İl: 2018

Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satılıb – VİDEO

Bakıda restoranlardan biri toyuq qrilinin bir ədədini 20 manata satıb.  Turkustan.info xəbər verir ki, belə bir hadisə ilə müğənni Xatirə İslam qarşılaşıb. Müğənni  bu barədə özünün sosial hesabında video paylaşıb. Bu isə istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Xatirə İslamın sözlərinə görə, paytaxtın Azadlıq prospektində yerləşən “Bəyaz restoran”dan 2 ədəd toyuq […]

Hamımız 10 saniyəyə 100 il sonraya gedə bilirik: Bu, necə baş verir? – HİPNOZ ARAŞDIRMASI

Statistikaya görə, dünya əhalisinin 97% dejavü halını yaşayır. Bəs bu psixoloji durumun baş vermə səbəbi nədir? “Déjà vu (Deja vü)” fransız dilindən tərcümədə “artıq gördüm” deməkdir. İnsan mənəvi aləmini zənginləşdirdikcə bu hal daha dərinləşir və çox baş verməyə başlayır. Dejavü bəzən bir neçə saniyə davam edir. Psixoloqlar iddia edirlər ki, […]

Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsinə GÖNDƏRİLDİ

İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın, Penitensiar Xidməti əməkdaşlarının, Əli Ağaminin və digərlərinin barəsində istintaqı yekunlaşan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, F.Məmmədovanın (Fədayə Laçın) vəkili bildirib ki, iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Xatırladaq ki, 2017-ci il oktyabrın […]

Qab yuyurdu, milyonçu oldu – Milyarderlərlə bağlı qəribə faktlar

Heç kim doğulandan direktor, müdir olmur. O səviyyəyə çatmaq üçün minlərlə pillə qalxır, ağlınızdan da keçməyəcək işlərlə məşğul olurlar. Bu gün milyardlara sahib olanların bəziləri iş dünyasına necə atılıb, hansı çətinliklərdən keçib? Maykl Dell – “DELL” şirkətinin qurucusu əmək fəaliyyətinə 12 yaşında qab yumaqla başlayıb. Sonralar kompüter istehsal edən şirkət qurub. […]

Bakıda avtobus yana-yana hərəkət etdi – VİDEO

“Bakubus” MMC-ə məxsus avtobuslardan biri hərəkətdə olarkən yanıb. Turkustan.info xəbər verir ki, Koroğlu Nəqliyat Mübadilə Mərkəzi ətrafında hərəkət edən avtobusun arxasından tüstü çıxdığı müşahidə edilib. Görüntülərdən bəlli olur ki, içərisi sərnişinlə dolu olan avtobus daxili yanğına baxmayaraq marşrut üzrə hərəkətini davam etdirib. Həmin görüntüləri təqdim edirik:  /Minval.info/

Kosmosda dövlət quran azərbaycanlı milyarder planlarını açıqladı: 2.5 trilyon avro xərclənəcək

Kosmosda Yerdən asılı olmayan “Asgardiya” adlı dövlət qurduğunu elan edən azərbaycan əsilli alim və milyarder, Rusiyanın S-300, S-400 raketlərini istehsal edən “Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli planlarını “Hürriyət” qəzetinə danışıb. Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, Aşurbəyli dünyada mövcud dövlətlərin heç birinə bənzəməyən, yeni və müstəqil dövlət qurmaq ideyası onun […]

Türkiyəli iş adamı: Azərbaycan 13 milyard…

Türkiyə Azərbaycan iqtisadiyyatına 11 miyard dollar sərmayə qoyub. Turkustan.info-nun məlumatına görə, bunu Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat deyib. Sədrin sözlərinə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 13 milyard dollardır. Türkiyə Statistika İnstitutunun məlumatına görə, Azərbaycan və Türkiyə arasında 2017-ci ildə mal dövriyyəsi […]

Ərdoğan Afrikaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS dövlət və hökumət başçılarının iclasında iştirak edəcək. Turkustan.info xəbər verir ki, pezident CAR səfərinin ardından Zambiyaya gedəcək. Məlumata görə, Ərdoğan CAR-ın Yohannesburq şəhərində 25-27 iyun, Zambiyada isə 28 iyun tarixlərində səfərdə olacaq.  /Axar.az/

Sünnət toyunda meyvə şirəsindən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – 14 nəfər…

Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib. Meyvə şirələrini içən […]

Ruhanidən Trampa müharibə xəbərdarlığı: “Şirin quyruğu ilə oynamayın”

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb. Turkustan.info xəbər verir ki, bu barədə İran dövlət başçısının saytında məlumat yerləşdirilib. Ruhani bildirib ki, İranla müharibə “bütün müharibələrin anasıdır”: “Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız”. Qeyd edək ki, bundan əvvəl ABŞ […]

Beyni gücləndirən hərəkət – Hər kəs edə bilir, amma…

Mütəxəssislər ayaq hərəkətləriylə beyin arasında əlaqənin olduğunu söyləyirlər. Turkustan.info bildirir ki, italiyalı mütəxəssislərin araşdırmasında ayaq hərəkətlərinin beynin sağlam olmasında əhəmiyyətli yol oynadığı açıqlanıb. “Gəzin, qaçın, hərəkət edin, daha sonrakı yaşlarınızda beyninizi sağlam saxlamaq üçün ayaqlarınızı işlədin” tövsiyyələrini verən araşdırmaçılar gəzmək və qaçmaq kimi hərəkətlərin sonrakı yaşlarda da beyində hüceyrə istehsalını 70 […]

Hər şeyin olduğu, insan olmayan şəhərdən reportaj – Marketlər hələ də doludur… – FOTO

Malayziyalı fotoqraf Keov Vee Loonq nüvə fəlakətinin yaşandığı Yaponiyanın Fukuşima şəhərini çəkib. Turkustan.info xəbər verir ki, 2011-ci ildə 8.9 bal gücündə zəlzələnin ardından sunami fəlakəti ilə sarsılan şəhərdəki nüvə stansiyasında partlayış baş vermişdi. Sözügedən nüvə stansiyasına 20 km məsafədəki bütün ərazilər “qadağan olunmuş bölgə” elan edilib. Əraziyə giriş-çıxışa icazə verilmir.  /Publika.az/ […]

