Gün: Yanvar 5, 2018

Space TV niyə alpinistlərin yaxınlarının hissləri ilə oynadı? – VİDEO

Dekabrın 23-dən Tufan dağ istiqamətində itkin düşən alpinistlərlə bağlı ötən gün yayılan xəbər bütün Azərbaycanı həm sevindirdi, həm də üzdü.

Space TV-nin axşam saatlarında yayımlanan əsas xəbər buraxılışında itkin düşən alpinistlərdən birinin tapıldığı barədə xəbər verildi.

Bu xəbərdə diqqət çəkən məqam ondan ibarətdir ki, milyonlarla izləyicisi olan telekanal alpinistlərdən birinin tapılması ilə bağlı xəbəri heç bir dəqiqləşdirmə aparmadan Xınalıq kəndinin sakininə istinadən verdi.

Təbii ki, alpinistlərin yaxınları ilə yanaşı hamı bu xəbərin doğru olmasını istəyirdi. Lakin ehtimal üzərində verilən xəbərin nə dərəcədə doğru olduğu şübhə yaradırdı.

Bir neçə dəqiqə sonra isə aparıcı alpinistlərin yaxınlarını sevinc göz yaşlarına qərq edən o xəbəri təkzib edərək yanlış məlumat verdiklərini bildirdi.

Əslində isə Sp

“Lotu Quli” qardaşını Moskvaya niyə göndərdi? – DÖYÜŞ BAŞLAYIR

Hazırda İstanbulda məskunlaşan “Lotu Quli” – Nadir Səlifov qardaşı Namiq Səlifovu Moskvaya göndərib.

Məqsəd orada azərbaycanlılarla görüşüb Qulini “1 nömrəli qanuni oğru” kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.

Məlumata görə, əksər azərbaycanlılar “Quli”ylə problem yaşamamaq üçün onunla razılaşıblar. Amma Rusiya paytaxtının Kalujsk şossesində yerləşən ən böyük meyvə-tərəvəz bazası olan “Fud Siti”yə əl qoymaq mümkün olmayıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranskinin qohumu Zaur və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs Qulinin təklifini geri çeviriblər.

Mövzuyla bağlı başqa bir məlumatda deyilir ki, hazırda “Fud Siti”dəki ofislərində məskunlaşan Zaur və Məhərrəm son günlər çoxsaylı mühafizəçilərlə gəzirlər. Onların mühafizəsiylə ondan çox şəxs məşğuldur. Hər iki şəxs sui-qəsd

Azercell-dən Yeni İl kampaniyası

Yeni il ərəfəsində ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom MMC öz abunəçilərini, hər zaman olduğu kimi, yeni kampaniya ilə sevindirdi.

28.12.2017 – 04.01.18 tarixlərində Park Cinema kinoteatrlarından bilet alan Azercell abunəçiləri Yeni İl hədiyyəsi olaraq pulsuz danışıq dəqiqələri və SMS-lər qazandılar.

Beləliklə, film seyr etməyə gələn Azercell abunəçiləri həm əylənib dincəldilər, həm də hədiyyələrə sahib oldular.

Azercell bundan sonra da öz abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, mütəmadi olaraq xoş sürprizlər etməyə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi – Bizi niyə inflyasiya gözləyir? – EKSPERT RƏYİ

İlin əvvəlindən neftin qiymətlərində müşahidə olunan artım bir yandan sevindirir, bir yandan da narahat edir. Yanvarın 5-nə “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib.

Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Ölkəmizdə qəribə bir tendensiya sadə xalqı həmişə düşündürüb. İqtisadiyyatın dərinliklərindən və müxtəlif səbəblərdən asılılığını anlamayan ən sadə vətəndaşları həmişə bir problem narahat edib. Neftin qiyməti aşağı düşəndə ölkə iqtisadi böhran yaşadığına görə vətəndaş əziyyət çəkməli olub, neftin qiyməti bahalaşanda da bundan asılı olaraq bahalıq başlayıb, yenə də sadə vətəndaş əziyyət çəkməli olub. Bir sözlə, bahalaşmada da, ucuzlaşmada da təpik ən kasıb təbəqəyə d

