özünü qoruya bildi. Lakin daxili siyasətdə problemlər mövcuddur”.   Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib. Daha çox iqtisadi sahədə baş verən proseslərdən narahatlığını bildirən deputat deyib ki, […]

Bayram günlərinin havasıyla bağlı xəbərdarlıq – Temperatur enəcək, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bayram günlərində müşahidə olunacaq hava ilə bağlı xəbərdarlıq edib. Turkustan.info xəbər verir ki, yanvarın 01-i axşamdan 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə […]

Aqrar Universitetdə payız smestrinin imtahan sessiyası başlayıb

Kənd Təsərrüfatı nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetində 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar 2018-ci ilin fevral ayının 1-də başa çatacaq. ADAU-nun mətbuat xidmətindən Turkustan.info-ya bildirilib ki, Universitet rektorunun imzaladığı əmrlə “Qaynar xətt” yaradılıb və əlaqə telefonu, e-mail ünvanı qeyd edilib, imtahanların cavablarını kodlaşdırmaq üçün qrup yaradılıb. İmtahanlarda […]

Bəylər Eyyubova ağır itki üz verib

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubova ağır itki üz verib. Turkustan.info “Ucnoqta.az”a istinadən xəbər verir ki, Bəylər Eyyubovun qardaşı qızı Təranə Eyyubova dünən Türkiyənin paytaxtı Ankarada əməliyyat zamanı vəfat edib. Mərhumun cənazəsi artıq Bakıya gətirilib. Allah rəhmət eləsin! […]

Gözlədiyiniz gün gəlib çatdı

Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır. Turkustan.info xəbər verir ki, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2018-ci ilin yanvarın 1-də və 2-də Yeni il bayramı ilə əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə […]

Parlamentin 100 illiyi keçiriləcək: Tapşırıqlar verilib

“Cənab Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq sərəncam verib. Müvafiq qurumlar bu tədbirlərin üzərində işlər aparırlar”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, qarşıdan həm də parlamentin 100 illiyi gəlir. “Biz təxminən gələn […]

Quranı tam yeni variantda tərcümə edən alim razılıq gözləyir – ilahiyyatçı isə “İslamda yoxdur”u çapa HAZIRLAYIR

İslam dininin müqəddəs kitabı hesab edillən Quran müxtəlif dövrlərdə bir neçə alim tərəfindən tərcümə edilib. Həmçinin Azərbaycanda da bu kitabı tərcümə edənlər var. Məsələn, Ziya Bünyadov, Vasim Məmmədəliyev, Nəriman Qasımoğlu və başqaları.   Həmçinin sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva da Quranı tam yeni variantda tərcümə edənlərdəndir. İlahiyyatçı Elşad Miri  […]

2018-ci ildə bankları nə gözləyir? – PROQNOZ

“DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının ləğv edilməsi bank sektorunda “yarpaq tökümünün” növbəti mərhələsinin başlaması kimi fikirlərə səbəb olub. Xüsusilə qeyd edilir ki, bank sektorunun daha ağır dövrü qarşıdadır. Ona görə ki, cari ildə bank sisteminin heç bir fundamental problemi köklü şəkildə həll olunmayıb. Əksinə, problemlər dondurularaq növbəti illərə keçirilib. Turkustan.info bildirir ki, iqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a […]

Roqozinin Bakı səfəri: Ermənilər panikada…

Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin Bakıda olması və ən yüksək səviyyədə görüşlər keçirməsi xəbəri Ermənistanla informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. “Roqozin Feysbuk səhifəsində Bakıda olduğunu və Azərbaycan prezidenti ilə görüşdüyünü yazıb. O, Bakıya səfərinin işgüzar xarakter […]

