Gün: Dekabr 30, 2017

İrandakı etirazlarla bağlı ilginc rəy: “Bu, hələ başlanğıcdır” – TANINMIŞ ASTROLOQ

Etiraz aksiyaları İranı ağuşuna alıb. Belə ki, dekabrın 28-dən İranın Məşhəd şəhərində hökumətə qarşı başlayan kütləvi etirazlar genişlənərək digər şəhərlərə də yayılıb. Artıq 11 şəhəri əhatə edən aksiyalarda İranın dini lideri Əli Xamneyiyə qarşı şüarlar səsləndirilərək onun hakimiyyətdən getməsi tələb edilir. Məlumatlara görə, artıq Təbriz şəhəri polis və mülki geyimli […]

İranda düyməyə basıldı: Okeanın o tayından gələn dəstək, rejim və xalq qarşı-qarşıya

Məhəmməd Əsədullazadə: “ABŞ etiraz aksiyalarına dəstək verir”  Dekabrın 28-dən başlayaraq İranın Məşhəd şəhərində hökumətə qarşı başlayan kütləvi etirazlar genişlənərək digər şəhərlərə də yayılıb. Bir neçə şəhərdə dini lider Əli Xamneyiyə qarşı şüarlar səsləndirilərək onun hakimiyyətdən getməsi tələb edilib. İranın Kirmanşah, Rəşt, Tehran, Quçan, İsfahan, Qum, Əhvaz, Bocnurd, Əhvaz, Sari, Həmədan […]

Azərbaycan banklarından milyonlar oğurlamış şəxs Bakıya gətirilib

Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla, ümumilikdə, 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir. […]

DİN: 20 il əvvəl törədilmiş qətlin üstü açıldı – Masallıda

Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, bu il dekabrın 26-da Masallırayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı […]

Ərdoğanın 5 aydır qolundan çıxarmadığı saatın sirri məlum oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul 2016-cı il çevriliş cəhdinin birinci ildönümündən etibarən taxdığı saatı heç vaxt qolundan çıxarmır. Turkustan.info türk mediasına istinadən xəbər verir ki, Çəlikdən hazırlanmış ağ rəngli saat Ərdoğanın qatıdığı bir çox rəsmi tədbirlərdə xüsusi diqqət çəkir. Türkiyə prezidentinin 5 aydır sevərək taxdığı saat xüsusi olaraq […]

“3500 m hündürlükdə müəyyən izlər var” – İtən alpinistlərin axtarışlarından son xəbər

Quba rayonu ərazisində dağlıq ərazidə dekabrın 23-dən itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Turkustan.info “Modern.az”a  istinadən xəbər verir ki, bu barədə alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından bildirilib. Bildirilib ki, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli […]

Beynəlxalq Türk Akademiyasının prezidenti Aqil Camala məktub ünvanlayıb – MƏTN

Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırali “Türküstan” qəzetinin baş redaktoru Aqil Camala məktub ünvanlayıb. Məktubun mətnini olduğu kimi təqdim edirik: (Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə dekabrın 28-də Darxan Kıdıralinin “Dostluq” ordeni ilə təltif edilməsi […]

Bu iddia ərəb dünyasını qarışdıracaq

İordaniya xüsusi xidmət orqanları bu barədə kral Abdullaha məlumat verib və o iki qardaşını və əmisioğlunu ordudakı vəzifələrindən çıxardaraq ev dustağı edib  İordaniya Kralı 2-ci Abdullahın Səudiyyə Ərəbistanın başçılığı ilə özünə qarşı çevriliş cəhdi olacağı şübhəsi ilə iki qardaşını və əmisioğlunu ordudakı vəzifələrindən çıxardaraq ev dustağı etdiyi iddia edilib. Sputnik […]

“Bu gün Azərbaycan adlandırılan dövlət, sabahın yeni Türk dövlətinin təməlidir!!!”

1936-cı ilə qədər tarixdə “İran” adlı “dövlət” olmayıb. 1925-ci ildə Böyük Britaniyanın və digər antitürk dövlətlərinin dəstəyilə hakimiyyətə gətirilən Pəhləvilərin bir müddət sonra “İran” adına sahib çıxması Qərb alimlərinin, o cümlədən ingilislərin, almanların beyininin məhsuludur. Qərb dövlətləri bu torpaqlarda türklərlə nisbətdə azlıq təşkil edən farsları ağalığa gətirməklə, yalnız farsları deyil […]

2017 – Uğurlu başlanğıclar ili

Cavanşir Feyziyev, Millət vəkili, fəlsəfə doktoru Müstəqilliyimizin bərpa olunmasından sonra yaşadığımız  hər bir il xalqımızın müstəqillik tarixində öz izlərini qoyur. Çox da uzun olmayan bu tarixin həm ağrı-acıları, həm də sevinc, fərəh, güvən gətirən məqamları yaddaşımızın arxivinə toplandıqca keçilən yolla qürur duyuruq. Bu yolun başlanğıcındakı itkilərimiz, ağrı-acılarımız  davamında qazanılan uğurlarla […]

Jurnalistlər üçün yeni MÜSABİQƏ elan edildi – Bu dəfə pulsuz – ŞƏRTLƏR

Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi elan edib. Bu barədə Birliyin sədri Elşad Eyvazlı məlumat verib. E.Eyvazlı müsabiqənin şərtlərini də açıqlayıb: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına ən böyük və tarixi hadisə kimi daxil olub. Müstəqil, […]

Nostradamusun 2018-ci illə bağlı – Dəhşətli proqnozları

Məşhur fransız astroloqu və kahini Nostradamusun 2018-ci illə bağlı kəhanətləri dərc olunub. Turkustan.info xəbər verir ki, 11 sentyabr və Napolyonun yüksəlişini öncədən təxmin edən məşhur ekstrasensin 2018-ci illə bağlı öncəgörmələri əsasən qorxuducu olsa da, elmin inkişafı ilə bağlı şad xəbər də var. Üçüncü Dünya Müharibəsi başlayır Kahin 2018-ci ildə Üçüncü Dünya […]

30 min ermənini Marağa abidəsinə göndərək – Millət vəkili

Milli Məclisin payız sessiyasının son iclasında deputat Zahid Oruc maraqlı bir məsələyə diqqət çəkdi. Prezident İlham Əliyevin bu ilin dekabrında Tərtərə səfəri zamanı təqdim olunan “Marağa-150” abidəsi ilə bağlı görülən bərpa işlərini dövlətimizin tarix üzərindən Ermənistanla apardığı siyasi-informativ savaş üçün əhəmiyyətli addım kimi qiymətləndirib. Turkustan.info-nunMusavat.com-a istinadən məlumatına görə, millət vəkili […]

Əsgərlər jurnalistləri atəşə tutdular

Baş verən hadisələrdə 2-si jurnalist olmaqla 9 nəfər yaralanıb. Ramallahın Beytil bölgəsində Cümə namazından sonra aksiya iştirakçıları ilə İsrail əsgərləri arasında qalan jurnalistlər çətin anlar yaşayıb. Sputnik Azərbaycan “Haber3″ə istinadla xəbər verir ki, etiraz aksiyalarını çəkən bir jurnalist vurulub və onun vurulma anı görüntülənib. Jurnalist təcili yardım maşını ilə xəstəxanaya aparılıb. […]

Alimlər arılar haqqında İNANILMAZ FAKTLAR aşkarladı

Moskva Universitetinin elm adamlarının apardığı araşdırmalar canlı aləmin ən məhsuldar heyvanlarından olan arıların davranışlarının yalnız instinktiv olmadığını ortaya çıxarıb. Turkustan.info xəbər verir ki, arıların davranışlarının onurğalı canlılarla eyni olduğu məlum olub. Bununla yanaşı, arılar zəkaları ilə bir addım daha öndə və xüsusi qabiliyyətlərə sahib olan canlılardandır. Buna görə də onlar təkcə […]

İranda daha 11 şəhər ayağa qalxdı: Xalq molla rejimini devirir

Dekabrın 28-dən başlayaraq İranın Məşhəd şəhərində hökumətə qarşı başlayan kütləvi etirazlar genişlənərək digər şəhərlərə də yayılıb. Turkustan.info-nun Cebhe.info-ya istinadən məlumatına görə,  bir neçə şəhərdə dini lider Əli Xamneyiyə qarşı şüarlar səsləndirilərək onun hakimiyyətdən getməsi tələb edilib. İranın Kirmanşah, Rəşt, Tehran, Quçan, İsfahan, Qum, Əhvaz, Bocnurd, Əhvaz, Sari, Həmədan və Qəzvin şəhərlərində […]

Birinci Vitse-Prezident müğənnilərlə selfi etdi – FOTOLAR

“Buta palace” da keçirilən şənlikdə Azərbaycanın tanınmış simaları da iştirak edib. Turkustan.info-nun məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını özündə əks etdirən şənlik maraqlı anlarla yadda qalıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva, Fondun Vitse-Prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da şənlikdə iştirak edib. […]

İranda etiraz dalğası böyüyür

Cümə günündən etibarən paytaxt Tehran da daxil olmaqla İranın 12 şəhərində etiraz aksiyaları keçirilir. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, küçələrə toplaşan əhali sosial tələblər irəli sürür, bahalıqdan şikayətlənirlər. İlk olaraq ölkənin ikinci böyük şəhəri Məşəddə başlayan etiraz dalğası sürətlə digər şəhərlərə də yayılır. Təbriz, Rəşt, İsfahan, Həmədan, Kirmanşah, […]

Məşhur Təranəyə cinayət işi açıldı — QADIN ALVERİ – FOTO

Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb. Turkustan.info “lent.az”-a istinadən xəbər verir ki, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.  Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq […]

Artur Rəsizadə yeni ilin ilk aylarında yola salınır — Yerinə kimin gəldiyi məlumdur

Yeni baş nazir olacaq namizəd hazırda nazirdir; iqtidar 2018- üçün tam fərqli taktika planlaşdırır. Yeni ildə Azərbaycanda bir çox önəmli proseslərin baş verəcəyi gözlənilir. Bura həm siyasi, həm mədəni, həm də idman sahəsində baş verəcək hadisələr aiddir. İctimaiyyətin daha çox diqqət yetirdiyi müstəvi isə siyasət səhnəsi, hakimiyyətlə bağlı və hakimiyyətdaxili […]

Hər il buna görə 4.5 milyon insan ölür – DST

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada siqaret çəkən 1.1 milyard insan var. Turkustan.info xəbər verir ki, onların 4.5 milyon nəfəri hər il bu səbəbdən dünyasını dəyişir. Əgər qabaqlayıcı tədbir görülməsə, bu rəqəmin ildə 10 milyona çatacağı bildirilir. Siqaret aludəçiliyi ağız boşluğunda, mədə-bağırsaqda, nəfəs borusunda, ağciyərdə və digər orqanlarda xərçəng yaradır, […]

İşsizlik müavinəti ləğv edildi, əvəzində…

Yanvarın 1-dən işsizlik müavinəti ləğv olunacaq və işsizlikdən sığorta ödənişinin verilməsinə başlanılacaq. Turkustan.info xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin 5 avqust 2017-ci il tarixli fərmanı ilə qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” qanunun yanvarın 1-dən tətbiq edilməsi ilə bağlıdır. APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “İşçilərin əmək kitabçasının […]

Uçacaq, üzəcək, gəzəcək: Azərbaycanda heyrətamiz nəqliyyat yaradıldı – FOTOLAR

Yeni yaradılacaq nəqliyyat vasitəsi 16 sərnişin və 2 heyət üzvü olmaqla ümumilikdə 18 nəfərlik tutuma sahibdir. Azərbaycanlı gənclər avtomobili, təyyarəni, vertolyotu, qayığı və sualtı qayığı özündə birləşdirən yeni növ “Tezuçar” adlı nəqliyyat vasitəsinin layihəsini yaradıblar. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a “Tezuçar” layihəsinin rəhbəri Tural İsmayılzadə məlumat verib. O, bildirib […]

DƏHŞƏT: Yaş 9, başlanğıc qiyməti 15 min dollar – VİDEO

Suriya və İraqda İŞİD üzərində qələbə haqqında elandan sonra da yüzlərlə yezidi qadın terrorçularda girovda qalır. Bəziləri qaçaraq xilas olmağa müvəffəq olur. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, “Russia Today” kanalının əməkdaşı təxminən üç il İŞİD terrorçularının girovluğunda olan bir qızla və insanları İŞİD-dən azad edən təşkilatın nümayəndələri ilə danışıb.

Varlı və kasıb insanları nə xoşbəxt edir? – Ağlınıza belə gəlməyəcək SƏBƏBLƏR

Kaliforniya Universitetindən olan bir qrup alim, insanların qazancının, onların özləri və kənar şəxslər haqqında düşüncələrinə, sevgi, məmnuniyyət, mərhəmət, qürur, hörmət hisslərinə nə kimi təsir etdiyini araşdırıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Amerikanın Psixologiya Birliyinin (American Psychological Associationun) dərc etdiyi məqalədə, aparılan araşdırmanın nəticələri qeyd olunub. Tədqiqatda 1519 nəfər iştirak […]

Prezident bu cəriməni ləğv etdi – SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə tətbiq edilən 40 manat cərimə ləğv edilib. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyi təsdiqləyib. Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 […]