Türk ordusundan PKK-ya ağır zərbə – Əməliyyat

Türk ordusunun Diyarbəkirin Licə mahalında 3 gün əvvəl başlatdığı “Bayraq-73 şəhid jandarma Osman Kaya-2” əməliyyatı başa çatıb.

Turkustan.info xəbər verir ki, bu barədə Diyarbəkir valiliyindən informasiya yayılıb.

Əməliyyat nəticəsində terrorçular tərəfindən hazırlanmış partladıcı qurğular zərərsizləşdirilib. Bundan əlavə 2 sığınacaq, 1 müşahidə məntəqəsi və 15 mağara aşkarlanaraq məhv edilib.

Qeyd edək ki, valilik vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əməliyyatların davam etdiriləcəyini açıqlayıb.   /Axar.az/