ABŞ-dan təlimat: Türkiyəyə qarşı 100 minlik ordu…

Türkiyə sərhədi boyunca 100 min nəfərdən ibarət ordu yaradın, bütün gücümüzlə yanınızdayıq. Turkustan.info xəbər verir ki, bu barədə PKK terror qruplaşmasının liderlərindən biri olan Siyabənd Vəlad danışıb. Vəlad bu barədə ABŞ-dan təlimat verildiyini bildirib. Onun sözlərinə görə, SDQ, YPG, YPJ kimi təşkilatlar vahid bir ordunun tərkibinə daxil olacaq. “Yeni ordu […]

Məhkəmə ANS-in xeyirinə çıxarılmış qətnaməni qismən ləğv edib

Sharks” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə “ANS ÇM” Yayım və Media Şirkəti arasında gedən məhkəmə çəkişməsi başa çatıb. Turkustan.info-nun Report-a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qismən ləğv edilib, həmin hissədə iddia təmin olunmayıb. Qeyd edək ki, ANS-lə “Sharks” şirkəti […]

Bu gün Milli Məclisin son plenar iclası olacaq

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün son penar iclası keçiriləcək. Turkustan.info xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə […]

“Ayə harya gedeyrsən” mahnısının ifaçısı Vüsal Rzasoydan yeni ifa – VİDEO

“Ayə harya gedeyrsən” ifaçısı Vüsal Rzasoydan yeni bir mahnı daha… Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, ifaçının adından daha çox onun yeni ifası uzun bir müddət danışılmışdı. Əslən naxçıvanlı olan ifaçı bu dəfə də yeni bəstələdiyi mahnını dinləyicilərə təqdim edib. Mahnını təqdim edirik:

Manatla bağlı yeni optimist proqnozlar

“Gələn il manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir” 2017-ci il manat üçün sabit keçdi. Milli valyutanın məzənnəsi dollar qarşısında 1.70-dən aşağı düşməsə, avro qarşısında müəyyən geriləmələr oldu. Maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində manatın məzənnəsi ilə bağlı inamlı danışıb: “2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub.  Onun sözlərinə görə, […]

“Türk NATO-su”: Qərbin, yoxsa Rusiyanın “qorxulu royası”…

Ankaranın Azərbaycanı da öz ağuşuna alan yeni “Yol xəritəsi” nə vəd edir?; Rusiya nəşri: “Gələcək türk ordusu özünə sürətlə yeni qüvvələri cəlb edərsə…”; politoloq: “Türkiyə artıq NATO çətiri altında yaşayan ölkə deyil” Bu günlərdə İran informasiya agentliyi “Mehr” maraqlı bir xəbər yaydı. Xəbərdə deyilirdi ki, gələn il Türkiyə, Azərbaycan, Qırğızıstan […]

İran Azərbaycanda Universitet açacaq – Ancaq bu tələbələr qəbul ediləcək

“Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açacaq”. Turkustan.info bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şərqi Azərbaycan əyaləti üzrə Azad İslam Universitetin rektoru Əziz Cavanpur bu gün keçirdiyi mətbuat konfransında bildirib. Ə. Cavanpur universitetin İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə bu haqda danışıqlar apardığını bildirib: […]

Sumqayıt Poeziya Evində “Fəzanın Cazibəsi”

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt Şəhər  Poeziya Evində Rusiyanın  Arxangelsk vilayətinin şairlərinin şerlərindən ibarət “Fəzanın cazibəsi – Протяжение Пространство” adlı antalogiyanın  təqdimatı keçirildi. Arxangelsck şairlərinin şerlərinin ana dilimizə yeni nəsil Azərbaycan şairlərii tərcümə ediblər. “Fəzanımn cazibəsi” kitabının təqdimatına Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanda Rus icmasının sədri […]

Kəlbəcər folklorundan bəhs edən tədqiqat işinin müzakirəsi keçirilib

“Aşıq Şəmşir” Mədəniyyət ocağında şöbəmizin əməkdaşı, böyük elmi işçi, fil.ü.f.d. Aytac Abbasovanın Kəlbəcər folklorundan bəhs edən tədqiqat işinin müzakirəsi keçirilib. Newscenter.az xəbər verir ki, tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, şair Adil Cəmil və “Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçiləri […]