Gün: Yanvar 8, 2018

Dünyanın ən bahalı dərmanları – AĞLAGƏLMƏZ QİYMƏTLƏR

ABŞ-ın “Spark Terapeutiks” adlı dərman firması ömürlük korluğun müalicəsinə qarşı yeni dərman hazırlayıb. “Luxturna” adı verilən dərmanın 850 min dollara satışa çıxarılacağı bildirilir. Şirkət bildirib ki, qiymət müəyyən edərkən sığorta şirkətlərinin 1 milyon dollardan artıq səhiyyə xərclərini ödəməsi məsələsindəki narahatlığı nəzərə alınıb. Ömürlük korğulu müalicə edəcək bu dərman inanılmaz qiymətə […]

Ramil Usubov yeni rəis təyin etdi

Daşkəsən Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub. Turkustan.info bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb. Bu vəzifəyə Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucov təyinat alıb. Qeyd edək ki, Daşkəsən Rayon Polis Şöbəsinin əvvəlki rəisi […]

General Cavanşir Məmmədova ağır itki üz verib

Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, hazırda təqaüddə olan polis general-mayoru cənab Cavanşir Məmmədova ağır itgi üz verib. General-mayor Cavanşir Məmmədovun böyük qardaşı PAŞA MÜƏLLİM 2018-ci il yanvarın 7-də vəfat edib. Cavanşir Məmmədova qardaşının vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə […]

Səfər Əbiyevin cəllad Sarkisyanla çox səmimi fotoları yayıldı

Turkustan.info bildirir ki, A24.az MDB müdafiə nazirlərinin 2003-cü ilə keçirilən toplantısının məxfi fotolarını əldə edib. Sözügedən dövrdə Azərbaycanın müdafiə sektoruna cavabdeh şəxs general – leytenant Səfər Əbiyev ölkəni tədbirdə təmsil edir. Düşməni, Ermənistanı isə dövrün milli müdafiə şurasının rəhbəri, indiki prezident Serj Sarkisyan təmsil edir. Fotolardan ortaya  çıxan mənzərə isə […]

Qənirə Paşayeva Mübariz Mənsimova təşəkkür etdi – Bu jestinə görə

Məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov mərhum aktrisa Xanım Qafarovanın qızına mənzil hədiyyə edib. Turkustan.info-nun məlumatına görə, bu bardədə millət vəkili Qənirə Paşayeva bildirib: “Mərhum aktrisamız Xanım Qafarovanın kiçik yaşlı balası, yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi. […]

“Lotu Quli”nin adamınının vurulma səbəbi bu imiş- TƏFƏRRÜAT + VİDEO

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamının bıçaqlanması ilə bağlı bəzi maraqlı faktlar ortaya çıxıb. Turkustan.info  lent.az-a istinadən verdiyi məlumata görə, bir müddət əvvəl həbsdən çıxmış “Yetim Sabir” ləqəbli gənc avtoritet Şəmkirdə bıçaqlanıb. Onun “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevlə ciddi mübahisəsi olub. Həmin mübahisəni əks etdirən telefon danışığı […]

Evakuatorlarla yığılan pullar kimin cibinə axır? – Cəmi 2104 avtomobil və 42 min manat… – VİDEO

Bu gün Lider TV-də yayımlanan “Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı maraqlı məqama toxunulub. Turkustan.info xəbər verir ki, mövzusu “parkinq mədəniyyəti və evakuatorlar” olan verilişdəki qonaq, aparıcı Teymur Əliyev evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib. O, 2016-cı illə bağlı Hesablama Palatasının rəsmi rəqəmlərinin də kifayət qədər maraq […]

İlahiyyatçı Elşad Miri: “Guya Peyğəmbərimiz 50 yaşında 6 yaşlı qızla nişanlanıb” – VİDEO