Qızları qaçırır, otaqda tək saxlayır, zorlayır, sonra da … – TÜKÜRPƏDƏN ADƏTLƏR

Bugün Qırğızıstanda hər 5 qızdan biri zorla qaçırdılıb, sevmədiyi insanla evləndirilir. Qırğıstanın bu özbaşınalığı hazırda “Girsl not Bridges” (qızlar gəlin deyil) adlı beynəlxalq təşkilatın əsas müzakirə mövzusudur. Bu təşkilat həddi-buluğa çatmamış qızların qaçırırdılıb, zorla evləndirilməsinə qarşı mübarizə aparır. Bir çox şərq ölkəsi üçün müqəddəs adət-ənənə sayılan bu hadisə əslində zorakılıq, […]

Kürdəmirdə ata 5 yaşlı uşağı döyərək öldürdü – Təfərrüatlar

Kürdəmir rayonunda 5 yaşlı uşaq döyülərək öldürülüb.  Turkustan.info-nun “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Muradxan kəndində yerləşən fermalardan birində qeydə alınıb. Belə ki, Astara rayon sakini, 33 yaşlı Sevanə Böyükağa qızı Yaqubova bir müddət əvvəl Kürdəmir rayonunun Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayevə ərə gəlib və özü ilə […]

Bu qoxu insanı ağıllı edir – Araşdırma

Qoxular insan beyinə güclü təsir edir. Bəziləri sakitləşdirir, digərləri əksinə qıcıqlandırır və s. Turkustan.info bildirir ki, son elmi araşdırma göstərib ki, qoxu insanı hətta daha ağıllı edə bilər. Hamı bilir ki, qəhvə beyini stimullaşdırır, beyinin fəaliyyətini yaxşılaşdırır. Maraqlıdır ki, bu tək qəhvənin özünə deyil, həmçinin onun qoxusuna da aiddir. Amerikada aparılmış […]

700 bal toplayan gənclər – Onları siz də tanıyın!

Xəbər verdiyimiz kimi, iyulun 18-də keçirilmiş I və IV ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 15 nəfər 700 bal toplayıb.  Turkustan.İnfo xəbər verir ki,, ən yüksək nəticə göstərən gənclərin bir neçəsinin fotoları artıq sosial şəbəkədə yayılıb. Onları təqdim edirik: Nərmin Balakişiyeva IV qrup üzrə 700 bal toplayıb. Bakı şəhər 297 saylı məktəbin […]

Hansı ölkə vətəndaşlığı neçəyə satır? – SİYAHI

“Bloomberg” agentliyi vətəndaşlığı satmaqla ölkə iqtisadiyyatına investisiya gətirən ölkələrin reytinqini hazırlayıb. Turkustan.info xəbər verir ki, siyahıya girən 10 dövlətdən 8-i Beynəlxalq Valyuta Fondunun təsnifatı üzrə ofşor zona hesab edilir. Ən bahalı Avstriya vətəndaşlığıdır. Onun alınması üçün 23,75 milyon dollar lazımdır. İkinci yerdə 2,3 milyon dollarla Kipr, üçüncü yerdə isə 1,065 milyon […]

Fəthullah Gülənlə Adnan Oktarı nə birləşdirir? – DƏHŞƏTLİ FAKTLAR AÇIQLANDI

Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatı ilə bağlı aparılan araşdırma ortaya hər gün yeni və tükürpədici detallar ortaya çıxarır. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, Adnan Oktarı Bakırköy Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasında 7-8 ay müayinə edən psixiatriya mütəxəssisi, professor Səfa Sayğılının söylədikləri təşkilatın […]

Putinin Trampa “separat” təklifi: Real ola bilərmi?

Separatizmə verilən istənilən dəstək beynəlxalq hüquq prinsiplərinin pozulması ilə yanaşı, bəşəriyyətə qarşı ən böyük cinayətdir. Turkustan.info bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampa Donbasdakı vəziyyəti referendum yolu ilə tənzimləməyi təklif etməsi barədə yayılan xəbərə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu məlumat rəsmi şəkildə […]

Azərbaycan Milli Mətbuatının 143 yaşı olur

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür. Turkustan.info-nun məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” […]

İranda vəziyyət gərginləşdi, 10 hərbçi öldürüldü

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb   Cümə günü axşam saatlarında İranın Kürdüstan əyalətinin Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb. Turkustan.info-nun APA-ya istinadla məlumatına görə, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və  terrorçu qüvvələr postun […]

Yoxa çıxan eyforiya: Paşinyanın ağ bayraq qaldırmaqdan başqa çıxış yolu qalmayıb

Ermənistanda cərəyan edən son proseslər də sübuta yetirdi ki, İrəvan istər Qərb üçün, istərsə də Rusiya üçün etibarsız müttəfiqdir Bu həftə Ermənistanda baş verən hadisə bölgə üçün önəmli təhlillərə səbəb oldu. Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasına məxsus avtomobil karvanının Şirak inzibati ərazisinin Panik kəndinin içi ilə atəş aça-aça […]

Mağarada komandirinin əmrini 27 il gözləyən qəhrəman

II Dünya müharibəsi başa çatdıqdan 27 il sonra Quam adasında qamışlıqda gizlənmiş və hələ də komandirinin əmrini gözləyən yapon əsgəri tapılıb. Turkustan.info xəbər verir ki, bu barədə “Newhistorian. com” saytında məlumat yer alıb. 1944-cü ilin iyulunda ABŞ və Yaponiya qoşunları arasında Quam adasında amansız döyüşlər zamanı yapon ordusunun əsgəri Şoiçi […]

Tibb Universitetinin tələbəsinə küçənin ortasında təcavüz etdi – GÜNÜN ƏN İYRƏNC XƏBƏRİ – VİDEO

İstanbulda baş verən təcavüz hadisəsi Türkiyə mətbuatında “günün ən iyrənc xəbəri” kimi qeyd edilib. Turkustan.info xəbər verir ki, şəhərin Esenler mahalında bazarlıq etmək üçün evdən çıxan 18 yaşlı Tibb universitetinin tələbəsi B.Ç yoldan keçən bir şəxsin əllə təcavüzünə məruz qalıb. Təcavüzə uğrayan gənc qızın qışqırması ilətəcavüzkar hadisə yerindən qaçaraq uzaqlaşıb. […]

