Gün: Yanvar 9, 2018

Metroda intihar edən gənclə bağlı — ŞOK FAKTLAR

Ötən axşam “Ulduz” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən 22 yaşlı Gəncə şəhər sakini Mustafazadә Rәşad Elixan oğlu barədə ilkin ekspertiza nümunələri məlum olub. Turkustan.info bildirir ki, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən “Ölkə.Az”a verilən məlumata görə, R.Mustafazadə əvvələr psixoloji problemlərdən əziyyət çəkib, hətta 1 nömrəli Psixatriya xəstəxanasında da […]

Dünya tarixinin ən varlı adamı odur

Dünya tarixinin ən varlı adamı açıqlanıb. Turkustan.info CNN-ə istinadən xəbər verir ki, bu, “Amazon” şirkətinin təsisçisi Ceff Bezosdur. Amerikalı iş adamının varidatı 105,1 mlrd. dollar məbləğində dəyərləndirilib. 53 yaşlı milyarder bu göstəriciyə görə “Microsoft” şirkətinin təsisiçisi Bill Geytsi geridə qoyub. Qeyd edək ki, Bezos “Amazon”u 1994-cü ildə yaradıb. 2016-cı ildə […]

Güney Azərbaycanda böyük sərkərdə Abbas Mirzəyə heykəl ucaldıldı – FOTOLAR

Güney Azərbaycanda böyük sərkərdə, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin heykəlinin açılış mərasimi keçirilib. Turkustan.info xəbər verir ki, böyük sərkərdənin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi bazar günü bir çox yerli məsulların iştirakı ilə keçirilib. Heykəl Araz Azad Ticarət Məntəqəsinin Abbas Mirzə meydanında ucaldılıb. Araz Azad Ticarət Məntəqəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı […]

Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır – Nüvə silahları İŞƏ SALINIR

Pekin Yaxın Şərqdə hərbi gücünü artırmaq və Pakistanda ikinci xarici hərbi dəniz bazasını tikmək niyyətindədir. Turkustan.info xəbər verir ki, bu haqda “South China Morning Post” qəzeti yazıb. Bazanın Qvadar strateji əhəmiyyətli limanın yaxınlığında tikilməsi planlaşdırılır. Liman Çin Xalq Respublikasının lideri Si Çinpinin təşəbbüskarı olduğu “Bir kəmər – bir yol” cənubi-şərqi […]

Xərçəngdən qoruyur, immuniteti gücləndirir… – GƏNCLİK ELİKSİRİ

Limon və sarımsaqla hazırlanan, “Sarımsaq eliksiri” adlanan qarışım son zamanlar dildən-dilə dolaşaraq xeyli məşhurlaşıb. “Gənclik eliksiri” də adlandırılan və iki ərzaqdan ibarət olan bu sadə qarışımla şəfa tapdığını söyləyənlərin sayı gündən-günə artır. Turkustan.info lent.az-a istinadən bu faydalı qarışımın reseptini təqdim edir. Damar tıxanıqlığı, təzyiq, ürək və immunitet sistemi üçün istifadə […]

Bankların kredit siyasəti: Öz bazarlarını özləri bağlayır

Bankların kredit portfeli azalıb.Belə ki, 2017-ci ilin noyabrında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən müştərilərə verilən kreditlərin həcmi azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya görə ötən ilin noyabr ayının 30-na bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 milyard 780,2 milyon manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə […]

Azərbaycan televiziyasından Dövlət Yol Polisinə köntöy sual: bu pullar hara gedir? – VİDEO

Canlı efirdə gərgin dəqiqələr. Lider telekanalının efirində yayımlanan “Status” proqramında yol polisinin hərəkətləri kəskin tənqid olunub. Turkustan.info-nun məlumatına görə, proqramın həmin buraxılışı Bakının küçələrindən tələb olunan qaydada dayanmayan avtomobilləri aparan evakuator xidmətinin işinə həsr edilib. Bakı Şəhər Yol Polisi İdarəsi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Əsədovun iştirak etdiyi verilişdə qonaqlardan […]

