Gün: Yanvar 7, 2018

22 yaşlı gəncin sevdiyi qıza qarşı iyrənc planı: Videoya çəkib şantaj etdilər və…

İki gənc sevdiyi qızlara qarşı iyrənc plan qurublar. Amma bu plan onları dəmir barmaqlıqlar arxasına aparıb. Onlar yetkinlik yaşına çatmayan qıza qarşı zor tətbiq edərək onun videogörüntüsünü çəkiblər. Daha sonra isə onu şantaj edərək pul tələb ediblər. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində 1995-ci il təvəllüdlü […]

Toydan qaçırıb zorla… – VİDEO

Hindistanda bir toyda iştirak edən adam mərasimdən qaçırılıb tanımadığı qadınla evlənməyə məcbur edilib. Turkustan.info xəbər verir ki, adı açıqlanmayan adamın silah gücünə baş tutan evlilik mərasiminin sosial mediada paylaşılan görüntüləri minlərlə insanın müzakirə mövzusuna çevrilib. 26 yaşlı çarəsiz adam şok edici videoda onu qaçıranlara yalvararkən görüntülənib.    /Moderator.az/

Cəfər Cabbarlının Hüseyn Cavid əleyhinə çıxışı – STENOQRAM

Turkustan.info Gülər Qasımovanın “Açıq ədəbiyyat” kitabından bir parçanı təqdim edir.   1934-cü ildə Azərbaycan Şura yazıçılarının birinci qurultayı keçirilib. “Gənc işçi” qəzeti həmin qurultaydakı əsas çıxışların stenoqramını çap edib. Qurultayı 16 iyun tarixli iclasında Cəfər Cabbarlı çıxış edərək Hüseyn Cavidin yaradıcılığını tənqid edib. Cəfər Cabbarlı: – Firqənin ədəbi-bədii təşkilatların yenidən qurulması haqqındakı qərarından […]

Bizi hansı dәhşәtlәr gözlәyir? – 9 öncәgörmә

Sonuncu rus imperatoru II Nikolayın ailəsinin ən yaxın dostu, öncəgörmələri ilə dünyanı lərzəyə salan sadə kəndli Qriqori Rasputin kim idi? Hansı xüsusiyyətlərinə görə savadsız, kasıb bir kişi hakim təbəqənin ən çox güvənib, etibar etdiyi insana çevrilmişdi? Ətrafında çoxlu mistik və tükürpədən əhvalatlar dolaşan Rasputinin ölümü, hətta qəbri belə müəmmalarla doludur. […]

Prezident 5 min nəfəri vətəndaşlıqdan məhrum etdi

Prezident Pyotr Poroşenko 2017-ci ildə 5 mindən çox insanı Ukrayna vətəndaşlığından məhrum edib. Turkustan.info Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının administrasiyası yayıb. “Vətəndaşlığın dayandırılması haqqında fərmanlar 4296 nəfərin vətəndaşlıqdan çıxması, 47 nəfərin vətəndaşlığını itirməsi nəticəsində və 825 nəfərə qarşı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş əsaslar üzrə verilib”, […]

Bin Ladenin 3 oğlu İranda – FOTO

Səudiyyə Ərəbistanın “Əl-Arabiya” kanalı 2009-cu ildə çəkilmiş bir fotonu yayımlayıb. Turkustan.info xəbər verir ki, fotoda “Əl Qaidə” terror təşkilatının öldürülmüş lideri Üsamə Bin Ladenin 3 oğlu – Həmzə, Laden və Məhəmməd yer alıb. Kanal iddia edib ki, foto 2009-cu ildə İranda çəkilib. Bu şəkildən sonra Bin Ladenin oğulları İranı tərk […]

İrandan NÖVBƏTİ ADDIM: İngilis dilinin tədrisinə QADAĞA

İranda orta məktəblərdə ingilis dilinin tədrisi qadağan edilib. Turkustan.info xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb. İran Təhsil Nazirliyinin rəsmisi Mehdi Navid-Ədhəminin sözlərinə görə, ölkənin ali dini rəhbəri Əli Hüseyni Xamenei bildirib ki, ingilis dilinin öyrənilməsi qərb “mədəniyyətinin ekspansiyası”na yol açır. “Dövlət və özəl orta məktəblərində ingilis dilinin […]

“Mehmetçik” F-16-larla yadplanetliləri qovub – Generaldan SENSASİYALI FAKTLAR – VİDEO

