Qarabağda daha bir erməni hərbçisi öldü

İşğal altında olan Qarabağda erməni hərbi qulluqçu ölüb.

Turkustan.info xəbər verir ki, bu gün saat 02:10 radələrində işğal altında olan Qarabağda qondarma qurumun hərbi birləşmələrindən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Mher Vaniki Ziroyan ölüb.

İlkin məlumata görə, erməni əsgərin ölümünə səbəb dəm qazı zəhərlənməsidir.

Faktla bağlı araşdırma aparılır.   /Ordu.az/