ABŞ PKK ilə birgə ordu qurur – Şok iddia

PYD ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında ordu yaratmağa hazırlaşır. Turkustan.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu səbəbdən 400 PYD döyüşçüsünə “Sabahul Hayır” düşərgəsində təlim keçdiyi bildirilib. İddiaya görə, MKİ əməkdaşları PYD döyüşçülərinə nəzəri və texniki təlim keçərkən, Pentaqonun xüsusi təyinatlı bombardmançı […]

ABŞ-da timsahlar su ilə birgə dondu – VİDEO

ABŞ-ın Şimali Karolina ştatında “Shallotte River Swamp Park” Milli Parkında alliqatorlar (timsah) su ilə birgə donublar. Turkustan.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlar yuxuya dalıblar və bilərəkdən burun və ağız hissələrini suyun üzərinə çıxarıblar. Milli parkın nümayəndələri bildirirlər ki, temperatur yüksələn kimi, alliqatorlar oyanacaq. Qeyd edək ki, son həftələr […]

Rövşən Lənkəranskinin polkovnik qardaşı azadlığa buraxıldı

Dünən axşam azərbaycanlı məmur — Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Turkustan.info-nun məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Canıyevlə birlikdə […]

Qənirə Paşayeva Pakistan və Sudanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə: “Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir”

Millət vəkili Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdinin və Pakistan Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbəri Nasreen Mahdi rəhbərlik etdiyi heyətlər ilə görüşüb və onlara ölkələrinin Xocalı Soyqırımını qəbul etdiyindən dolayı təşəkkür edib, “öz adımdan, bütün Xocalılar və bütün azərbaycanlılar adından ölkənizə ədalətin yanında […]

Azercell daha 25 tələbəni təqaüdlə mükafatlandırdı

Ölkənin lider mobil rabitə təminatçısı Azercell Telekom-un 2017-ci il üçün elan etdiyi Tələbə Təqaüdü proqramının qalibləri artıq bəlli olub. 1200-dən çox tələbənin müraciət etdiyi proqramda 25 nəfər Azercell Təqaüdçüsü fəxri adını qazanıb. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti, ADA Universiteti ,Naxçıvan Dövlət Universiteti, […]

Qənirə Paşayeva: “Qadınlar arasında siqaret çəkənlərin sayı artıb”

Yaxın zamanlarda tütün istifadəsi ilə bağlı qəbul edilən qadağa sahibkarları təşvişə salsa da millət vəkili Qənirə Paşayeva bu məsələyə aydınlıq gətirib. Turkustan.info xəbər verir ki, Qənirə Paşayeva qaydalara tam riayət lunması üçün Dövlət qurumlarının ciddi nəzarət etməli olduğunu  bildirib. Millət vəkilinin sözlərinə görə, rəsmi qurumlar biganə qalarsa qəbul edilmiş qadağalar əhəmiyyətini […]

Böyük Səhraya qar yağdı – FOTO + VİDEO

Xristian teoloqlar Antixristin gələcəyindən qorxurlar Əlcəzairin Ayn-Sefra şəhəri yaxınlığında Böyük Səhraya ikinci dəfə qar yağıb. Turkustan.info-nun məlumatına görə, “Daily Mail” bildirib ki, bu günlərdə yağmış qar təxminən 40 santimetr təşkil edib. Amma axşam saatlarına qar əriyib, çünki havada 5 dərəcə istilik olub. Son 37 il ərzində Böyük Səhrada üç dəfə […]

İlham Əliyev onları “Şöhrət” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhübəli oğlu Əzizov “Şöhrət” ordeni ilə təltif edilib.    /BakuPost.az/ 

İranda keçirilən etiraz aksiyaları zamanı 3700 nəfər saxlanılıb

2017-ci ilin sonlarında İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalar zamanı təxminən 3700 nəfər saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri İran parlamentinin Təhsil məsələləri üzrə komitəsinin üzvü Mahmud Sadiqi ICANA agentliyinə açıqlamasında deyib. O bildirib ki, etirazçıların saxlanılması müxtəlif təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfində həyata keçirildiyindən onların […]

Ermənilər ASALA-nı DİRİLDİR: 600 min azərbaycanlı üçün BÖYÜK TƏHLÜKƏ

1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib. Onun sözlərinə görə, “Virk-Yerkir”in keçmiş rəhbəri Vaaqn Çakalyan 2008-ci ildə silahlı qruplaşma quraraq, […]

