Bu dərmanın qiyməti 1 milyon dollardır – Nə üçün istifadə olunduğunu bilsəniz… – FOTO

Dünyanın ən bahalı dərmanları qiymətlərinə görə diqqət mərkəzinə düşüb.

Turkustan.info-nun məlumatına görə, ən bahalı dərman Hollandiyanın “UniQure” şirkəti tərəfindən istehsal edilən ” Glyberta” adlı dərmandır. Gen terapiyasında istifadə edilən tibbi preparatın qiyməti 1 milyon dollardır. Lakin alıcı olmadığından onun istehsalı dayandırılıb.
ABŞ-a məxsus “Therapeutics” şirkətinin istehsal etdiyi “Luxturna” dərmanı da qiymətinə görə fərqlənir. İrsi göz xəstəliklərinin müalicəsində istifadə edilən preparat, 850 min dollara satışa çıxarılacaq. İddialara görə, həmin dərman problemi tək istifadədə birdəfəlik aradan qaldırılır.