Uşaq möcüzə sayəsində akulaların hücumundan qurtuldu – VİDEO

Baham adalarında dənizdə çimən bir uşaq eyni vaxtda dörd köpəkbalığının hücumundan xilas olub. Hücuma hazırlaşan dəniz yırtıcılarını dron operatoru aşkarlayıb. Bu barədə “Daily Mail” məlumat yayıb. Dronun sahibi Artyom Tkaçenkonun çəkdiyi  görtüntü “YouTube” videoportalına yerləşdirilib.  Videçarxda təhlükəni görməyən azyaşlının suya qaçdığını və birbaşa dörd dəniz yırtıcısının olduğu istiqamətdə üzdüyünü görmək olur. Köpəkbalıqları bir neçə saniyə ərzində uşağa yaxınlaşıb. Çimərliyin gözəl […]

Neft nə vaxta kimi qalxacaq? – “Azərbaycan bu artımdan milyonlar qazanır”

Son 1 aydır ki, dünya bazarında Azərbaycan neftinin qiyməti sürətlə artır. Bu günə olan məlumata görə, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib. Yəni, uzun müddət sonra neftimizin qiyməti 70 dollar həddini aşıb.

“Qara qızıl”ın sürətlə bahalaşması nikbin fikirlər formalaşdırır. Lakin sual yaranır: neftin qiymətinin birdən-birə kəskin artmasının iqtisadi əsasları varmı və bu artım davamlı olacaqmı?

Məsələ ilə bağlı BakuPost.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qiymətlərin qalxmasının kökündə dünyada baş verən siyasi hadisələr dayanır: “Əvvəl İraqın şimalında Kürdüstanla bağlı referendum, ondan sonra Şimali İraqdan neft ixracatının dayandırılması, Səudiyyə Ərəbistanla Yəmən arasında gərginliyin artması, Səudiyyəyə raket zərbələrinin endirilməsi, ən son isə Liviyada terror hadisəsinin

Ərdoğandan ABŞ və İsrailə İTTİHAM

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsraili İranın daxili işlərinə qarışmaqda ittiham edib.
Ərdoğan bu haqda Fransaya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.
Xarici İşlər Nazirliyi və prezidentin sözçüsü İrandakı hadisələrlə bağlı açıqlama verdilər. Xüsusilə, ABŞ və İsrail kimi bəzi ölkələrin İran və Pakistanın daxili işlərində müdaxilə etməsini qəbul etməyimiz mümkün deyil. Bunu İraqda da gördük”, – o bildirib.   /Publika.az/

Xınalıq sakinləri: Alpinistlər sağ qala bilərlər – VİDEO

Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Oxu.az-ın hadisə yerinə ezam olunmuş əməkdaşı Xınalıq kəndində yerli sakinlərlə görüşüb, onlarla hadisə ilə bağlı söhbət edib.

Kənd sakinləri bildiriblər ki, alpinistlər qar uçqunu altında qala bilərlər.

“Əgər özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 10-12 gün keçib”, – yerli sakinlərdən biri deyib.

Bildirilir ki, alpinistlərin itkin düşdüyü vaxt güclü çovğun olub.

Yerli sakinlər əlavə ediblər ki, qarın əriməsi may ayına qədər çəkə bilər.

Mövzu ilə əlaqədar daha ətraflı videosüjeti təqdim edirik:

https://youtu.be/tu2SThpMhBs

Bu iki müsəlman dövlət ABŞ üçün son olacaq – Politoloq

ABŞ Qüds məsələsinə dair BMT Baş Assambleyasında onun əleyhinə səs verən ölkələrə pul yardımını kəsməklə hədələmişdi. Görünən odur ki, bu təhdidin ilk qurbanlarından biri Pakistandır.

Bu sözləri politoloq Nəzakət Məmmədova qeyd edib. O bildirib ki, ABŞ Taliban və Hakkani şəbəkəsi ilə qənaətbəxş mübarizə aparmayanadək Pakistana təhlükəsizlik sahəsində göstərdiyi yardımı dayandırmaq barədə qərar qəbul etməyə hazırlaşır:

“Prezident Trampın bir müddət əvvəl Pakistanı 15 il ərzində Amerikadan 33 milyard dollar almasına baxmayaraq guya xaos agentlərinə, terrorçulara sığınacaq verməkdə ittiham etməsindən sonra bu ölkəyə verilən 255 milyon dollar dayandırılmışdı. Hətta verilən pulların təyinatı üzrə xərclənməməsi barədə ittihamlar da öz əksini tapsa da, Pakistan xərclənən hər dolların hesabatını verməyə hazır olduğunu bildirib. Bundan başqa,

ANS-in aparıcısı övladını itirdi

Bir müddət öncə bağlanan ANS TV-nin keçmiş əməkdaşı Gülnarə Məmmədova övladını itirib.

