Gün: Yanvar 3, 2018

Erməni ekspertdən İrəvanda inqilab xəbərdarlığı

Ermənistan müxalifəti ölkədə ciddi etiraz aksiyası təşkil etmək gücündə deyil. Turkustan.info xəbər verir ki, bu sözlər erməni yazar Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb. “Ermənistanda hökumətin 2018-ci il planını dağıdacaq güc yoxdur. Serj Sərkisyanın istefasını və ya baş nazir olmasını parlament seçkisində tam olaraq məğlub olan qüvvələr […]

Maşın alverçiləri üçün daha bir qadağa – VİDEO

Yaponiya və Böyük Britaniya istehsalı olan bəzi avtomobillərin sükanının yeri dəyişdirilir. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bu proses təhlükələrə yol açdığı üçün yanvarın 1-dən Gürcüstanda avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunub. Azərbaycanda da bu qəbildən olan xeyli avtomobil var. Mütəxəssislər deyirlər ki, sükanın yeri dəyişdikdə bir neçə mexanizmin də yeri […]

Boru sürücünün qasığından girib, belindən çıxdı – Şamaxı yolunda faciə

Şamaxıda yolda baş verən bədbəxt hadisə nəticəsində sürücü ağır yaralanıb. Turkustan.info xəbər verir ki, 1985-ci il təvəllüdlü Nağaraxana kənd sakini Rəşayiq Pərviz oğlu Məmmədov avtomobil idarə edər zaman yolun ortasında olan dəmir boru avtomobilin alt hissəsini deşərək sürücünün qasıq nahiyəsinə girib. O, ağır vəziyyətdə “təcili yardım” maşını ilə Şamaxı Rayon […]

Türkler İran’daki Kalkışmayı Desteklemeli Mi? – Selçuk DÜZGÜN

Türkiye soydaşlarının en güçlü yaşadığı yer olan İran’la komşu olmasına rağmen, maalesef  Oğuz boyundan gelen ve sayılarının 35-40 milyon arasında olduğu tahmin edilen İran Türklerini unutmuş veya ihmal etmiştir. Yine maalesef bu unutma veya ilmal etmeye  Azerbaycan hariç bütün Türk dünyası ortak olmuştur. Azerbaycan’ın bölünmüş toprakları İran denilen ülkede olduğu […]

“Qarabağ” Türkiyədə 6 oyun keçirəcək

“Qarabağ” futbol klubunun Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi oyunlarda rəqibləri məlum olub. Turkustan.info klubun “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilmiş məlumata istinadən xəbər verir ki,  Ağdam təmsilçisi Türkiyədə 6 yoxlama matçında gücünü sınayacaq. Komandamızın rəqibləri isə bunlardır: 17 yanvar – “Kuban” (Krasnodar, Rusiya) 20 yanvar – “Lexiya” (Qdansk, Polşa) 25 yanvar – […]

Millət vəkili Cənubi Afrika, Anqola, Kenya və Qananın təşkilat rəhbərləri ilə görüşdü

Cənubi Afrika, Anqola, Kenya və Qananın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanla bağlı geniş məlumatlar verib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı onlara geniş bilgilər verən millət vəkili  rəsmi İrəvanın  1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 […]

Gidişatı Türkler belirler

Başbakanlık Başdanışmanı Azeri asıllı Prof. Attar, gösterilerin seyrini anlamak için iki kente, Tahran ve Tebriz’e bakmak gerektiğini söylüyor. Attar’a göre İran’da olayların gidişatını etkileyebilecek yegane unsur, 35 milyonluk nüfusa sahip Türkler… İran’da başlayan sokak olayları ABD öncülüğündeki ittifakı harekete geçirdi. Başta ABD, İsrail ve İngiltere olmak üzere birçok ülkenin yöneticisi, […]

İran hökuməti ölkədə iğtişaşların başa çatdığını bəyan edib

İranda baş verən iğtişaşlar yanvarın 3-də nümayişçilər üçün uğursuz nəticə ilə başa çatıb. Turkustan.info xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri deyib. O bildirib ki, bütün ölkə üzrə etiraz edənlərin sayı 15 min nəfərdən çox olmayıb. Cəfəri, həmçinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanını İŞİD […]

