Səfər Əbiyevin cəllad Sarkisyanla çox səmimi fotoları yayıldı

Turkustan.info bildirir ki, A24.az MDB müdafiə nazirlərinin 2003-cü ilə keçirilən toplantısının məxfi fotolarını əldə edib.

Sözügedən dövrdə Azərbaycanın müdafiə sektoruna cavabdeh şəxs general – leytenant Səfər Əbiyev ölkəni tədbirdə təmsil edir.

Düşməni, Ermənistanı isə dövrün milli müdafiə şurasının rəhbəri, indiki prezident Serj Sarkisyan təmsil edir.

Fotolardan ortaya  çıxan mənzərə isə çox üzücüdür.

Sarkisyan – Xocalı qətliamında  və Qarabağ müharibəsindəki cinayətləri sübut edilmiş şəxsdir.

İkincisi, döyüşçünün bir diplomatdan daha artıq “incə”, “üzügülər” davranması da absurddur.

A24.az