Bu şəhərlər dondu: “Soyuq hava bombası” həyatı iflic etdi – FOTOLAR

Amerikanın şimal-şərqində yerləşən ştatlarda “soyuq hava bombası” adlandırılan “Bombogenesis” səbəbi ilə həyat durub. 

Turkustan.info xarici mətbuata istinadən bildirir ki, 4 min uçuş təxirə salınıb, vətəndaşlara “məcburi olmasa, çölə çıxmamaq” barədə xəbərdarlıq edilib.

Qarla bərabər gələn fırtına buzlanmaya səbəb olub. Fırtınanın sürəti isə saatda 130 km olub.

Nyu-York, Pensilvaniya, Nyu-Cersi qar alıtnda qalıb. Hava limanlarında 77 min sərnişin gözləyir. Minneapolisdə havanın temperaturu -25 dərəcə olub.

 /Cebhe.info/