O, bu barədə sosial media hesabında məlumat verib.

Bir neçə müddətdir qızı üçün dua edən aparıcı onun yaxşı olmadığı barədə informasiya vermişdi. O, bu dəfə də üzüntüsünü feysbuk hesabından yazıb:

“Qızım, sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən. Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan…”

Qeyd edək ki, G.Məmmədova 2015-ci ildə Özgür adlı türkiyəli iş adamı ilə ailə qurub.

 

42 min müəllimin maaşı artırıldı – Rəsmi

Ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı bu il yanvarın 1-dən artırılıb. Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən, 2017-ci […]

Saakaşviliyə 3 il həbs cəzası verildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barədə 3 il müddətinə həbs qərarı qəbul edib.

O, bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib.

Saakaşvili Cinayət Məcəlləsinin səlahiyyətdən sui-istifadə maddəsi üzrə ittiham olunub və qiyabi olaraq mühakimə edilib.   /Yenicag.Az/ 

İran hadisələrinə Azərbaycan siyasi elitasından fərqli reaksiyalar

Güney Azərbaycan türklərinin aksiyalara qoşulmamasına da münasibət birmənalı deyil  Son günlər İranda baş verən hadisələr dünyada, o cümlədən ölkəmizdə bir nömrəli hadisə olaraq izlənməkdədir. Siyasətçilər, ekspertlər Yaxın Şərqin güclü oyunçularından birinə çevrilən İranın daxili siyasi və iqtisadi vəziyyəti ilə bağlı fərqli mühakimələr yürüdürlər. İrandakı hadisələr daxili etiraz idi, yoxsa İran […]

Azərbaycanda marketə BASQIN EDİLDİ: ÖLƏN VƏ YARALANANLAR VAR

Goranboy rayonunda bir nəfərin ölümü, 4 nəfərin bıçaqlanmsı ilə nəticələnən kütləvi davanın səbəbi məlum olub. Rayonun Dəliməmmədli şəhərində yerləşən “Kral” marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən […]

Oğru dünyasında taxt-tac oyunu — Kim Rusiyaya birinci çatacaq?

Bir neçə nüfuzlu qanuni oğru azadlığa çıxdıqdan sonra “baş oğru” titulu uğrunda mübarizə başlayıb.

 Rusiya mətbuatının yazdığına görə, 2018-ci il oğru dünyasında ən maraqlı il olacaq. Bunun isə bir neçə səbəbi var.

Birincisi, kriminal aləmə ciddi təsir imkanına malik 3 qanuni oğru azadlığa çıxacaq. İkincisi, qanuni oğru Nadir Səlifov təsir dairəsini genişləndirəcək. Bu isə bir çox qurbanlarla müşayət olunacaq. Üçüncüsü, 1 nömrəli qanuni oğru titulu uğrunda mübarizə kəskinləşəcək.

Lotu Quli

2017-ci ildə oğru dünyası üçün ən vacib hadisələrdən biri Lotu Qulinin azadlığa çıxması oldu. Kriminal general Türkiyəyə yerləşdi və klanını formalaşdırmağa başladı. Bununla da 1 nömrəli qanuni oğru tituluna iddialı olduğunu elan etdi. Bunun üçün isə Rusiyada yaşamaq lazımdır. Quli bu səbəbdən Rusiyaya köçmək üçün hazırlıqlara başladı.

Bakı nefti 70 dolları keçdi

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

VTİ neftinin qiyməti 1 barrelə görə 0,05 dollar və ya 0,08% azalaraq 61,96 dollar təşkil edib.

“Brent” markalı neftin 1 barrelinin dəyəri 0,06 dollar və ya 0,09% azalaraq 68,01 dollar olub.

“Azəri Layt” markalı neftin 1 barrelinin dəyəri isə 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib.   /Axar.az/

Şəki dünyanın görməli yerləri siyahısına düşdü

Bu il səyahət edilməli olan 18 turizm marşrutu seçilib.

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki dünyanın görməli məkanları sırasında yer alıb. Qədim şəhər 18 görməli məkanın arasına adını yazdırıb.

Siyahını məşhur “Make time to see the world” səyahət bloqu hazırlayıb. Burada az tanınan, lakin 2018-ci ildə səyahət edilməli olan 18 turizm istiqaməti seçilib.