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir… – Son 2 gündə 4 SUİSİD

Son dövrlər Azərbaycanda intiharlar – xüsusilə də gənclərin özünəqəsd halları sürətlə artır. Bu insanlar cəmiyyət tərəfindən basqılar, ailədaxili problemlər və bu kimi bir sıra narahatlıqlardan, dözülməz vəziyyətlərdən qaçmaq üçün intihar yolunu seçir. Amma yəqin ki, başqa səbəblər də var… İntihar edən şəxs müəyyən dövrlərdə depressiyada olduğunu, heç kimlə əlaqə saxlamaq […]

Bakıda “Ariva” otelə 3 fahişə çağıran 56 yaşlı ərəb öldü

Yanvarın 8-də Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, insident Zərdabi küçəsində yerləşən “Oriva” hotelinin 311 nömrəli otağında baş verib. Ölən turistin 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib. Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından […]

Əsəd İsrailin cavabını verdi – Qırıcı məhv edildi

Suriya hava hücumundan müdafiə sistemlərinin İsrailə məxsus qırıcı təyyarəni vurub. Turkustan.info xəbər verir ki, bu barədə rəsmi SANA agentliyi informasiya yayıb. Məlumata görə, İsrail aviasiyası əvvəlcə Livan hava məkanından Suriya istiqamətində zərbələr endirib. Qırıcılardan birinin vurulmasından sonra isə Qolan yüksəklikləri istiqamətində atılan raketlər Dəməşqin hava hücumundan müdafiə sistemləri tərəfindən havada […]

Siqaret aludəçilərinin və obyekt sahiblərinin narahatlığına son!

Millət vəkili: “İnzibati Xətalar Məcəlləsində istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur” “İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2. maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə […]

Ağdaşda 27 yaşlı qızdan biznesmen kişiyə qarşı şok hərəkət: Özü ilə əlaqə qurdu, qızını…

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Günel Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Günel Mustafayeva 2017-ci ilin fevral ayının əvvəllərindən başlamaqla müxtəlif vaxtlarda Nizami Quliyevin və onun qızı haqqında rüsvayedici məlumatlar yayma, ailəsini dağıtmaqla və s. yollarla hədə-qorxu gələrək, külli […]

Serj Sarkisyan ağır vəziyyətdə xəstəxanaya aparıldı

Ermənistan prezidentinin administrasiyası xəstəliyin yüngül olduğunu iddia edir Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan prezident Serj Sarkisyanın xəstəxanaya yerləşdirilməsi barədə xəbəri şərh edib. Turkustan.info məlumatına görə,  Akopyan “İnterfaks”a bildirib ki, Serj Sarkisyanın vəziyyətinin ağırlaşması səbəbindən Yeni il bayramında xəstəxanaya yerləşdirilməsi barədə KİV-lərin yazdığı xəbər doğru deyil. “Bu məlumat həqiqətə uyğun […]

İntihar etdiyi deyilən şair sağdır? – Dənizdən çıxan meyit onun deyil

Dənizdən çıxarılan meyit intihar etdiyi deyilən Məlik Cahangirovun deyil.  Turkustan.info xəbər verir ki, bu barədə Teleqraf.com-a açıqlamasında Məlikin bibisi oğlu Xəyal Kərimov deyib. Onun sözlərinə görə, axtarışlar hələ də davam edir: “Dünən gecədən axtarırlar. Məlikin ailə üzvləri, qohumları da burdadırlar. Hələ də ümidimiz var ki, intihar etməyib, sağdır, özünü dənizə […]

Mikayıl Cabbarov 64 nəfəri işdən çıxardı

Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır. Vergilər Nazirliyindən verilən məlumat görə, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır. “Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi […]

İntihar edən şairin dəhşətli statusları…

Özünü dənizə atmadan bir saat öncə intihar edəcəyi yerin şəklini çəkərək şeirlə birlikdə paylaşıb. Dünən özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahangirovla bağlı bəzi detallar məlum olub. Lerik rayon sakini olan gənc uzun müddətdir “Məlik Cahan” imzası ilə şeirlər yazırmış. O, son günlər sosial şəbəkədəki hesabında pessimist […]

