SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

İlkin məlumatlara əsasən yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 2,7, dərinliyi 5 km olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, yeraltı təkanlar Sumqayıtda zəif hiss olunub.  /Metbuat.az/