Yəhudi ekstrasens: “III Dünya savaşı belə başlayacaq”

Üçüncü Dünya Müharibəsi Şimali Koreyanın Cənubi Koreyaya hücumu ilə başlaya bilər.

Turkustan.info xəbər verir ki, bu proqnozla məşhur ravvin və ekstrasens Levi Saadiya Naxmani çıxış edib. Onun sözlərinə görə, bu savaş dünyanı məhv edə bilər:

“Şimali Koreya müharibədə nüvə açarı rolunu oynayacaq. Nə Suriya, nə Persiya, nə Babil, nə də Qəzzafi. Buraya Şimali Koreya gələcək”.

O bu fikri səsləndirməsinə əsas səbəb kimi ivrit dilindəki Seul kimi olaraq yazılan cəhənnəm sözünün Bibliyada sonuncu müharibə kimi göstərilməsi olduğunu bildirib.   /Axar.az/