“Hər an Amerikaya zərbə endirə bilərik”

Kim Çen In: “Bütün Amerika nüvə silahımızın əhatə dairəsindədir”
“Amerikanın bütün nöqtələrini vura biləcək nüvə silahının düyməsi hər zaman əlimin altındadır”. Sputnik Azərbaycan “Timeturk”-ə istinadən xəbər verir ki, bunu Şimali Koreya (KXDR) prezidenti Kim Çen In deyib.

“Biz milli nüvə kompleksinin yaradılmasını yekunlaşdırdıq. Artıq düşmənimiz olan ABŞ-ın bütün torpaqlarını vurma gücü olan nüvə silahımız var” — KXDR lideri bildirib.

Yeni il münasibətilə xalqı təbrik edən In, Amerikanın heç bir zaman ölkəsinə qarşı müharibəyə başlaya bilməyəcəyini bəyan edib: “Bütün Amerika nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düyməciyi isə masamın üzərindədir. Bu, reallıqdır, təhdid deyil”.