Evlərində qadınların hökm etdiyi sirli səhra qəbiləsi – MARAQLI

Dünyanın 4 bir yanında qəribə adət-ənənələrə sahib bir çox qəbilə var. Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, bu qəbilələrdən biri də Tuareqlərdir. Tuareqlər Şimali Afrika bərbərilərinin bir qoludur və 1000 ildən artıqdır ki, Sahara səhrasında köçəri olaraq yaşayırlar. Onların 1,5 milyon əhalisi var. Özlərini “azad adam” olaraq adlandıran Tuareqlər […]

SEPAH: İranda fitnəni törədənlər çox sərt cəzalandırılacaqlar

“Bu gün deyə bilərik ki, 1396 -cı ildə (İranda il martın 21-də dəyişir) baş verən fitnə sona çatıb. Bu fitnənin məğlubiyyətini elan edirəm”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-leytnant Məhəmmədəli Cəfəri deyib. M. Cəfəri bildirib ki, ABŞ, sionistlər və “əl-Səud” İŞİD-ə […]

“Onların qar uçqununda qalması mümkün deyil… Xarici alpinistlər axtarışlara qoşulmaq istəyir” – MÜSAHİBƏ

Turkustan.info bildirir ki, itkin düşən alpinistlərin üzv olduğu “Gilavar” – hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov BakuPost.az-a müsahibə verib. O, müsahibəsində axtarış barədə son məlumatları çatdırıb. İndiyə kimi mediada yayımlanmayan bir çox ilginc məqamlara toxunub. –    Ziya müəllim, axtarışlarla bağlı vəziyyət nə yerdədir? Siz özünüz axtarışı harada aparırsınız? […]

İtkin düşən alpinistin ailəsi Xınalığa getdi – VİDEO

Dekabrın 23-də itkin düşən “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Babur Hüseynovun bacıları Xınalığa gediblər. Turkustan.info xəbər verir ki, Baburun bacısı Tağıyeva Nənəbacı aidiyyatı qurumlardan vaxt darlığı və şaxtalara görə xilasetmə əməliyyatlarına canlı qüvvə ilə yanaşı, texnikanın da cəlb edilməsini xahiş edib: “Ümidim Baburun şad sədasını eşitməkdir. Qardaşıma dəstək […]

“Salam gətirmişəm sənə Fəratdan, Bir də ki Arazdan – təmiz, səmimi”… Puşkindən tərcümələr

Bu şeirlər müasir Rus ədəbiyyatının banisi hesab olunan Aleksandr Sergeyeviç Puşkinindir. Tərcümə edəni Cərrah Əli – İsmayılov Əli Müseyib oğludur. Əli həkim gözəl cərrahdır, Kəlbəcərin ağır illərində (1988-1993) yüzlərlə yaralı əsgərlərimizi, xeyli mülki əhalimizi ən çətin şəraitdə əməliyyat edərək həyata qaytarıb. Hazırda 1 saylı Şəhər Xəstəxanasında cərrah kimi fəaliyyətini davam […]

Hazırda geniş yayılan bu virus ölümə səbəb ola bilər – Xəbərdarlıq

Qrip zamanı xroniki ürək, qan-damar və ağciyər xəstəlikləri kəskinləşə bilər ki, bu da ölümlə nəticələnər. Əvvəllər hamımız qripin özü-özünə sağalan xəstəlik olduğunu düşünürdük. Hətta deyirdilər ki, “qrip dərmanla 7 günə, dərmansız bir həftəyə sağalır”. Yəni qripin müalicəsi üçün çox zaman dərman preparatalarından istifadə məsləhət görülmürdü. Bu gün isə vəziyyət ötən […]

Rəsulzadə nə üçün Azərbaycana gətirilmir? – Akademikdәn cavab

“2017-ci ilin ən böyük uğurlarından biri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları ilə bağlı tədqiqatların davam etdirilməsidir. Bu, ən böyük nailiyyətimizdir. Dehlidən başlayaraq Sankt-Peterburq, Moskva, Paris, Berlin, London, İstanbuldan bununla bağlı yüzlərlə sənəd gətirmişik”. Turkustan.info xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov institutun 2017-ci […]