“Bu cəhdlər zamanı Azərbaycanla Türkiyənin bir-birinə dəstəyi çox mühüm idi” – Bəhruz Həsənov

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bu gün Bakıda keçirilən Beynəlxalq Media Forumunda çıxış edib. Dövlət rəsmisi Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb: “Mərhum prezident Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlətik”. Bu şüar iki dövlət arasında münasibətləri özündə əks etdirən ən […]

İranda daha bir şəhər ayağa qalxdı – VİDEO

İranın daha bir şəhərində əhali ayağa qalxıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Şiraz şəhərində su və işıqların tez-tez kəsilməsindən təngə gələn əhali küçələrə axışıb. Əhali isti hava şəraitində sudan və elektrikdən məhrum qalmasına və yerli məmurların səriştəsizliyinə qarşı etiraz aksiyası keçiriblər. Dünən axşam saatlarında Şirazda yolları bağlayan etirazçılar, […]

Süd və süd məhsulları alarkən diqqətli olun! – XƏBƏRDARLIQ – VİDEO

Havalar isti keçdiyindən bəzi məhsulların saxlanılması, istehsalı ciddi diqqət tələb edir. Onlardan biri də ağartı məhsullarıdır. Odur ki, ağartı məhsulları alarkən diqqətli olmaq lazımdır. Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara bazarlarda açıq şəkildə satılan ağartı məhsullarını almamağı tövsiyə edir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Səidə Səmədovanın sözlərinə görə, ağartı məhsulları xüsusi qaydada hazırlanmalı […]

“İntim əlaqədə olmaq istəmədiyim üçün məni Adnan Oktarın yanına apardılar” – ŞOK İFADƏ

Adnan Oktar şəbəkəsinə qarşı davam edən istintaqla bağlı ifadə verənlərin bəziləri açıq şəkildə, bəziləri isə şərti ad altında şikayətlərini bildiriblər. Turkustan.İnfo Milliyet-ə istinadən xəbər verir ki, onlar Adnan Oktar və şəbəkəsinin iç üzünü açıb-töküblər. Şərti adla ifadə verən zərərçəkənlərdən biri cinayətkar şəbəkədən uzaqlaşmaq istəyənlərə Adnan Oktarın verdiyi cəzaları və onlara hansı […]

Qadınlar arasında dönərə görə dava düşdü – BAKIDA RƏZALƏT – Video

Bakının İçərişəhər metrosu yaxınlığında tragikomik hal yaşanıb. Turkustan.info xəbər verir ki, dönər növbəsində dayanan qadınlar arasında dava düşüb. Öncə söz atışması kimi başlayan olay daha sonra əlbəyaxa davaya çevrilib. Qadınlar bir – birinin ünvanına söyüşlər söyüb. Ətrafdakıların köməyi ilə onlar sakitləşib. /Faktor.az/

Qadın özünü 14-cü mərtəbədən atdı – Oğlu da imtahandan kəsildiyi üçün inhtihar etmişdi

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü Xurman Əzizova 14 mərtəbəli binanın damından özünü yerə ataraq intihar edib. Fakt Sumqayıt şəhər Polis İdarəsi tərəfndən təsdiqlənib. Sosial şəbəkədə yayılan məlumata əsasən X. Əzizovanın oğlu Faiq Rüstəmov bu ilin may ayında qəbul imtahanlarında aşağı bal […]

Adnan Oktarın böyük qardaşından ŞOK SÖZLƏR – Küçə itləri … – FOTO

“Kanal D” Adnan Oktarın Hatay vilayətində yaşayan böyük qardaşını tapıb. Turkustan.İnfo Milli.Az-a istinadən xəbər verir ki, Oktar jurnalistlərin suallarını cavablandırmaq əvəzinə, sərt reaksiyası ilə diqqət çəkib. Adnanın qardaşı “Siz ilk dəfəmi görürsünüz? Nə yanlışını gördünüz axı, şər atırsınız hələ? Şəbəkə deyə bir şey yoxdur. Həddinizi bilin. Mən də sizdən soruşuram, niyə […]

“Həyat yoldaşımın icazəsi ilə bir gecə o qadınla, bir gecə isə arvadımla…” – Sumqayıtda AĞLASIMAZ HADİSƏ

Sumqayıt şəhərində xalasının tanışını öldürməyə cəhd etməkdə təqsirli bilinən Şabran rayon sakini, 1994-cü il təvəllüdlü Ruslan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Ruslan İbrahimov 26 sentyabr 2017-ci il tarixdə, saat 10.00-da xalası Eyvaz Rzayeva ilə qeyri-rəsmi nikahda olan Ramil Şıxəliyevin yaşadığı Sumqayıt şəhəri 9-cu məhəllədə […]

İŞİD burada DİRİLDİLİR: yeni müharibə meydanı və AZƏRBAYCAN… – DƏHŞƏTLİ PLAN

Əfqanıstanın şimalında İŞİD döyüşçülərinin olması Mərkəzi Asiya üçün ciddi təhlükə təşkil edir. Turkustan.info xəbər verir ki, bu haqda Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantıskiy “RİA-Novosti” agentliyinə bildirib. “Bu, çox ciddi problemdir, onu hesabdan silmək olmaz. Ən pisi odur ki, onlar hazırda Əfqanıstanın şimal rayonlarında, yəni, Mərkəzi Asiya respublikalarının sərhədlərə yaxın ərazilərdə cəmləşirlər”, […]

Tiflis savaş anonsu verdi: Putini 2007-də dinləmədik…

Rusiyanın Gürcüstan və Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyi ciddidir və o, xüsusi diqqət tələb edir. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib. “2007-ci ildə Putinin başlatdığı ritorika 2008-ci ilə yekunlaşdı. 2007-də Münhen sammitində Rusiyanın xarici siyasət prioritetləri acıqlandı və orada açıq şəkildə bildirildi ki, Rusiya […]

Elşad Miri Adnan Oktar haqda heç kəsin bilmədiyi FAKTLAR AÇIQLADI – VİDEO

Tanınmış ilahiyyatçı Elşad Miri Türkiyədə həbs olunan Adnan Oktar haqda maraqlı faktlar açıqlayıb. Turkustan.info xəbər verir ki, ilahiyyatçı onun Adnan Oktarla əlaqələrinin olduğunu iddia edənlərə videomüraciətlə cavab verib. O, təsisçisi olduğu “Media Təqib Mərkəzi” şirkətinin Adnan Oktarın sağ əli olan və həbs edilən Oktar Babuna məxsus olması haqda yayılan şayiələrin həqiqətə […]

Azərbaycanın şəhid əsgəri dəfn olundu

Azərbaycanın şəhid olan əsgəri dəfn edilib. “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Səməd Anar oğlu Alışov Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb.  Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak […]

Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olundu – 1 nəfər MƏHV EDİLDİ – (FOTO)

İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib. Turkustan.info xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda […]

Cəbhədə nə baş verir? – ŞƏHİDİMİZ VAR

Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub. Turkustan.info bildirir ki, bu haqda Modern.az-a Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son günlər qolu sarıqlı şəkildə Bakı küçələrini süpürməklə məşğul olan qadın haqqında məlumat yayıb. Turkustan.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkədə qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yazıb. O bildirib ki, son günlər qolu sarıqlı şəkildə Bakı küçələrinin birində təsərrüfat işləri ilə məşğul olduğu […]

Ermənistan Qarabağdan birdəfəlik imtina etdi

Paşinyanın bu günkü sözləri Rusiyanı şoka salıb Ermənistan baş naziri Nikol Paşiyanın bu gün keçirdiyi Qarabağ münaqişəsi barədə dediklərini Ermənistanın Qarabağdan imtinası kimi dəyərləndirmək olar.  Turkustan.info-nun məlumatına görə, bir yandan Azərbaycan prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirən Nikol Paşinyan digər tərəfdən Ermənistan işğal etdiyi ərazilərdən çıxmayacağını bəyan edir. Paşinyan […]

Bakıda ərəblərdən daha bir biabırçılıq – ŞOK GÖRÜNTÜLƏR – VİDEO

Bakının mərkəzində otellərin birində ərəblər yenə biabırçılığa imza atıblar. Bu barədə otelin əməkdaşları bildiriblər. Qeyd edilib ki, bu gün səhər saatlarında Küveytdən gələn turistlər oteldə otaq tutublar. Hardasa 3 saat otaqda qalan turistlər otaqdan çıxdıqdan sonra işçilər içərinin bərbad günə qaldığını görüblər. Otelin əməkdaşı açıqlamasında bildirib ki, həmin otağı tutan […]

Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır

Kremlin Gümrü xəbərdarlığının ardınca Peterburq sınağı; Moskvadan Ermənistan rəhbərliyinə göndərilən siqnallar artır; Rusiya nəşri: “Erməni baş nazir ölkəsini Qərb üçün satışa çıxarsa…”  Doğrudur, az sonra hərbi baza rəhbərliyi hadisəyə görə üzr istəyib və günahkarların cəzalandırılacağını bildirib. Lakin artıq olan olub. Mesaj verilib, hədəf vurulub. Aydındır ki, bu sayda hərbi texnika […]

Bakıda işıqların sönməsinin səbəbi – AÇIQLANDI

“Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib. Bu barədə Azərenerji ASC-dən dünən Bakının bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə aydınlıq gətirərkən deyiblər. Bildirilib ki, 20 iyul 2018-ci il tarixdə saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov […]

Ata təcavüz edən şəxsin ifadəsi şoka saldı: “Mənə göz vurmuşdu”

Avstraliyanın Nyu South Uels bölgəsində bir fermer hər gecə yaranan səs-küydən şübhələnərək, tövləyə gizli kamera yerləşdirib. Bundan sonra kameralara yaxalanan 31 yaşlı Daniel Raymond Vebb-Ceksonun bir ata təcavüz etdiyi ortaya çıxıb. Ən qəribə hadisə isə bundan sonra yaşanıb. Turkustan.info xəbər verir ki, Daniel polisə ifadəsində atın ona göz vuraraq, razılıq verdiyini bildirib. […]

Adnan Oktarın “kedicik”ləri niyə BİR-BİRİNƏ BƏNZƏDİLİR? – İNANILMAZ DETAL

Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatı ilə bağlı aparılan araşdırma ortaya hər gün yeni suallar çıxarır. Suallardan biri təşkilatın üzvləri olan “kedicik”lərin hamısının estetik əməliyyat etdirməsi ilə bağlıdır. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, Oktar “kedicik”lərin biri-birinə bənzəməsinə xüsusi önəm verir və bunun üçün […]

Bakıda iki uşaq anası yoxa çıxıb – VİDEO

Bakıda iki uşaq anası 4 gündür ki, yoxa çıxıb. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, itkin düşən İlahə Əsədovanın övladları-7 yaşlı Fuad və onun lal-kar qardaşı 6 yaşlı Allahverdi hər gün anasının yolunu gözləyir. Uşaqlar anaları ilə bağlı nəsə eşidəndə göz yaşlarına hakim ola bilmirlər. İki uşaq anasından günlərdi ki, xəbər […]

Putindən türk liderə: Əgər müsəlmanlar pivə istəsə…

Rusiya lideri Vladimir Putinin başçılığı ilə Kalininqradda keçirilən “Rusiya – 2018” adlı iclasda maraqlı dialoq yaşanıb. Turkustan.info xəbər verir ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov futbol üzrə dünya çempionatı ərəfəsində 89 milyon rubl dəyərində pivənin satıldığını bildirib. “Buna nəzər yetirmənizi xahiş edərdim. Əvvəla, ona görə ki, kişilər pivəni sevir. Əlbəttə, müsəlmanlara “Buyur, […]

160 manatla ABŞ-a köçən məşhur: Dollar bahalaşanda çox sevindim – FOTO/VİDEO

Dörd ildir ABŞ-a köçüb özünə yeni həyat quran Azərbaycanın ilk videobloqeri Aynur Hüseynin (Aka The One) Oxu.Az-amüsahibəsi: – Dörd ildən sonra Azərbaycana gəlmisiniz.  – Xoş gördük. – Statuslarınızda qeyd etdiyiniz kimi, ABŞ-a köçmək böyük arzunuz idi və arzunuza çatdınız. İlk həftələrdə hansı çətinlikləri yaşadınız? – ABŞ-a çatan gün şok yaşayırdım. Elə bilirsən ki, […]