1999-cu ildə Suriya sərhədində Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcıları uçan naməlum obyektləri təqib edib. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda eyni tarixdə Diyarbəkrdə Kolordu Komandirliyinin başçısı olan və daha sonra “Balyoz” istintaqından uzun müddət həbsdə qalan general Doğan Temel kitabında yazıb. Onun sözlərinə görə, 19 il əvvəl […]

Rayonlarda avtomobillərin qiyməti bahalaşıb – Səbəbi isə… – VİDEO

Bölgələrdə maşınların qiyməti bahalaşıb. Turkustan.info xəbər verir ki, artım daha çox ikinci əl avtomobillərin qiymətində müşayət olunur. Ən böyük maşın bazarlarından biri olan Bərdənin avtomobil bazarında həftədə iki dəfə satış həyata keçirilir. Bazarda ən çox qiymət artımı ikinci əl və ya Rusiya istehsalı olan avtomobillərdədir. Bazarda daha çox buraxılış ili köhnə olan maşınlara rast […]

Kasıbın varlanması üçün ƏN SADƏ YOL: Onlar bu üsulla ZƏNGİN OLDULAR – FOTOLAR

Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil. Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C.Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir. Turkustan.info Publika.az-a istinadən həmin araşdırmanın nəticələrinə əsasən zəngin olmağın sirlərini təqdim edir: […]

Yəhudi ekstrasens: “III Dünya savaşı belə başlayacaq”

Üçüncü Dünya Müharibəsi Şimali Koreyanın Cənubi Koreyaya hücumu ilə başlaya bilər. Turkustan.info xəbər verir ki, bu proqnozla məşhur ravvin və ekstrasens Levi Saadiya Naxmani çıxış edib. Onun sözlərinə görə, bu savaş dünyanı məhv edə bilər: “Şimali Koreya müharibədə nüvə açarı rolunu oynayacaq. Nə Suriya, nə Persiya, nə Babil, nə də […]

MARAQLI: Banklar bağlanır: Borclar da “bağlanır”?

Lisenziyası ləğv olunan banklara borcu olan vətəndaşlar müəmma içindədir. Belə ki, borclu vətəndaşlar fəaliyyətini dayandıran banklara ödənişi necə etmək haqqında qərar verə bilmirlər. Fikir ayrılığına səbəb olan əsas məsələ həmin borcların hansı şərtlərlə ödənilməsidir. Borclular bankın bağlanmasını bir növ “sevinc”lə qarşılayırlar. Onlar hesab edir ki, bank bağlandığı üçün onlardan borcu […]

Putinin “qara siyahısı”: KİMLƏR VAR?

Rusiyada keçiriləcək prezident seçkilərinə 2 aydan çox vax qalmasına baxmayaraq, seçkidə iştirak edəcəyini açıqlamış prezident Vladimir Putin artıq gələcək planlarından danışmağa başlayıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, seçkidən qalib çıxacağına əmin olan Putin öz komandasında dəyişikliyə gedəcəyinin anonsunu verib. Rusiya başçısı KİV-lərdə yayılan informasiyalarda hökumətin qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində […]

Lotu Quli Moskvada 700 silahlı adamını ayağa qaldırdı

Moskvada xüsusi xidmət orqanları Yeni İl ərəfəsində “qanuni oğrular” Nadir Səlifov (Lotu Quli) və Əziz Batukayevin qruplaşmaları arasında nüfuz dairələrinin bölüşdürülməsinə dair keçirilən “sxodka”nın qarşısını alıblar. Turkustan.info-nun Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə “Praym Kraym” informasiya agentliyi məlumat yayıb. İlkin məlumata əsasən, kriminal avtoritetlər arasında üç Moskva bazarına nəzarət üstündə […]

Qənirə Paşayevabir sıra beynəlxalq təşkilatların rəsmiləri ilə Qarabağdan danışıb – FOTOLAR

Milli Məclisin deputatı Q. Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Təşkilaatının prezidentiAMANY ASFOUR, Beynəlxalq Ticarət Təşkilatının rəsmi nümayəndəsi Vanessa Erogbagbo, AŞPA-nın Bərabərlik və Diskriminasiya Əlehinə Komitəsinin sədri Elene Centemeroilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə […]