Sedet ART Gallery-nin 1 ili ilə əlaqədar dostlar sərgisi keçiriləcək

Uluslararası Aktivist Sanatçılar birliyi Azərbaycan Təmsilçiliyinin Sedet ART Gallery-nin fəaliyyətinin 1 ili tamam olması ilə əlaqədar 365 GÜN DOSTLARLA adlı Yubiley sərgisi olacaq. Turkustan.info xəbər verir ki, 7 yanvar tarixdə baş tutacaq sərginin açılışında rəssamlarla yanaşı Sedet Rəsm kurslarında iştirak edən azyaşlı uşaqların da əl işləri sərgilənəcək. Sedet ART Gallery-nin […]

İrəvanın çatmadığı 5 hədəf – Bakı və Ankaranın müştərək uğuru

Bir çox ekspertlər 2017-ci ilin yekunlarından danışarkən keçən ilin işğalçı Ermənistan üçün xarici siyasət planında uğursuz olduğunu qeyd edirlər. Bu qənaətləri erməni ekspertlərin dilindən eşitmək yəqin ki, daha məntiqli olar. “Keçən il Qarabağla bağlı arzuladığmız həllə nail ola bildikmi? Xeyr! “Erməni genosidi” bütün dünya ölkələri, o cümlədən Türkiyə tərəfdən qınandımı? […]

ABŞ-da dövlət çevrilişi BAŞ VERDİ: Tramp bu səlahiyyətdən məhrum EDİLDİ – ŞOK İDDİA

“Birləşmiş Ştatların prezidenti Donald Tramp faktiki olaraq öz seçkiqabağı vədlərini reallaşdırmaq imkanından məhrum olub”. Turkustan.info “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev bildirib. “ABŞ-da son bir il ərzində prezidentli respublikadan parlament respublikasına transformasiyanın olduğu sürünən de-fakto dövlət çevrilişi baş verdi. Tramp […]

Ərdoğandan Ruhaniyə kritik zəng: “Xalqın etiraz aksiyaları keçirmək hüququ var”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən məlumat verilib. Tərəflər dekabrın 28-dən başlayan etiraz aksiyalarını müzakirə ediblər. Ərdoğan öz növbəsində İranda sabitliyin və ictimai asayişin təmin olunmasına önəm verdiklərini vurğulayıb. Ərdoğan Ruhaninin dinc aksiya […]

Etiraz – ləyaqətin bir başqa adı

Bethoven “3-cü simfoniya”sını 1804-cü ildə bitirir və “Qəhrəmanlıq” adlandırdığı bu əsərini demokratiya, anti-monarxiya inqilabının carçısı Napoleona həsr edir. Az sonra Napoleonun özünü imperator elan etməsi onun xəyal qırıqlığına səbəb olur. “İndi o, inqilabın verdiyi insan haqlarını ayaqlar altına atacaq, tiran olacaq!”, – deyir. Ağdamda musiqi texnikumunda oxuyan evimizin kirayəşin qızlarından […]

QƏRAR: 9 yaşlı qızlar hamilə, 12 yaşlı oğlanlar ata ola bilər

Türkiyənin Diyanət rəsmi saytında azyaşlıların yeniyetməlik dövrünə qədəm qoyarkən evlənə biləcəyini bildirib. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Diyanət qızlar üçün yeniyetməlik dövrünün ən aşağı yaş həddinin 9, oğlanlar üçün isə 12 olduğunu açıqlayıb. Diyanət qızların 9 yaşındaykən hamilə qalacağını və 12 yaşına girdikdə kişilərin də ata ola biləcəyini bildirib. […]

Türkiyədən İran xalqına mesaj: “Tələyə düşməmək üçün diqqətli olmaq lazımdır!”

ürkiyə İranda baş verən hadisələri yaxından izləyir. Bu barədə Türkiyə baş nazirinin köməkçisi Bəkir Bozdağ özünün tvitter hesabında  yazıb: “Biz İranda baş verən hadisələri yaxından izləyirik. Türkiyə İranda sükut, rahatlığın bərpa olunmasının tərəfdarıdır. Baş verəcək xaos, böhran İran, İran xalqı üçün zərər verəcəyi bəllidir. Bu səbəbdən tələyə düşməmək üçün diqqətli […]

Azərbaycanlı alim xərçəngin müalicəsini tapdı – VİDEO

Bir çox ixtiraları ilə tanınan Bakı sakini yeni qurğu ixtira edib. Tahir Əliyev iddia edir ki, onun yeni qurğusu vasitəsi ilə prostat vəzi xərçəngindən əziyyət çəkən xəstələri tam sağalmaq mümkün olacaq. Turkustan.info xəbər verir ki, yeni ixtira edilən qurğu bir çox xəstələrin işinə yarayacaq. Uzun illər prostat vəzi xəstəliyindən əziyyət […]

Azərbaycanlılar arasında daha bir mafiya hesablaşması — İstanbulda

İstanbulda azərbaycanlılar arasında daha bir mafiya hesablaşması baş verib. Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycandan olan iş adamı, podratçı şirkətin sahibi İ.G. polisə müraciət edərək 2 Azərbaycan vətəndaşının onu “Glock” markalı tapança ilə təhdid edərək “Mercedes” markalı avtomobilini və 27 min dollar dəyərində olan iki qol saatını qəsb etdiklərini […]

İranda 10 minlərlə rejim tərəfdarı da küçələrə axışdı

İranda keçən həftədən davam edən aksiyalara cavab olaraq hökümət yönümlü şəxslər də küçələrə çıxıb. Turkustan.info xəbər verir ki, rejim tərəfdarlarının bu addımı vəziyyəti daha da çıxılmaz edib. Belə ki, bu səhər bir çox şəhərdə on minlərlə rejim tərəfdarı hökumətə dəstək olmaq və nümayişçilərə etiraz etmək üçün küçələrə axışıb. Xatırladaq ki, […]

İnsanların ən çox gördüyü 5 YUXU

Avstraliyalı psixoloqlar 30 illik peşə fəaliyyəti illərində analiz etdikləri 100 min yuxu içərisində ən çox görülən yuxuların siyahısını tərtib ediblər. Bu yuxular içərisində xüsusilə bir neçəsi tez-tez görülür. Turkustan.info Publika.az-a istinadən oxucularına tez-tez görülən ən maraqlı 5 yuxunun siyahısını təqdim edir: 1. Tualetdə olmaq Bu yuxunu görənlər, xüsusilə bayram axşamı ilə […]

Buzovu 1 milyon dollara satır – Səbəbi çox maraqlıdır

Türkiyənin Samsun şəhərində nadir hadisə baş verib. Turkustan.info xəbər verir ki, 35 yaşlı Nizaməddin Cürəyə aid böyükbaş heyvanlardan biri üzərində “ay-ulduz” olan buzov doğub. Fermer bu hadisədən çox təəcübləndiyini bildirib. Yeni doğulan heyvana “Ay” adını verən Nizaməddin bildirib ki, Bafrada heyvancılıqla məşğul olur. Buzovun anası uzun müddət hamilə qalmadığı üçün heyvanı kəsməyi […]

İranda yeni inqilab DALĞASI – FOTOLAR

 İranda kütləvi etirazlar 1979-cu il inqilabından sonra ən ciddi siyasi böhrana səbəb ola bilər. Ölkənin müxtəlif şəhərlərində 20-dən artıq insanın həlak olduğu etirazlar rəsmi hakimiyyətin bir sıra sahələrdə daha yumşaq qaydalar tətbiq etməsi ilə nəticələnib. İran prezidenti Həsən Ruhani insanların etiraz hüququnun olduğunu desə də, ictimai mülkiyyətin məhv edilməsinin qəbuledilməz […]

Dövlət Başçısından SƏRƏNCAM – 3 məmura vəzifə verildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi formalaşdırılıb. Turkustan.info xəbər verir ki, Saleh Məmmədov Agentliyin İdarə Heyətinin sədri, Əvəz Qocayev və Hüsnü Quliyev isə sədr mavinləri təyin olunub. Qeyd edək ki, 2017-ci il oktyabrın 18-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “Azəravtoyol” ASC “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə […]

“10-15 metr qarın altındadırlar, donublar“ – FHN rəsmisi

Məlum olduğu kimi, “Gilavar” hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb. Bir həftədir Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları tapmaq üçün axtarış işləri aparsalar da, […]

Neftin qiyməti 80 dollara qalxacaq?