Burada Şəkinin İpək Yolu üzərində yerləşməsindən, Xan Sarayının gözəlliyi və tikilişindən, eləcə də Şəkinin füsunkar təbiətindən bəhs olunur.

Bloqun tərtib etdiyi siyahıda Vanuatu arxipelaqı, Ortica Siciliya (İtaliya), Siros (Yunanıstan), Olomuts (Çexiya), Skopye (Makedoniya), Urumçi (Çin), Qucarat (Hindistan) kimi turizm istiqamətləri də yer alıb.   /istipress.com/

Nazir müavininin kürəkəni niyə intihar edib? – Təfərrüatlar

Xəbər verdiyimiz kimi, dekabrın 27-də, axşam saatlarında Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. 1987-ci il təvəllüdlü paytaxt sakini Əliyev Elvin Əziz oğlu M.Əlizadə küçəsi, ev 18, mənzil 17- də özünü asaraq intihar edib. Elvin Əliyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkənidir. İntiharın bəzi təfərrüatları […]

Bu avtomobillərin qiyməti bahalaşıb – 15-20%

Dekabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də “online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Bu barədə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynov bildirib ki, ilin sonu olduğu üçün durğunluq gözlənilən idi, ancaq buna baxmayaraq avtomobil bazarında qiymətlərdə 15-20 faiz artım qeydə alınıb.
Onun sözlərinə görə, qiymətlərdə artıma səbəb Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun dəyişəcəyi ilə bağlı yayılan məlumatlar olub.

Ekspert qeyd edib ki, qiymət artımı satışın daha da azalmasına səbəb olub. V.Hüseynov hesab edir ki, bu il yeni avtomobillərin satışı daha aktual olacaq. Onun sözlərinə görə, bəzi banklar və bank olmayan kredit təşkilatları avtomobil kreditləri verməkdə davam edir və digər banklar da öz kredit portfelinə yenidən baxacaqlar, bu növ kreditlər daha da aktuallaşacaq.  /Trend/

Şadlıq saraylarında bunu edənlər qovulacaq – YENİ QAYDA – VİDEO

Artıq bir neçə gündür ki, qapalı və ictimai yerlərdə siqaretdən istifadəyə qadağa qoyulub.

Qadağanın qüvvədə olduğu yerlərdən biri də şadlıq saraylarıdır. Bəs eyni anda yüzlərlə insanın bir arada olduğu şadlıq saraylarında siqaret qadağası necə tətbiq olunacaq? Başqa sözlə, şadlıq sarayları buna hazırdırmı? Məsələyə aydınlıq gətirməyə çalışmışıq.

Bəzi şadlıq saraylarında siqaret çəkən şəxslər zaldan uzaqlaşdırılacaq. Həmin şadlıq saraylarını idarə edən şəxslər belə bir addım atıblar.

“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə paytaxtın əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.

Şadlıq saraylarından bildirildi ki, qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin

“Rəhim Qazıyevin papağını… ” – Hafiz Hacıyevdən yenə ağzını açdı

Azərbaycanın sabiq  müdafiə naziri Rəhim Qazıyevin 90-cı illərin əvvəllərində cəbhə hakimiyyətə xəyanət etməsi barədə zamanla mətbuatda yazılar gedib.

Sonralar “Rusiyanın adamı” hesab olunan Rəhim Qazıyevlə bağlı maraqlı bir iddia da ortaya atıldı. Bildirilirdi ki, R.Qazıyevin başına qoyduğu buxara papaq ona nazir olduğu vaxtlarda Rusiya hakimiyyəti tərəfindən hədiyyə edilib. Bəs bu günlərdə yenidən medianın gündəminə gələn eks-müdafiə naziri barədəki iddia nə qədər doğrudur?

Vaxtilə AXC hakimiyyətdə təmsil olunmuş keçmiş “Azərbalıq” Dövlət Konserninin sabiq sədri, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Rəhim Qazıyev heç bir uğurlu layihəyə imza ata bilməyib.

“Rəhim Qazıyev Elçibəy hakimiyyətinə xəyanət edən bir adam olub. Qiyamçı Sürət Hüseynovla bir yerdə dayanıb. Rəhim Qazıyev Azərbaycanda separatizmin çiçəklənməsinə rəvac verən biridir.

