Gün: Yanvar 2, 2018

İtkin düşən alpinistlərlə bağlı açıqlama: Onları diri-diri basdırırlar

Dekabrın 23-də itkin düşən “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Bu barədə Lent.az-a “Gilavar” Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, axtarışlar alpinistlər tapılana qədər davam edəcək: 

“Onların tapılmasına ümidlərimiz böyükdür, hər 3-ü təcrübəli alpinistdir. Baburun üzərində 27 kiloqramlıq yol çantası olub, ola bilməz ki, oradan hansısa bir əşyanı biz tapmayaq. Bəzən saytlar uydurma xəbərlər verirlər, az qala onları diri-diri basdırırlar. Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik”.

Z. Qasımov bildirib ki,

Saakaşvili Yeni ili çadırda qarşılayıb – VİDEO

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Yeni ili Ukrayna Ali Radasının yaxınlığındakı çadır şəhərciyində qarşılayıb. Turkustan.info xəbər verir ki, bu barədə Mixeil Saakaşvili öz feysbuk səhifəsində yazıb.

Saakaşvili bildirib ki, o, növbəti Yeni ili də burada, lakin qalib kimi qarşılayacaq.

Saakaşvilinin sözlərinə görə, o, 2018-ci ili dostlarının geniş əhatəsində qarşılayıb: “Biz yaşadıqlarımızdan və birlikdə həyəcan keçirdikdən sonra 2018-ci ili başqa yerdə qarşılaya bilməzdik. Mübarizə ərzində bu insanlardan bir çoxu zərər çəkdi: – kimisə zədələdilər, kiməsə iş açdılar, kimisə həbsxanaya saldırlar. Və bütün bunlarda onlara dəstək lazımdır. Biz növbəti Yeni ili Ali Radada, ənənəyə uyğun və qalib kimi qarşılayac

12 yaşlı Üsəma bin Laden öldü – FOTO

“Əl-Qaidə” terror təşkilatının bədnam lideri, ABŞ xüsusi təyinatlıları tərəfindən bir neçə il əvvəl Pakistanda öldürülmüş Üsəma bin Ladenin eyni adlı nəvəsi Üsəma naməlum şəraitdə ölüb.

Bu barədə “Al Arabia” telekanalı sosial şəbəkələrin ərəb seqmentinə istinadən bildirir.

Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri Üsəma bin Ladenin oğlu və terror irsi üzrə varisi Həmzə bin Ladenin anasına və bacılarına göndərdiyi məktubu paylaşıb. Məktub həmzənin anası Hayriye Sabara və bacılarına ünvanlanıb.

Orada deyilir: “Əziz anam, qoy Allah onu və mənim əziz qardaşlarımı qorusun, qoy Allah özü onları, mənim əziz bacılarımı hifz etsin. Ürək ağrısı və Allahın iradəsi ilə mən bizim mərd, şəhid qəhrəmanımızın, Üsəma bin Ladenin nə

Rusiyanın prezidenti müsəlman qadın ola bilər – Putinə yeni rəqib

46 yaşlı dağıstanlı Aina Qamzatova mart ayında keçiriləcək prezident seçkilərində Putinə rəqib olacağını açıqlayıb.

 Qamzatova ölkədə müsəlman kimliyini ən yaxşı şəkildə təmsil etməsi ilə tanınır. Muslim.ru saytının baş redaktoru olan Ainanın Rusiyada keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürməsi ölkədə yaşayan 20 milyon müsəlmanın sevincinə səbəb olub.   /Yenicag.az/

İranda nə baş verir – Gerçəklik və yalanlar

Cənub qonşumuzda baş verən qeyri-sabitliyin səbəbləri və ehtimal olunan səbəbkarları haqda qeydlər.

İran yenə də çalxalanır. Dekabrın 29-da Məşhəd şəhərində sosial-iqtisadi şüarlarla başlayan etirzlar bir gün sonra – Cümə günü Tehran, Şiraz, İsfahan kimi böyük şəhərlərə, o cümlədən ölkənin dini-ideoloji mərkəzi olan Quma da yayılıb.

Ümumiyyətlə, son 100 ilin İran tarixi ilə tanış olanlara bəllidir ki, İranda etirazlar bir şəhərdə başlayır və inanılmaz sürətlə yayılır. İranlılar etiraz “üzlərini” nə Qacarlardan, nə pəhləvilərdən, nə də indiki hakimiyyətdən əsirgəməyiblər. Adətən sosial tələblərlə başlayan kiçik etirazlar tezliklə iqtidarları silkələyən nəhəng mitinqlərə çevrilir. Bu dəfə də fərqli olmadı.

GündəmLeave a comment

Ruhani SÖZ VERDİ: “Problemləri həll edəcəm”

İran prezidenti Həsən Ruhani ölkədə iqtisadi problemləri həll etmək üçün səylərini artıracağını bildirib.
Ruhani hökumətin ölkədə havanın çirklənməsi, inflyasiya və işsizlik məsələləri, həmçinin iqtisadi problemləri həll etmək üçün səyləri ikiqat artıracağını deyib.
İranda cümə axşamı günündən etiraz aksiyaları keçirilir. İğtişaşlar ölkənin əhali sayına görə ikinci böyük şəhəri Məşhəddə başlayıb.  /trend/

“Hər an Amerikaya zərbə endirə bilərik”

Kim Çen In: “Bütün Amerika nüvə silahımızın əhatə dairəsindədir”
“Amerikanın bütün nöqtələrini vura biləcək nüvə silahının düyməsi hər zaman əlimin altındadır”. Sputnik Azərbaycan “Timeturk”-ə istinadən xəbər verir ki, bunu Şimali Koreya (KXDR) prezidenti Kim Çen In deyib.

“Biz milli nüvə kompleksinin yaradılmasını yekunlaşdırdıq. Artıq düşmənimiz olan ABŞ-ın bütün torpaqlarını vurma gücü olan nüvə silahımız var” — KXDR lideri bildirib.

Yeni il münasibətilə xalqı təbrik edən In, Amerikanın heç bir zaman ölkəsinə qarşı müharibəyə başlaya bilməyəcəyini bəyan edib: “Bütün Amerika nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düyməciyi isə masamın üzərindədir. Bu, reallıqdır, təhdid deyil”.

Vətəndaşlara xəbərdarlıq SMS-ləri: Bu gündən etibarən nə etməli olduğunuzu bilirsiniz?

Vergilər Nazirliyi əhalini əndişəyə salan və suallar yaradan bildirişlərə aydınlıq gətirib

 Dekabrın sonlarında vətəndaşlara Vergilər Nazirliyindən SMS gəlib. Bildirilib ki, 01.01.2018-ci ildən etibarən fərdi sahibkarlara mal, iş və xidmət təqdim edərkən e-qaimə-faktura verilməlidir.

 Redaksiyamıza daxil olan müraciətlərdə bildirilir ki, vətəndaşlar bu mesajın nə məna verdiyini anlamırlar. Bunu nəzərə alaraq, Sputnik Azərbaycan Vergilər Nazirliyinə müraciət edib. Nazirlikdən həmin mesajın hansı məna verdiyinə və necə həyata keçiriləcəyinə aydınlıq gətirilib.

Əvvəlcə 2018-ci ildən malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir məsələsinin nə demək olduğu izah edilib: