Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə bayram şənlikləri davam edib

Xızı rayon Uşaq Musiqi Məktəbində keçirilən tədbirdə məktəbin xalq çalğı alətləri ansamblı və fortepiano şöbəsi şagirdlərinin ifası maraqla dinlənilib. Konsertdə xalq və bəstəkar mahnıları, eyni zamanda Avropa bəstəkarlarının əsərləri ifa olunub.
Şuşa şəhər Bülbülcan adına uşaq musiqi məktəbində keçirilən bayram tədbirində məktəbin direktoru Raqif Məhərrəmov kollektivi təbrik edib, xoş arzularını çatdırıb. Sonda məktəbin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Sumqayıt şəhər Bulbul adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin xoreoqrafiya, fortepiano, xalq çalğı alətləri şöbəsi- tar, qarmon, xanəndəlik şöbəsinin şagirdləri Azərbaycan, avropa ve rus bəstəkarların əsərlərini ifa ediblər.
F.Əmirov adına Uşaq musiqi məktəbində keçirilən konsertdə məktəbin xor kollektivinin, xalq çalğı alətləri ansamblınınn, o cümlədən, şagirdlər: Mütəllim Əbilovun (tar) Səfa Paşalının (kamança) çıxışları maraqla qarşılanıb.
N.Nərimanov adına mədəniyyət mərkəzində “Xoş gəlmisən, təzə il” adlı yeni il şənliyi keçirilib. Şənlikdə öncə balacaları Qar qız təbrik edib. Sonra Gilas arvad, Manako xanım kimi personajların çıxışları şənliyə xüsusi rəng qatıb. İlin padşahı- İtin gəlişi bütün uşaqların ürəyincə olub. Sonda hamı birlikdə Şaxta babanı şənliyə dəvət edib. Balacalar rəqs edib, şeir söyləyib, mahnı oxuyub, keçirilən rəngarən oyunların iştirakçısı olublar. Şənlik çizgi filminin nümayişi ilə başa çatıb.
“Dostluq” mədəniyyət evinin bədii özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə müğənnilər Günay Sadıqova, Gülbahar Rzayevanın ifasında xalq və bəstəkar mahnıları, eləcə də, “Dostlar” aşıqlar qrupunun və “Şahinlər” rəqs kolektivinin çıxışları əsgər və zabitlərimiz tərəfindən maraqla qarşılanıb.
Şəhər Mədəniyyət Evinin bədii özfəaliyyət kollektivi “N” saylı hərbi hissənin komandir və əsgər heyyəti qarşısında bayram konserti ilə çıxış edib. Konsertdə müğənnilər: Ilkin Əlizadə, Zaur Yusifli, Aqil Heydərov, Sevda Akkayanın ifasında şən mahnılar, o cümlədən, Rasim Hüseynovun rəhbərlik etdiyi “Şəms” instrumental ansamblının ifasında səsləndirilən rəngarəng musiqi nömrələri hərbi hissənin zabit və əsgərləri tərəfindən sevinclə qarşılanıb.
Corat qəsəbə mədəniyyət evinin bədii özfəaliyyət kollektivi Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər təşkilatı, Corat qəsəbə Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə “N” saylı hərbi hissənin komandir və əsgər heyyəti qarşısında bayram konserti ilə çıxış edib. Müğənnilər: Nurlan Nəcəfli, Ləman Məmmədova, Təranə Nurlu, Ramella Rəvanın səsləndirdiyi mahnılar maraqla dinlənilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti

  • Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə bayram şənlikləri davam edib