Ceyhun Bayramov sədr oldu

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarda dəyişiklik edib. Turkustan.info xəbər verir ki, dəyişikliyə görə, Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri – Bayramov Ceyhun Əziz oğlu, təhsil naziri Kollegiyanın üzvləri: Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil […]

Əl-ayaqları qandallı şəkildə Almaniyadan deportasiya edilən şəxs kimdir? – FOTOLAR+VİDEO

Almaniyadan deportasiya edilən azərbaycanlılar içərisində kriminal avtoritet də olub. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, bu günlərdə Almaniyadan Azərbaycana göndərilən və əl-ayaqları qandallı şəkildə görüntüsü yayılan Bayramzadə Sinan Ədalət oğlunun kriminal qrublaşma üzvü olduğu məlum olub. O kriminal aləmdə “Dağlı Sinan” ayaması ilə tanınır və müəyyən dairələrdə nüfuza sahib olduğu […]

Məmmədbağır Bağırzadə ilə bağlı ŞOK FAKT

Bu gün xalq artisti, mərhum müğənni Məmmədbağır Bağırzadənin doğum günüdür. Sənətkarın yaxın dostu, tanınmış şair Vüqar Əhməd Yenicag.az-a açıqlamasında xalq artisti ilə bağlı maraqlı faktlar açıqlayıb: “55 yaşının tamamına bir həftə qalmış zəng elədi ki, yubileyimlə bağlı AzTV-də veriliş hazırla. Mən də həmin ərəfədə ailəmlə birgə İrana istirahətə yollanacaqdım. Dedim […]

Rəqqada ABŞ koalisiyası qurbanlarının minlərlə cəsədi aşkarlandı – VİDEO

Suriyanın Rəqqa şəhərində dinc sakinlərin dəfn edildiyi kütləvi məzarlıqlar aşkarlanıb: ən azından 1200 cəsəd. Turkustan.info “Ren.TV”yə istinadla xəbər verir ki, onların əksriyyəti aviasiya zərbələri nəticəsində dünyalarını dəyişiblər. Rəqqa Fərat çayının şimal hissəsində yerləşir və razılıq əsasında bu ərazidə yalnız ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri fəaliyyət göstərib. Könüllülər hər gün dağıntılar altından […]

Azərbaycanlının da rol aldığı möhtəşəm film gəlir – “Dəlilər”dən ilk görüntülər – VİDEO

Türkiyədə bir müddətdir, çəkilişləri gedən, “Game of Thrones” və “Vikings” kimi keyfiyyətli film olacağına zəmanət verilən bir çox tanınmış şəxsin rol aldığı ilin ən iddialı filmi “Dəlilər”dən ilk görüntülər yayımlanıb.  Turkustan.info xəbər verir ki, Osmanlı İmperiyasının dünyanı lərzəyə gətirən ordusunun ən öndə gedən döyüşçülərindən – “Dəlilər”dən bəhs edən, möhtəşəm səhnələrin […]

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli oldu

Adnan Oktarın mütəşəkkil cinayətkar dəstəsinin İsrailin casusluq fəaliyyətini necə icra etdiyi bəlli olub. Turkustan.info xəbər verir ki, “Star” nəşri məsələ ilə əlaqədar rəsmi şəxsin mövqeyini öyrənib. “Hesab edək ki, Türkiyə ilə aralarında bir problem var. İsraillilər təlimat verirlər ki, bununla əlaqədar ictimai fikir formalaşdırılsın. Sosial media onsuz da əllərindədir. Sosial […]

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Milli Mətbuat Günü ilə əlaqədar aksiya keçirib

İyulun 20-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 22 iyul – Milli Mətbuat Günü ilə bağlı Bakı və Gəncə filialında “Sağlam baxış, sağlam cəmiyyət” adlı açıq qapı günü keçirib. Tədbir Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, professor Elmar Qasımovun təşəbbüsü ilə keçirilib. Mərkəzdən […]

Ölkə 3 yerə bölünür, bu ərazilər Türkiyəyə verilir – Ankara-Rusiya razılaşmasının DETALLARI

Türkiyə və Rusiya Bəşər Əsəd rejiminin Hələbdən çəkiləcəyi və nəzarətin Türkiyəyə veriləcəyi bir formatla bağlı müzakirələr aparır. Turkustan.info “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, razılaşma əldə olunarsa, Suriyanın ikinci böyük şəhəri yenidən inşa ediləcək, Türkiyə və Avrapada yaşayan 3 milyondan çox qaçqın evə dönəcək. Müharibədən əvvəl 5,5 milyon insanın yaşadığı […]

Kreditlərə əlavə 5 faiz gəlir: Şərtlər kimin xeyrinə dəyişir?

Azərbaycanın bank sektorunda kredit faizlərinin yüksək olduğu reallıqdır. Hətta bu faiz Avropa ölkələri ilə müqayisəyə gəlməyəcək dərəcədə yüksəkdir. Hazırda Azərbaycanda kredit faizləri 26-36 faiz aralığında dəyişir. Bu da götürən kreditlərin geri qaytarılmasında əlavə problemlərə səbəb olur. Ümumiyyətlə, ekspertlər ölkədə biznesin və digər sahələrin, eləcə də vətəndaşların kreditə maraq göstərməsini məhz […]

Bakıda intihar edən qızın yeni görüntüləri – Video

Xəbər verdiyimiz kimi, iyulun 17-i səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus binada intihar hadisəsi baş verib. Turkustan.İnfo xəbər verir ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb. Hadisədən sonra intiharla bağlı […]

Görkəmli qazax alimi Akılbek Şayaxmet Sumqayıtda

Bu gün Sumqayıt şəhər Poeziya Evində “Evimizin fəxri qonaqları” silsiləsindən növbəti tədbir keçirilib. Turkustan.info xəbər verir ki, Poeziya Evinin bu dəfəki fəxri qonağı görkəmli qazax şairi və dramaturqu, tərcüməçi və alimi, Kostanay Dövlət Universitetinin professoru və “Media Mərkəz”in direktoru, Qazaxstan Yazıçılar İttifaqının Kostanay və Torqay vilayətləri üzrə məsləhətçisi Akılbek Şayaxmet olub. Doğma Qazaxstanda, […]

