Damarların təbii yollarla təmizlənməsi

Arteriya və vena damarlarının artıq maddələrdən və duzlardan vaxtaşırı təmizlənməsi damarların elastikliyini və möhkəmliyini artırır,damarların gəncləşməsinə səbəb olur.
Turkustan.info immunitet.az-a istinadən bildirir ki, damarların təmizlənməsi bir çox damar xəstəliklərinin,o cümlədən varikoz genəlmənin,görmənin və eşitmənin yaxşılaşmasının,baş ağrılarının azalmasına,sklerozun aradan qalxmasına,infakt riskinin aradan qalxmasına səbəb olur.Damarların təmizlənməsi mədə-bağırsağın,ağ ciyərlərin,bronxların və burun-udlağın işini rahatlaşdırır və fəaliyyətinə müsbət təsir edir.
Resept №1
120 qram çobanyastığı çiçəyi,solmazçiçək,ağcaqayın çiçəkləri və qoyunqıran xırdalanır,yarım litr qaynar suda 3-4 saat saxlanılır.Dəmləndikdən sonra süzülür və 1 xörək qaşığı bal əlavə edilir.Dəmləmə hər axşam yeməyindən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir.Prosedur dəmləmə qurtarana qədər davam etdirilir.Bu müalicəni yalnız 5 ildə 1 dəfə etmək lazımdır.
Resept №2
100 qram valerian kökü və şüyüd toxumu termosa tökülür və üzərinə 2 stəkan təbii bal əlavə edilir.Bir gün saxladıqdan sonra gündə 3 dəfə yeməkdən əvvəl 1 qaşıq qəbul edilir.
Resept №3
Kivi şirəsi tromboflebitlərin və varikoz genəlmənin qarşısını alır.
Resept №4
200 qram qoz ləpəsi ət maşınından və ya qəhvə üyüddəndən keçirilir üzərinə 1 litr keyfiyyətli araq tökülür və 2 həftə saxlanılır.20 damcı qarışım 60 damcı suya qatılıb hər gün qəbul edilir.
Resept №5
Təzə bağayarpağı(100 qram),gicirtkən yarpağı, qara yemişan və çiyələk yarpaqları eyni miqdarda götürülür və termosda yarım litr qaynar suda 4 saat dəmlənir.Dəmləndikdən sonra süzülür və üzərinə 2 çay qaşığı təmiz bal lavə edilir.Dəmləmədən səhər-axşam 1 stəkan qəbul edilir.
Resept №6
Bir-neçə zəngçiçəyinin təzə yarpaqları az miqdar duzlu suda saxlanılır,üzərinə xırda doğranmış 1 ədəd qoz əlavə edilir.Qarışımdan gündə bir-neçə dəfə yeyilir.