Dünyanın ən böyük ordusuna əmr verildi — “Savaşa hazır olun!”

Çin lideri Şi hərbçilər qarşısında çıxış edib.
Turkustan.info xəbər verir ki, regionda geosiyasi gərginlik artdığı üçün Şi orduya “savaşa hazır olun” əmrini verib. Bununla yanaşı Çin lideri əsgərlərdən ölkələrini müdafiə edərkən ölməkdən qorxmamağa da çağırıb.

Şi Hebey vilayətində Çin Xalq Qurtuluş Ordusunun Mərkəzi Komandanlığına səfər edib və minlərlə əsgərə “Nə çətinliklərdən, nə də ölümdən qorxun”-deyib. Ordudan isə əsl hərbi təlimləri və texniki vasitələrə aid araşdırmaları artırmağı tələb edib.
Çin ordusu 2 milyon hərbçisi ilə dünyanın ən böyük ordusudur.    /Ölkə.Az/