Bu gün APA TV-nin “İlham Tumasla 40 dəqiqə” verilişində qonaq olan ilahiyyatçı Elşad Miri  qız və oğlan uşaqlarının erkən yaşda evləndirilməsi ilə bağlı mövzunun müzakirəsində iştirak edib. Turkustan.info bildirir ki, müzakirə zamanı ilahiyyatçı Muhamməd Peyğəmbərin 9 yaşında Ayşə anamızla evlənməsinin yanlış olmasından danışıb. Belə bir şeyin Quranda olmadığını, bu haqda bir […]

PKK azərbaycanlı İŞİD-çini əsir alıb, danışdırdı – VİDEO

Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb. O, YPG kürd dəstələri tərəfindən saxlanılıb. İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır. Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb. Terrorçu qeyd edir ki, Suriya sərhədini […]

XƏBƏRDARLIQ: Siqaretlə bağlı daha bir cərimə tətbiq olundu

Milli Məclisin deputatı Vüsal Hüseynov son günlər siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilməməsi və hələ də qadağan edilmiş yerlərdə bu halların davam etməsi ilə bağlı müzakirələrə münasibət bildirib. Millət vəkili qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2-ci maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının […]

Mərhum jurnalistin kitabı hazırlanır

Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı dərc olunacaq. Turkustan.info xəbər verir ki, bu barədə jurnalistin bacısı Sevinc Əliyeva Modern.az-a məlumat verib. O, təşəbbüsün necə yaranmasından söz açıb: “Bildiyiniz kimi Zabil Müqabiloğlu jurnalistika sahəsində öz sözünü demiş, tanınmış jurnalist idi. Zabil şeirlər və hekayələr yazırdı. Onun bir neçə şeir və hekayələri həyatı kimi […]

Universitet məzunu, yoxsa kisəçi?..

Seymur Verdizadə Dahi Nizami hələ 12-ci əsrdə deyirdi ki, yarımçıq papaqçıdansa, kamil palançı yaxşıdır. Bizim eradan əvvəl qədim Azərbaycan torpaqlarında qurulan dövlətlərdə sənətkarların ayrıca məhəllələri olub. Onlar atalarından öyrəndikləri sənəti balalarına öyrədə-öyrədə, halal zəhmətlə dolanıblar. Nahaq deməyiblər ki, yaxşı sənətkar günortaya kimi ac qalar… Sovet hökuməti qurulandan sonra savadsızlığın kütləvi […]

Şuşa və Kəlbəcərin yeni görüntüləri yayıldı – VİDEO

  Sosial şəbəkələrdə Ermənistan tərəfindən işğal olunan Azərbaycanın tarixi Şuşa şəhəri və Kəlbəcər rayonundan görüntülər yayılıb. Turkustan.info xəbər verir ki, videolar Youtube sosial şəbəkəsinə erməni blogger tərəfindən yerləşdirilib və Şuşa “qədim erməni şəhəri” adı ilə təqdim olunub. Bu azmış kimi blogger uydurduğu qondarma tarixi Azərbaycan musiqisinin sədaları altında sosial şəbəkə […]

Milli Məclis deputatların maaşının artması barədə məlumatlara aydınlıq gətirib – RƏSMİ

“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”. Turkustan.info bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı deyib. O qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. “Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni […]

Yanvarın 22-si iş günü olacaqmı?

Azərbaycanda 20 Yanvar – Ümumxalq Hüzn Gününün bu il həftənin şənbə gününə təsadüf etməsi yanvarın 22-də iş gününün olub-olmayacağı sualını doğurub. Turkustan.info-nun məlumatına görə, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə […]

Ərdoğana tarixi dəstək – MHP açıqladı

“Prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmək barədə qərar qəbul edəcəyik”. Bunu müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada keçirdiyi mətbuat konfransında deyib. Ölkənin Böyük Millət Məclisində təmsil olunan dörd partiyadan biri olan və 2002-dən indiyədək hakim Ədalət və İnkişaf Partiyasına qarşı müxalifət mövqeyindən çıxış edən D.Baxçalı bildirib […]

