Son dəqiqə: Əhmədinejad həbs edildi

İranın eks-prezidenti Mahmud Əhmədinejad saxlanılıb.

Turkustan.info xəbər verir ki, mərkəzi Londonda yerləşən «Al-Quds Al-Arabi» qəzeti bu barədə Tehrandakı etibarlı mənbələrdən məlumat əldə etdiyini yazıb. Məlumata görə, M.Əhmədinejad İranda baş verən son hadisələrdə xalqı hökumətə qarşı çıxmağa səslədiyi üçün həbs edilib.

Qeyd edək ki, M.Əhmədinejad İranın qərbindəki Buşəhr şəhərinə etdiyi səfər zamanı “mövcud liderlərin bəziləri xalqın narazılığına və problemlərinə məhəl qoymur və bu liderlərin cəmiyyətdəki reallıqlar barədə heç bir fikri yoxdur” demişdi.   /A24.Az/