SON DƏQİQƏ: İranda növbəti güclü zəlzələ: 51 nəfər…

Bu gün İranın İraqla sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Turkustan.info xəbər verir ki,  Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb.

Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir.

***

İranın Kirmanşah vilayətindəki zəlzələ nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb.    /Axar.az/