Yadplanetlilər Azərbaycan sərhədlərinə gəldi – VİDEO

İstifadəçilər Yutub saytında nəhəng meduzanı xatırladan çox qəribə obyektin təsvirinin yer aldığı videoçarx yerləşdiriblər.

Videonu naməlum adamlar dəniz səviyyəsindən 5642 metr yüksəklikdə olan Elbrus zirvəsində çəkiblər.

Məlumata görə, görüntülər ötən ilin dekabrında qeydə alınıb.

Son illərdə KİV və internetdə mənşəyini alimlərin izah edə bilmədiyi obyektlərin şəkilləri və videomaterialları ortaya çıxır. Ufoloqların fərziyəsinə görə, bu obyektlər yadplanetlilərin kosmik gəmisi ola bilər. Lakin sözügedən obyektlərlə bağlı dəqiq fikir söyləmək mümkün deyil.

Qeyd edək ki, Elbrus Qafqazda, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhəddində yerləşən dağ və dağ zirvəsidir. Böyük Qafqaz sıra dağlarının şimalında yerləşir və Rusiyanın ən yüksək dağ zirvəsidir.    /publika.az/