“Müsəlman və türk olmağımız öz sözünü dedi” – Əli Həsənov

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Turkustan.info-nun məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun […]

Rusiyalı bloger Bakı haqqında yaddaqalan videoçarx hazırladı – VİDEO

Tanınmış rusiyalı dizayner, naşir və videobloger Leonid BalanyovAzərbaycana səfərindən sonra hazırladığı və “YouTube”də öz kanalında yerləşdirdiyi 15 dəqiqəlik reportajda ölkəmizə səyahəti zamanı aldığı təəssüratları paylaşıb. L.Balanyov ölkəmizə Novruz bayramı günlərində azərbaycanlı abunəçilərinin dəvəti ilə gəlib. Turkustan.info xəbər verir ki, Rusiyalı bloger ailəsi ilə birlikdə ziyarət etdiyi Heydər Əliyev Mərkəzi, İşərişəhər, Azərbaycan Xalça […]

Qızlara tapşır, nazirin göndərdiyi tortun şəklini paylaşmasınlar – Seymur Verdizadənin yazısı

Çalışdığım redaksiyaya Milli Mətbuat Günü münasibətilə tort göndərən nazirlik sözçüsü baş redaktorumuza belə deyib: “Qızlara tapşır, sosial şəbəkələrdə tortun şəklini paylaşmasınlar”. Redaktorumuz söhbətin nədən getdiyini anlasa da, jurnalist marağını gizlədə bilməyib: “Niyə? Burda pis nə var?” Mətbuat xidmətinin rəhbəri belə cavab verib: “İmkanımız məhdud olduğu üçün redaksiyaların hamısına tort göndərə bilmədik. […]

Nikol Paşinyan: “Rusiya Azərbaycan-Ermənistan müharibəsinə imkan verməz”

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Cənubi Qafqazda hərbi əməliyyatların bərpasına Rusiya imkan verməz. Turkustan.info xəbər verir ki, Paşinyan bunu jurnalistlərlə söhbətində deyib. Nikolun sözlərinə əsasən, regionda müharibə təhlükəsi var. Bu müharibəyə hazır olmaq lazımdır, bununla yanaşı, Rusiya faktorunu da unutmaq olmaz. “Düşünürəm ki, Rusiya regionda müharibənin yenidən alovlanmasına […]

Azərbaycanlıları Almaniyadan kütləvi deportasiya ediblər – Aralarında müsavatçı və dindarlar da var

Əlövsət Əliyev: “Deportasiya edilənlərin böyük əksəriyyəti siyasətlə bağlı deyil” Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib. Məlumatı Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzi yayıb. Bildirilib ki, deportasiya edilənlərin şəxsiyyətləri son bir həftə ərzində “Readmissiya haqqında” sazişə əsasən müəyyən edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, […]

I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlandı – 15 nəfər 700 bal topladı

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini bu gün elan edib. Turkustan.info-nunxəbərinə görə, imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak […]

Space TV-də dava – “Tərbiyəsiz, belələrinin ailəsi…” (VİDEO)

“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qonaqlar bir-birini təhqir edib. Turkustan.info xəbər verir ki, gənc jurnalist Cavid Əhmədoğlu cəmiyyətdəki problemin kökünü qadınlarda gördüyünü söyləyib. O, bunu yaşlı xanımların gənc oğlanlar sevgili olması ilə izah edib. Aparıcının “20 yaşlı oğlan niyə sevgili olmağı qəbul edir, cavab ver!” deməsinə C.Əhmədoğlu “qadınlar […]

“Rusiya hərbi bazası bizi Türkiyədən qoruyur” – Ermənistandan etiraf

Eduard Şarmazanov: “Onlar unudublar ki, 4 günlük aprel döyüşləri zamanı Türkiyə Ermənistan əleyhinə 5 bəyanat səsləndirib?” “Rusiya hərbi bazasının Gümrüdə saxlanılması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın vitse-spikeri Eduard Şarmazanov Panik kəndi ətrafında baş verən insidenti şərh edərkən deyib. Şarmanazovun sözlərinə görə, Rusiya […]

Bankomatlardan pul çıxararkən diqqətli olun, çünki bu problemi qanun da tənzimləmir

“Ümumiyyətlə, banklardan belə bir tələb yoxdur, ona görə də vəziyyətdən sui-istifadə edirlər”  Azərbaycanda nağdsız hesablaşmalar istiqamətində bir sıra işlər, layihələr həyata keçirilsə də, hələ ki, bütün sahələrdə tam olaraq nağdsız ödənişə keçmək mümkün olmayıb. Bu da təbii ki, bir sıra çətinliklərə səbəb olur. O cümlədən şəffaflığın təmin edilməsində, korrupsiya hüquqpozmalarına […]

Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – ŞOK SƏBƏB

Sosial şəbəkələrdə ehtiras hislərinə hakim ola bilməyənlərin yeni intim fırıldağı meydana çıxıb. Turkustan.info xəbər verir ki, bəzi həmyerlilərimiz Türkiyədən deportasiya olunan fahişələrə problemlərinin həll olunması ilə bağlı vədlər verərək Bakıya dəvət edir. Sonuncu dəfə Özbəkistan vətəndaşı belə yalanın qurbanına çevrilib. Belə ki, Türkiyədə fahişəliklə məşğul olan qadın tutularaq öz ölkəsinə deportasiya […]

Güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKT – FOTO

Prodüser Tolik(Tarix Əliyev)Gəncənin güllələnən İcra Başçısı Elmar Vəliyev haqqında maraqlı faktı açıqlayıb. Turkustan.info “moderator.az”a istinadən xəbər verir ki, prodüser icra başçısının Gəncədəki universitetlərdə təhsil alan, valideyninin birini və ya hər ikisini itirmiş 54 tələbəni təhsil haqqından azad etdiyini bildirib. Onların təhsil haqqı isə Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilib. Tolik bu faktı […]