2018-ci ildə əmtəələrin ulduzunun parlaması gözlənilir, həmçinin neftin bir barrelinin qiymətinin 80 dolllara yüksəlmək potensialı var. Turkustan.info xəbər verir ki, bu sözləri “Natixis Asset Menecment”in rəhbəri Xi Yun Çoq Çonq bildirib. Çonq qeyd edib ki, böyük neft istehsalçılarının məhdudlaşdırmaya əməl etmələri və Səudiyyə Ərəbistanının milli neft şirkəti “Aramko”nun bazarda sabitliyin […]

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə bayram şənlikləri davam edib

Xızı rayon Uşaq Musiqi Məktəbində keçirilən tədbirdə məktəbin xalq çalğı alətləri ansamblı və fortepiano şöbəsi şagirdlərinin ifası maraqla dinlənilib. Konsertdə xalq və bəstəkar mahnıları, eyni zamanda Avropa bəstəkarlarının əsərləri ifa olunub. Şuşa şəhər Bülbülcan adına uşaq musiqi məktəbində keçirilən bayram tədbirində məktəbin direktoru Raqif Məhərrəmov kollektivi təbrik edib, xoş arzularını […]

Rusiya Elnur Həsənovu terrorçu elan etdi – İnterpolla AXTARILIR

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib. Turkustan.info apa-ya istinadən məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Elnur Həsənov terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda ittiham olunur. E. Həsənov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və […]

İran üçün əsl FƏLAKƏT SSENARİSİ – Partlamağa HAZIRDIR

İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başladığı etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəni bürüyüb. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub. Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilir, ali dini lider Xameneinin istefaya getməsi istənilir. Kütləvi etirazlar zamanı […]

ABŞ və İngiltərə toqquşdu: trilyonlar uğrunda əsrin savaşı

ABŞ və İngiltərə anqlo-sakson ölkələri olsalar da, son dövrlərdə onların arasında çox dərin ziddiyyətlər var. Bu, bəlkə də son 240 ildə ABŞ-in İngiltərədən müstəqillik əldə etməsi savaşından sonrakı ikinci böyük ziddiyyətdir. Məsələnin kökündə iki fövqəldövlət arasında geosiyasi və neft uğrunda mübarizə durur. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət […]

İran niyə məhz indi cəzalandırılır? – Şərh

İrandakı son proseslər ümumiyyətlə ərəb dünyasında baş verənlərin məntiqi sonluğu kimi dəyərləndirilməlidir. Turkustan.info bildirir ki, bunu Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, son zamanlar ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin xarici siyasətində İranın məxsusi yeri var idi: “Bu dövlətlər nəyin bahasına-olsun, müəyyən vasitələrlə İranda rejimin dəyişməsini daima gündəmdə saxlayırdılar. […]

Daha bir bankir xaricdə vətəndaşlıq aldı – Azərbaycanın bu məşhur bankı bağlanır?

“Unibank”-ın əsas rəhbərlərindən biri Eldar Qəribov Malta vətəndaşlığı alıb. Turkustan.info-nun məlumatına görə, o bu məsələ ilə bağlı fikirlərini hətta bir il əvvəl reallaşdırmağa başlayıb. Səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Qəribovun bu addımı atma səbəbi daha maraqlıdır. Çünki nəzərə alsaq ki, kifayət qədər investisiyası olan və […]

“Qızlarım maşındadı, ayıb deyilmi?” – Qadından polisə etiraz – ASTARADA – VİDEO

Reyd zamanı qadınlar yol polisinə hücum çəkib – “Noviy qod”da ayıbdır axı” Yeni il bayramı ərəfəsində sərxoş sürücülər polisdən yayına bilmədi. Bəziləri həm polisə həm də çəkilişə etiraz edir. Turlustan.info Avtosfer.az-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi tərəfindən axşam saatlarında rayon ərazisində təşkil olunan […]