Corc Buşun zabit etdiyi NAXÇIVANLI POLKOVNİK KİMDİR? – ABŞ-da 12 medal alıb – FOTO

AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”sında həmyerlimiz, ABŞ Hərbi Donanmasında xidmət edən polkovnik-leytenant Nəimi Əmiral (John Naimi Amiral) haqqında məqalə yaradılıb.

Bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasından məlumat verilib.

Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, ingilis, rus və italyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ Hərbi Donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra Prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb.

Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qər

İtkin düşən alpinistin VİDEOSU YAYILDI

Dekabrın 23-ü itkin düşən gənc alpinistlərin axtarışları hələ də davam etdirilir.

“Gilavar” hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

Alpinistlərdən Namin Bünyatova aid yeni görüntülər ortaya çıxıb. 4 ay bundan öncə çəkilən görüntüdə Namin Qırğızıstanda 7134 metr hündürlüyündə olan Lenin Zirvəsində görünüb. Həmin kadrları sizə təqdim edirik:    /Unikal.org/

İrandakı aksiyalarda “Avropa izi” tapıldı: Həbs edilən var

Tutulan avropalı nümayişləri təşkil etməkdə fəal iştirak edib.
İranda 1 həftədir davam edən iğtişaşlarla bağlı yeni xəbər yayılıb. Ölkənin Burucerd vilayətindəki aksiya zamanı bir nəfər Avropa vətəndaşı həbs olunub. Tutulan şəxsin konkret hansı ölkə vətəndaşı olduğu haqda məlumat verilmir.

İran mediasının xəbərinə görə, sözügedən avropalı nümayişlərin təşkilində fəal iştirak edib.

Xatırladaq ki, artıq bir həftədir İranda minlərlə insan iqtisadi çətinlikləri səbəb gətirərək hökumət əleyhinə aksiyalar keçirir. İndiyədək 20-dən çox insan həlak olub. Paytaxt Tehranda polis yüzlərlə aksiya iştirakçısını həbs edib.    /Sputnik Azərbaycan/

ABŞ SSRİ kimi süqut edəcək – Şok iddia

ABŞ-ın əhəmiyyət vermədiyi artan borclar və hərbi xərclər bu ölkənin SSRİ kimi süqut etməsinə səbəb olacaq.

Bu sözləri ABŞ-ın Texas ştatının keçmiş qubernatoru, tanınmış respublikaçı Ron Paul deyib.

“Mən iqtisadi baxımdan nəzər yetirirəm. Məncə, SSRİ-in çöküşünə ABŞ-ın hərbi sistemi səbəb olmadı. SSRİ sərbəst bazar iqtisadiyyatında çalışan insanlar üçün yaşanmaz hala gəlmişdi. Sovet sistemində olduğu kimi dəhşətli sona yaxınlaşırıq. Bənzər proses olmayacaq. Bizim əyalətlər ayrılmayacaq. Lakin ölkəmizin ciddi maliyyə problemləri yaranacaq”, – Paul bildirib.  /Axar.az/

İranda aksiyaların əsas səbəbi: 700 milyarddan 380-ə…

Düşünürəm ki, İranda baş verənlər əsasən son illər ərzində bu ölkənin iqtisadiyyatında geriləmənin doğurduğu sosial problemlərlə bağlıdır. Son illər ərzində İranda ümumi daxili məhsulun (ÜDM) həcmi təqribən iki dəfəyədək azalıb, 700 milyard ABŞ dollarından 380 milyard dollara düşüb. Bu da sözsüz ki, insanların gəlirlərinin azalmasına, sosial vəziyyətin ağırlaşmasına səbəb olub. Baş verən etirazların əsas səbəbləri bundan ibarətdir.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

BAXCP sədri qeyd edib ki, korrupsiya, insan haqları və qanunun aliliyi kimi problemlər də aksiyaların digər səbəbləridir:

“İran prezidenti bəyan etdi ki, insanların etiraz etmək haqqı var, amma sözsüz ki, bu etiraz dinc xarakterli olmalıdır. Hesab edirəm ki, bu, baş ver

İşsizlik müavinəti ləğv olunur

Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədar bəzi qərarlarını ləğv edib.

Bununla əlaqədar Nazirlər Kabinetinin “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

Ləğv edilmə ilə bağlı qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, işsizlik müavinəti Konstitusiyanın “Sosial müdafiə hüququ” maddəsi ilə tənzimlənirdi.