“Mehmetçik” F-16-larla yadplanetliləri qovub – Generaldan SENSASİYALI FAKTLAR – VİDEO

1999-cu ildə Suriya sərhədində Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcıları uçan naməlum obyektləri təqib edib.

Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda eyni tarixdə Diyarbəkrdə Kolordu Komandirliyinin başçısı olan və daha sonra “Balyoz” istintaqından uzun müddət həbsdə qalan general Doğan Temel kitabında yazıb.

Onun sözlərinə görə, 19 il əvvəl Suriya ilə sərhəddə işıq saçan yad göy cisimlərinin uçması səbəbindən bölgəyə F-16 qırıcıları göndərilib. General qeyd edib ki, F-16-ların yad cismi ələ keçirdiyi zaman qırıcıların elektronik sistemləri kilidlənib və geri dönmək məcburiyyətində qalıb. Daha sonra bölgəyə helikopterlər və xüsusi təyinatlı qüvvələr göndərilib.

Uçan naməlum obyekt (UNO) olduğu təxmin edilən cisim daha sonra gözdən itib. Doğan Temel kitabında UNO olduğu deyilən və sərhəd xəttindəki əsgərlərin termal kamera ilə çəkdikləri fotoları da kitabında dərc edib.    /Publika.az/