Xizək sürmək üçün dağa çıxan insanlar ölümlə üz-üzə gəldi – VİDEO

Güclü külək kanatı havada fırladıb.

Avstryada istirahət üçün dağa çıxanlar ölümlə burun-buruna qaldılar. Turkustan.info-nun məlumatına görə, ölkədəki qış turizm mərkəzlərindən birində qəfil başlayan qasırğa turistləri çətin vəziyyətdə qoyub.

“Eleonor” qasırğası zamanı onların bir hissəsi kanatdan asılı vəziyyətdə qalıb. Güclü külək kanat yolundakı oturacaqları, kabinləri möhkəm yelləyib. Havadan asılı qalan insanlar qorxu dolu anlar yaşayıblar.

Montafon vadisindəki mərkəzdə dincələnlərdən biri baş verənləri anbaan kamera vasitəsilə lentə ala bilib. Bir neçə gün öncə internetə yerləşdirilən videonu izləyənlərin sayı milyonlarladır.

Xoşbəxtlikdən heç bir itki qeydə alınmayıb. Güclü külək, qasırğa zamanı kanat yellənsə də o qırılmadığı üçün insanlar sağ qala biliblər.   /İstiPress/