Musa Musayevin burnunu sındırdılar – VİDEO

Nazəninin prodüseri Musa Musayevin burnunu sındırıb.

Turkustan.info Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ötən gün qonağı olduğu “Səhər-Səhər” verilişində prodüser Pərviz Fəqan özü danışıb. Prodüserin sözügedən açıqlamasını təqdim edirik: “Müğənni xanım var, onun ad günündə bir nəfərin cavabını verdim. Ondan 8 saat sonra canlı yayıma çıxıb, dedi ki, Pərviz məni vurmayıb. Mən qara kəmər ustasıyam. 2 saatdan sonra gedib, məni polisə verdi. Amma canlı yayımda deyir ki, məni Pərviz vurmayıb.
Söhbət Musadan gedir”. Maraq üçün bildirək ki, bu ayın 18-i əməkdar artist Zöhrə Abdullayevanın ad günü restoranlardan birində qeyd edilib və həmin məclisdə Musa-Təranə cütlüyü ilə yanaşı Nazənin də prodüseri də iştirak edib.