Putin Azərbaycanın dostu İsmail Safini mükafatlandırdı

Rusiya prezidenti Vladimir Putinin rəhbəri olduğu Rusiya Milli İttifaqı tərəfindən Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, İstinye Üniversitenin Təhlükəsizlik və Müdafiə Strateji Tətbiqi və Araşdırma Mərkəzinin (GÜVSAM) rəhbəri, siyasi analitik İsmail Safini “Palmira” medalı ilə təltif edilib.  Medalı İttifaqın Avrasiya bölgə rəhbəri Dmitri Klimov təqdim edib. Dmitri Klimov İsmail […]

Bakı üçün tarixi şans: Nikol Kremllə əlaqələri dağıdır…

Qarabağ konflikti başlayandan bu günə kimi Azərbaycan üçün ən əlverişli imkanlar və şərait yaranıb. Bu da bizə imkan verir ki, torpaqlarımızı işğaldan azad edək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a “Lenta.ru” nəşrində politoloq Konstantin Lyapunovun məqaləsinə münasibət bildirən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Lyapunovun […]

Putinin öyündüyü silahların sirrini – QƏRB ƏLƏ KEÇİRDİ

Rusiya Federal Təhlükəsizlik Xidməti Qərb xüsusi xidmət orqanlarının ən yeni Rusiya silahları haqqında məlumatları əldə etdiyini müəyyən edib. “Kommersant” nəşri xəbər verir ki, Rusiyanın hipersəsli silahı haqqında məlumatlar Qərb xüsusi xidmət orqanlarına ötürülürdü. Artıq cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanları Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunda axtarışlar aparırlar. “Kommersant”ın yazdığına görə, məlumatların itkisi […]

Ərəblər Bakıda niyə ölür: Spirtli içki, ya “Viaqra”?

Bakıda oteldə daha bir ərəb turist ölüb. Hadisə “Viva Boutique Hotel”də baş verib. Ərəb turistin mədə qanaxmasından öldüyü ehtimal edilir. Xatırladaq ki, bu ilin yanvar ayında Bakıda hoteldə ərəb turist ürək çatışmazlığından dünyasını dəyişmişdi. Nərimanov rayon Prokurorluğunun məlumatına görə, 56 yaşlı Məsfər Oman Əlbillahi qaldığı hotel nömrəsinə yüngül əxlaqlı 3 […]

Azercell sosial mediada da liderdir!

Şirkət yenidən “Socially Devoted” sertifikatına layiq görülüb Ölkədə sosial şəbəkələr üzərindən və onlayn rejimdə ilk müştəri xidmətləri təqdim edən “Azercell Telekom” MMC yüksək xidmət səviyyəsini və peşəkarlığını bir daha sübut edib. 2018-ci ilin birinci rübündə rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni operativ şəkildə cavablandırdığına görə beynəlxalq “Socialbakers” şirkəti tərəfindən […]

Bacını qardaşla, qızları bir-biri ilə, özü isə eyni vaxtda iki bacıyla… – Adnan Oktarın AĞLASIĞMAZ İYRƏNCLİYİ

Bir neçə gün öncə Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan Adnan Oktar və rəhbərlik etdiyi cinayətkar dəstə ilə bağlı ortaya çıxan dəhşətli faktlar, şahid ifadələri gündəmi bir-birinə vurdu. Turkustan.info Türkiyə mətbuatına istinadla Adnan Oktar cinayətinin qurbanlarının dilindən bu çinayətkar dəstənin yeni cinayətlərini təqdim edir. “Qızları bir-biri ilə yatağa salıb, […]

Adnan Oktarla bağlı şok iddia: İntim əlaqəyə girə bilmədiyi üçün…

Adnan Oktar və 235 müridi ilə bağlı şok iddialar yayılıb.  Turkustan.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, 16 il Adnan Oktarın yanında qalan G.S. 2001-ci ildə 17 yaşı olarkən qrup üzvlərindən biri ilə tanış olduğunu bildirib.  “O zaman İslamı başa salan modern təşkilat olduğuna inanmışdım. Bununla bağlı təşkilat üzvləri ilə görüşməyə […]

Alüminium qapaqların dəhşətli təhlükəsi açıqlandı

Salfet vasitəsilə qapağın içini silərək alüminium qırıntılarını təmizləyə bilərsiniz   Şüşə butulkaların ağzına vurulan alüminium qapaqlar sağlamlıq üçün təhlükəlidir. Turkustan.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, alüminium qapağı olan butulkalardan su içən zaman alüminium orqanizmə daxil olur. Bu çox zaman şüşələrin qapağının tez-tez açılıb bağlanılması zamanı baş verir. Qapaqdan şüşəyə, şüşədən […]

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi

2018-2019-cu tədris ilində IV ixtisas qrupunda minimum 150 bal toplayan abituriyentlərin seçə biləcəyi ali məktəblər və ixtisasları (fənlər üzrə nisbi bal məhdudiyyəti yoxdur). Turkustan.info-nun məlumatına görə, bu barədə məlumat Abituriyent jurnalının 4-cü sayında yerləşdirilib. Bildirilib ki, DİM IV qrupda azı 150 bal toplayan abituriyentə 5 universitetdən 14 ixtisas üzrə 470 […]

İrəvanda Qarabağ GƏRGİNLİYİ: “Lavrov planı”nı Paşinyana bəyəndirmək üçün elçilik?

Ermənistanın baş naziri Nikol Paşinyan və sabiq prezident Levon Ter- Petrosyanın 17 iyulda keçirilən görüşü erməni ictimaiyyətində  birmənalı qarşılanmayıb. Turkustan.info xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə bu görüşün doğurduğu suallar ətrafında ciddi müzakirələr aparılır. Politoloq, Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun yaradıcısı Stepan Səfəryan görüşü şərh edərkən maraqlı məqamların olduğunu deyib: “2016-cı il […]

Azərbaycan bayrağını öpən gənc həbs edildi

Güneyli fəal Camal ‎Musəvinejada həbs cəzası verilib. Turkustan.info xəbər verir ki, İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının ‎Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.‎ C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, […]

Bakıda mikroavtobus yük maşınına çırpıldı – Çox sayda yaralı var

Bakıda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, hadisə iyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. Nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 […]