“Gəl mənə əl çək” Elzadan Mikayıl Müşfiqə…

Müğənni yeni şeirini yazdı Əməkdar artist Elza Seyidcahan 2018-ci ilin ilk şeirini yazıb. İfaçı tanınmış şair Mikayıl Müşviqin “Rəssam”na nəzirə yazıb. Onun yeni “əsəri” “Gəl mənə əl çək, Müşviq” adlanır. Turkustan.info qalmaqallı şeirləri ilə məşhurlaşan ekstravaqant ulduzun şeirini təqdim edir: Gəl mənə əl çək, Müşviq 6 yanvar anım günündür, Müşviq […]

XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək – Qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında yanvarın 9-u […]

Fransa Rusiya sərhədinə hərbi texnika göndərir

Fransanın 250-dən çox hərbçisi yanvar ayında tanklar və hərbi maşınlarla birgə NATO-nun Litvadakı beynəlxalq batalyonuna qoşulacaq. Turkustan.info xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyindən informasiya yayılıb. Məlumata görə, fransız hərbçilərin Litvadakı NATO hərbçilərinə qoşulması yanvarın ortalarına qədər baş tutacaq.   /Axar.az/

Petrosyanın “Qarabağı qaytaraq” tələbi gündəmdə – Güzəşt…

“Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Arman Musinyan deyib. Onun sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı […]

Erməni ordusu Qarabağda itki verdi

Ermənistan ordusunun işğal altında olan Azərbaycan torpaqlarında yerləşən qoşun birləşmələrinin bir hərbi hissəsində əsgər ölümü baş verib. Turkustan.info erməni mediasına istinadən bildirir ki, yanvarın 7-də, saat 13.20-də Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində 1998-ci il təvəllüdlü erməni hərbçisi Vaçe Çilinqaryan məhv edilib. Qeyd edək ki, düşmənin Hadrutdakı müqaviləli hərbçilərindən biri […]

Azərbaycanda kredit bürolarına nəzarət qaydaları təsdiqlənib

Azərbaycanda kredit bürosu yaratmaq üçün nizamnamə kapitalının minimum məbləği 2 mln. manat müəyyən edilib. Turkustan.info xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının təsdiq etdiyi və artıq qüvvədə olan “Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti qaydaları”nda bildirilir. Qaydalarda həmçinin deyilir ki, məcburi ləğv edilmiş və yaxud müflis […]

“Borca görə arvadını təklif etdi” – Bakıda şok olay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Turkustan.info Report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. S.Abıyev özünü elan edilən ittihamla təqsirli bilib. O, ifadə verməzdən əvvəl mərhumun atasının zaldan çıxmasını […]

Şəxsiyyət vəsiqəsində doğum tarixi yazılmayan YEGANƏ ADAM – FOTO

Türkiyənin Karabük bölgəsində yaşayan 76 yaşlı qadın bu vaxtadək ad günü sevinci yaşamayıb. Turkustan.info xəbər verir ki, buna səbəb qadının şəxsiyyət vəsiqəsində doğulduğu ay və ilin yazılmamasıdır. 76 yaşlı Rahmiye Ertüngü bu günlərdə türkiyəli jurnalistlərin sürpriz addımı nəticəsində həyatında ilk dəfə ad günü tortu kəsib. Hətta yaşlı qadın “onsuz da […]

Rəhmanla Rəmiş hələ də danışmır: “Evinə qədər getdim, məni saymadı”

Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə həmkarı, xalq artisti Rəmiş arasında soyuq müharibə hələ də davam edir. Turkustan.info bildirir ki, Yeniçag.az-a açıqlama verən gitara ifaçısı Rəmişin özündən yaşca kiçik sənətkarlara qarşı qısqanclığından danışıb: “Konsertimə gəlmədiyi üçün aramızda yaranan soyuqluq bu gün də davam edir. Ağsaqqal bilib, onun evinə qədər getdim. […]