Ancaq varlıların yeyə bildiyi 8 bahalı qida

1. Almaz Kürü Kürünün dünyanın ən ləzzətli qidalarından olduğu bilinir. Ancaq Almaz Kürüsü, Beluga Balığının yumurtasından əldə edildiyinə görə dünyanın ən bahalı 10 qidası siyahısında yer alır. Bu xüsusiyyəti sayəsində yalnız 500 qramının qiyməti 8400 dollar ilə 15500 dollar arasında dəyişir.  2. Yubari Qovunu Yaponiyada özünəməxsus bir meyvə olan Yubari […]

SON DƏQİQƏ: İranda növbəti güclü zəlzələ: 51 nəfər…

Bu gün İranın İraqla sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib. Turkustan.info xəbər verir ki,  Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir. Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir. *** […]

Ankaranın yeni Qərb siyasəti: Bakı üçün şans…

2018-ci ildə Rusiya-ABŞ münasibətləri daha da gərginləşəcək. Bu isə bölgədəki geosiyasi duruma təsirsiz ötüşməyəcək. Turkustan.info bildirir ki,  bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq geosiyasi hadisələrin gərgin məcrada inkişaf etdiyini vurğulayıb: “Bir çoxları hesab edir ki, Türkiyənin son zamanlar NATO-dan kənar siyasət yürütməsi və bu fonda Rusiya ilə […]

Şimali Koreya liderindən VACİB SƏRƏNCAM – Bu ölkə ilə…

Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərait yaradılması barədə sərəncam verib. Turkustan.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən TASS məlumat yayıb. “Dövlət başçısı dəqiq şəkildə ifadə edib ki, ölkəmiz müstəqil birlik işində sıçrayış etməyə imkan verən siyasəti qətiyyətlə […]

Türklərin ən çox sevdiyi lider – Azərbaycanlılar Atatürkü seçdi

Türk Cümhuriyyətlərindən 6 ölkədə aparılan anketin diqqət çəkən nəticələri ortaya çıxıb. Turkustan.info “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,  Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda yaşı 18-dən yuxarı olan 500 nəfərə 60 sual verilib. Verilən suallardan biri isə “Türk dünyasında “Tarixi və dövlət adamlarından kimi tanıyırsınız?” olub. Verilən cavablar arasında çoxluq təşkil edəni […]

Son dəqiqə: Əhmədinejad həbs edildi

İranın eks-prezidenti Mahmud Əhmədinejad saxlanılıb. Turkustan.info xəbər verir ki, mərkəzi Londonda yerləşən «Al-Quds Al-Arabi» qəzeti bu barədə Tehrandakı etibarlı mənbələrdən məlumat əldə etdiyini yazıb. Məlumata görə, M.Əhmədinejad İranda baş verən son hadisələrdə xalqı hökumətə qarşı çıxmağa səslədiyi üçün həbs edilib. Qeyd edək ki, M.Əhmədinejad İranın qərbindəki Buşəhr şəhərinə etdiyi səfər […]

Ramil Usubov 104 yaşlı çeçen nənəylə bağlı göstəriş verdi – RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda tapılan “104 yaşlı çeçen qadın”la bağlı məsələyə aydınlıq gətirib. Turkustan.info bildirir ki, bu barədə APA-nın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər. […]

Rusiyada kütləvi dava – Bir azərbaycanlı silahla vuruldu

Rusiyanın Vladivostok şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub. Turkustan.info xəbər verir ki, hadisə Sneqovoy rayonu ərazisində baş verib. Xəbərdə bildirilir ki, hadisə zamanı aralarında bir azərbaycanlının da olduğu 3 nəfər xəsarət alıb. Onlar tibbi yardım üçün xəstəxanaya müraciət ediblər. Xəsarət alanlar arasında azərbaycanlının yarasının ağır […]

Rza Zərrabın Bakıdakı yatırımlarına əl qoyulur – “Bank of Baku”, “Baku Electronics”, “Hundai”…

ABŞ-da məhkəmə qarşısına çıxarılan məşhur qızıl taciri Rza Zərrabın Türkiyəyə qarşı alətə çevrilməsi onun Türkiyədə, İranda və Azərbaycanda olan biznes şəbəkəsinin çökdürə bilər. Rza Zərrab ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunur. Lakin o, istintaqla anlaşaraq Türkiyənin dövlət bankı “Halkbank”ın idarə […]