Azərbaycanda ərəblərin növbəti vəhşiliyi: “Tüpürüm bunun puluna” – Video

Azərbaycana gələn ərəblər növbəti dəfə iyrəncliyi ilə qəzəb doğurub. Turkustan.info xəbər verir ki, onlar kirayə yaşadığı evi tanınmaz hala salıblar. Belə ki, ərəblər köçdükdən sonra mənzilə daxil olan ev sahibi dəhşətə gəlib. Onlar otaqların hər tərəfini zibilləyən ərəblərin etdiklərinə görə özlərindən çıxıb. Ev sahibi “tüpürüm onların puluna”, “onları tapacağam” deyərək qəzəbini […]

Rusiyadan Ermənistana xəbərdarlıq atəşi – Panik kəndindən başlayan panika – VİDEO

Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasına məxsus avtomobil karvanının Şirak inzibati vahidinin Panik kəndinin içi ilə atəş aça-aça hərəkət etməsi ciddi narahatlığa səbəb olub. Narahatlıq ikitərəflidir: həm Rusiya, həm Ermənistan bu fakta özünəməxsus yanaşır. Ermənilər Paşinyanın hakimiyyətə gəlməsindən sonra yaşanan meydan eyforiyasında rusiya hərbçilərinin bu addımını müstəqil dövlətlə hesablaşmamaq kimi […]

Rubl, lirə, rial ölür: manata necə təsir edəcək? – Şərh

Azərbaycan manatının məzənnəsinə neftlə yanaşı, Azərbaycanın qeyri-neft ixracatında aparıcı paya malik olan ölkələrin valyutalarının məzənnəsinin necə dəyişməsi də təsir edir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, manatın sabit qalması üçün əsas faktor neftdir: “Çünki neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın […]

Putin NATO-ya cəhənnəm vəd etdi: Qəzəbin səbəbi – Təhlil

Gürcüstan və Ukraynanın NATO-ya gələcəkdə gözlənilən üzvlüyü ilə əlaqədar Kremldən verilən aqressiv bəyanatların intensivliyi artıb. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, ittifaqın son zirvə toplantısında bir daha rəsmən Gürcüstanla Ukraynaya üzvlük perspektivinin verildiyi 2008-ci il tarixli Buxarest sammitinin qərarı qüvvədə olduğu bəyan edilib: […]

ABŞ-da güclü tornado – VİDEO

ABŞ-ın Ayova ştatında güclü tornado baş verib. Turkustan.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində xəsarət alanlar var. Bir neçə nəfər isə yaralanıb. Pella şəhərində sənaye müəssisələrdən birinə ciddi ziyan dəyib. Evlər dağılıb, sakinlər təxliyyə edilib. Güclü külək yerli xəstəxanaya ziyan vurub, xəstələr digər tibb ocaqlarına köçürülüb. […]

Qazaxıstanın məşhur idmançısı qətlə yetirildi – Ölkə şokda

İyulun 19-da günorta saatlarında, Qazaxıstanın Almatı şəhərində fiqurlu konki sürmək üzrə dəfələrlə olimpiya, dünya, 4 qitə çempionu olan Denis Ten xuliqanlıq zəminində quldurluq edən cinayətkarlar tərəfindən qətlə yetirilib. Turkustan.info xəbər verir ki, naməlum cinayətkarlar şəhərin mərkəzində yol kənarında daynan Lexus maşının güzgülərini və şüşəsini çıxarıb aparmaq istəyərkən, Denis hadisə yerinə […]

ABŞ hərbi gəmisi belə partladıldı – VİDEO

Havay adaları yaxınlığında keçirilən beynəlxalq “RİMPAC” təlimləri çərçivəsində ABŞ silahlı qüvvələri və onun müttəfiqləri “USS Racine” gəmisi batırılıb. Turkustan.info yerli mediaya istinadən xəbər verir ki, desant gəmisi artıq istismar müddətini başa vurduğu üçün belə qərar qəbul edilib. Təlim zamanı gəmi Yaponiya hərbi hava qüvvələrinə məxsus təyyarələr tərəfindən aşkar edilib. Sonra isə […]

Manatla bağlı 2020-ci il QƏRARI

2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq. Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb. […]

Dilqəm Əsgərovdan məktub gəlməməsi məsələsinə RƏSMİ MÜNASİBƏT

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dilqəm Əsgərovun 8 aydır ailəsinə məktub yazmaması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib. BQXK-nın Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Ram APA-ya açıqlamasında qeyd edib ki, təmsil etdiyi qurumun istər Bakıdakı nümayəndəliyi, istərsə də Dağlıq Qarabağdakı missiyasının nümayəndələri münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi başçəkmə […]

Bir milyon bu qəzetlər arasında bölündü – SİYAHI

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Turkustan.info xəbər verir ki, iclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib: 1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli “Azərbaycan Respublikasında nəşr olunan […]

İlham Əliyev Fransada Dağlıq Qarabağ məsələsini müzakirə etdi – FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev bu gün Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Turkustan.info xəbər verir ki, Senatın binasının qarşısında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılayıb. Dövlət başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev və Senatın sədri […]

Əsrin kəşfi: İçində 130 milyard dollarlıq qızıl olan rus gəmisi tapıldı

Qızılların döyüş zamanı əsgərlərin maaşları, liman və digər xərclərin qarşılanması üçün gəmidə olduğu ehtimal edilir  Milyardlarla dollarlıq qızıl daşıyan döyüş gəmisi tapılıb. Turkustan.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cənubi Koreya sahillərində hazırkı pulla təxminən 130 milyard dollar dəyərində qızıl daşıdığı ehtimal edilən Rusiya gəmisinin qalıqları tapılıb. Məlumata görə, rus donanmasına aid […]

Sol əllə sağ əlin fərqi, əllər ilə özünü müalicə- Əlindəki enerjinin sirri

İnsan əllərinin mərkəzi – ovuclar ürək mərkəzindən gələn enerji axınını balanslaşdırır. Ona görə də bir işə ürəklə başlayanda belə deyirlər: əllərini ovuşdurub, ürəklə işə girişdi. Ümuimiyyətlə, müəyyən işləri başlayanda, xüsusən müalicə seanslarında əllərin energetikasını aktivləşdirmək üçün ovucları bir-birinə sürtmək lazımdır. Kimdəsə əllər istidir, kimdəsə soyuq. Bəzən əllərin isti-soyuqluğuna görə o […]