Kadırov Kərbəla adı ilə Goranboya gətirilən 104 yaşlı nənəyə sahib çıxdı

Bu gün Mədinə Əliyevanın məsələsi həll edilməlidir. Çeçenistanın rəhbəri Ramzan Kadırov Yeni il ərəfəsində Kərbəla adı ilə aldadılaraq Azərbaycanın Goranboy rayonuna aparılan 104 yaşlı Mədinə Əliyeva ailə bağlı hərəkətə keçdi. Turkustan.info-nun Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Kadırov çeçen əsilli olduğunu idda edən qadını ölkəsinə aparmaq niyyətindədir. Məlumatına görə, 104 […]

Fazil Məmmədovun “kitayski roza” biznesi – 200 istixanası üzə çıxdı

Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş Fazil Məmmədovun böyük bir biznes imperiyası var. Nazirliyi dövründə xüsusilə özəl sektora təsir dairəsinin genişliyi Fazil Məmmədova böyük pullar əldə etməyə, özünə sərvət toplamağa imkan yaradıb. Sahibkarlar kasıbladıqca Fazil Məmmədov məmur-oliqarx ranqına çatıb, biznesi də ölçüsüz corab kimi genişlənib. […]

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Azərbaycan Mərkəzi Bankı 8 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, yanvarın 8-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2,0445 manat təşkil edir. 1 türk lirəsi 0,4550 manat, 1 rus rublu 0,0299 manat, 1 İran rialı […]

Rusiya böyük savaşa hazırlaşır – General

Rusiya NATO-ya üzv ölkələrə qarşı hərbi fəaliyyətlərə hazırlaşır. Turkustan.info xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsində Estoniya Silahlı Qüvvələrinin komandanı, general-leytenant Rixo Terras söyləyib. Onun sözlərinə görə, “Qərb-2017” hərbi təlimi zamanı Moskva NATO-ya qarşı Avropada genişmiqyaslı hərbi kampaniya ssenarisi üzərində işləyib. “Bu, təkcə Baltikyanı dövlətlərə qarşı yönəlməyib. Buraya Şimaldan Qara […]

1000 dollarla hansı biznesi qurmaq olar?

Şəxsi biznes qurmaq əksəriyyətin arzusudur. Hətta uğurlu iş yeri və sabit gəlir kimi anlayışlar da şəxsi biznesin yaratdığı üstünlüklərə kölgə sala bilməz. Öz biznesimizin təmin etdiyi rahatlığı, yüksək motivasiyanı və idarə olunan gəlirliliyi başqa heç bir iş əvəz edə bilməz. Amma biznes qurmaq üçün sərmayə lazımdır ki, əksəriyyətdə belə imkanlar […]

Bakıda “kalqotka” aldırmaq üçün taksi sifariş etdi – FOTO

Bakıda maraqlı hadisə baş verib. Turkustan.info-nun məlumatına görə, qadın sərnişin “kalqotka” aldırmaq üçün taksi sifariş edib. Belə ki, sürücü xanımdan pulu götürüb, qara rəngdə kapron “kalqotka” alaraq, onu sifariş edən qadına çatdırmalı imiş. Həmin qeyri-adi sifarişin fotosu sosial şəbəkələrdə yayılıb. Fotonu sizə təqdim edirik: /yenicag.az/

NATO və Rusiya hərbi rəhbərləri Bakıda görüşəcək

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə görüşəcək. Turkustan.info-nun məlumatına görə, bu barədə “BuzzFeed” portalı adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən məlumat yayıb. Məlumata əsasən, görüş yanvar ayında Bakıda keçiriləcək. “Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü […]

Azərbaycanlıların qohum qız alma sevdasının QORXUNC ÜZÜ

Dünyada qohum evlilikləri ilə illərdir aparılan mübarizə öz nəticəsini göstərsə də, Azərbaycanda hələ də azalmaq bilmir. Əsasən rayon yerlərində hamı özünün yaxın qohumunun qızını gəlin olaraq evinə gətirməyə çalışır. Yaxın qohum olmadıqda isə, uzaq da olsa, oğlunu “özününkülərdən” biri ilə evləndirir. Lakin ailələr təkrak-təkrar qan bağı olan evliliklərdən dünyaya gələcək […]