Damarların təbii yollarla təmizlənməsi

Arteriya və vena damarlarının artıq maddələrdən və duzlardan vaxtaşırı təmizlənməsi damarların elastikliyini və möhkəmliyini artırır,damarların gəncləşməsinə səbəb olur. Turkustan.info immunitet.az-a istinadən bildirir ki, damarların təmizlənməsi bir çox damar xəstəliklərinin,o cümlədən varikoz genəlmənin,görmənin və eşitmənin yaxşılaşmasının,baş ağrılarının azalmasına,sklerozun aradan qalxmasına,infakt riskinin aradan qalxmasına səbəb olur.Damarların təmizlənməsi mədə-bağırsağın,ağ ciyərlərin,bronxların və burun-udlağın işini […]

Azərbaycan domenində saytların sayı artıb

Azərbaycanın milli “.az” domen zonasında 28 986 internet-resurs qeydiyyatdan keçib. 2017-ci ilin yekunlarına əsasən, “.az” domen zonasında internet saytlarının qeydiyyatı ilin əvvəli ilə müqayisədə 18 faiz artıb. Trend bu barədə “WHOIS” resursuna istinadən məlumat verir. Qeydiyyata alınmış ümumi internet-resurslardan 27 104-ü birinci səviyyəli domen zonasında qeydiyyatdan keçib. Bu rəqəm ilin […]

Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub. Turkustan.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və […]

“Kim Çen In yaxşı bilir ki, mən zarafat etmirəm” – Donald Tramp

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla müəyyən şərtlər əsasında danışıqlara hazır olduğunu bildirib. Turkustan.info  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə prezident KXDR lideri ilə telefon danışıqlarına hazır olub-olmamasına dair suala cavabında bildirib. Jurnalistin “Bu o demək deyilmi ki, ABŞ ilkin şərtlər irəli sürmədən danışıqlara […]

Bu analizi Avropada edirlər, bizdə isə… – Ekspert

Türkiyədə yeni doğulan körpələrdən “topuq qanı” adlandırılan analiz götürülür. Körpənin ayağından alınan topuq qanı genetik və maddələr mübadiləsi ilə bağlı olan problemlərin aşkar edilməsi üçün alınır. Türkiyəli həkimlər bildirirlər ki, xəstəliklərin diaqnozu üçün bu, çox vacib analizdir. Azarbaycanlılar üçün bir o qədər də tanış olmayan topuq qanı analizinin xüsusilə körpələrin […]

Etirazlar İran rejimini dəyişir, amma… – Şərh

Bu cür etirazlar İran rejiminin sarsılmasına deyil, əksinə, daha da radikallaşaraq, “islam inqilabı modeli” ayarlarına geri dönməsinə səbəb olmaqdadır. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri analitik Vüqar Zifəroğlu qeyd edib. O bildirib ki, hazırda İranda “ərəb baharı”nı başlatmaq istəyənlərin öz hesablarında nə dərəcədə dəqiq olacaqlarını indidən söyləmək çətindir: “İranda […]

Balıq bazarında qiymətlər – VİDEO

İndi sizə bazarda satışa çıxarılan ən ucuz və ən bahalı balıqlardan danışacağıq. Satıcıların sözlərinə görə hazırda bazarda balıqların qiymətində ciddi dəyişiklik yoxdur. Ən bahalı balıqlar olan qızıl və nərə balığı isə bazarda heç ümumiyyətlə satışa çıxarılmır. Ən ucuz balıq 1 manata, ən bahalısı isə 13 manatadır. Bazarda satışa çıxarılan balıqların […]

Qənirə Paşayeva Seneqal, Sudan, Mozambik və Namibiyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb –FOTOLAR 

Milli Məclisin deputatı Q. Paşayeva Seneqal, Sudan, Mozambik və Namibiyanınictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Seneqal, Sudan, Mozambik və Namibiyanın ictimai […]

Kadırov Goranboyda tapılan 104 yaşlı qadına kömək edib

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Kərbəla adı ilə Goranboya göndərilən 104 yaşlı Çeçenistan sakininə kömək edib. Turkustan.info-nun xəbərinə görə, R. Kadıriv bu barədə Mylistory səhifəsində yazıb. “Son vaxtlar Rusiya və Azərbaycan KİV-də Çeçenistan sakini Mədinə Əliyevanın Goranboyda küçədə soyuqdan donmuş halda tapılması barədə xəbərlər yayılıb. Bütün məlumatlar bir mənbəyə istinadən yazılıb. […]