Şıxliniskaya cinayət işi açıldı – 8 milyonluq vergidən yayınma iddiası

Azərbaycanda məşhur klinikanın rəhbərinə cinayət işi açılıb. “Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır. Xatırladaq ki, həmin klinika ilə daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Belə ki, “Leyla Şıxlinskaya” klinikasının […]

Özünü 600 manata görə öldürüb! – Təhsil haqqını ödəyə bilmirmiş

Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş. Turkustan.info xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib. Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: “Bu səbəbdən təhsil […]

“Əməliyyat olunmamışam” – Tanınmaz hala düşən Aşıq Əli danışdı – VİDEO

Aşıq bildirib ki, arıqlamaq üçün heç bir əməliyyat keçirtməyib. “Bir az yeməkləri və qazlı suyu azaltdım. Artıq 15-20 kiloqramım qalıb. Məni eşidənlərə demək istəyirəm ki, arıqlayanda belə həkimə getmirəm. Deyirlər ki, əməliyyat elətdirib. Mən onu xoşlayan bir insan deyiləm. Həkimlər mənə təmənnasız etmək istəyiblər. Ancaq ehtiyac yoxdur. Sadəcə yaxşı ətraf […]

Ölümcül təhlükə Rusiya sərhədlərində – Putin hücum ƏMRİ VERƏCƏKMİ?

Donbasda Ukrayna hərbiçilərinin sərəncamında artıq ABŞ-dan çatdırılan letal (ölümcül) silahlar var. Turkustan.info “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, “BelçikaDan” layihəsinin Şərqi Avropa və Avrasiya məsələləri üzrə aparıcı tədqiqatçısı Arik Toler bildirib. Onun sözlərinə görə, Ukraynaya ölümcül silahların çatdırılması ətrafında yaranan səs-küy təəccüblü görünür. “Çoxlar “Javelin” tank əleyhinə raket komplekslərinin Ukraynaya satışı […]

İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində açılış etdiFOTOLAR 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limani kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub. İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci […]

Naxçıvan-Məşhəd beynəlxalq sürət qatarının hərəkəti bərpa edilir

Yanvarın 11-dən 16/15 №-li Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən    Turkustan.info-ya verilən məlumata görə, qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7-00-da yola düşəcək. Məşhəd stansiyasına 12.01.2018-ci il tarixdən etibarən […]

Qənirə Paşayeva Mavritaniyanın prezidenti, İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti ilə görüşlərində Qarabağdan danışıbFOTOLAR 

Millət vəkili Q.Paşayeva Mavritaniyanın prezidenti xanım Ameenah Gurib və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşdə Qarabağdan danışıb. Millət vəkili Q.Paşayeva Mavritaniyanın prezidenti prof. Ameenah Gurib və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández […]

Əsassız vergi borclarının silinməsinə başlandı – Yeni nazirdən tapşırıq

İş adamlarına borcların əsassızlığını sübut edən sənədlərin vergi orqanlarına təqdim olunması istənilir Vergilər Nazirliyində rəhbər dəyişikliyi baş verərkən  sahibkarlar, ekspertlər vergi sistemində dəyişikliyə ehtiyacı olan istiqamətləri qeyd edərək, Mikayıl Cabbarovun məhz həmin sahələrə diqqət yetirməsinin gərəkdiyini bildirmişdilər. Yeni nazirdən ən çox gözləntisi olanlar, əlbəttə, sahibkarlardır.  Xatırladaq ki, Fazil Məmmədovun rəhbərliyi […]

Çin Pakistanda hərbi baza açır: ABŞ-a qarşı həmlə

Çin Pakistanın Qvadare limanı yaxınlığında özünün hərbi dəniz bazasını tikməyi planlaşdırır. Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı “Çayn Morninq Post” qəzeti yayıb. Qəzet yeni baza sayəsində Çin Hərbi Dəniz Donanmasına maddi-texniki dəstək veriləcəyini bildirib. Üstəlik, bu bazanın Çinlə Pakistan arasındakı strateji əhəmiyyət daşıyan iqtisadi dəhlizin son dayanacağı olan limanın […]

Təhsil Nazirliyində yeni rəhbər seçildi

Təhsil Nazirliyinin (TN) Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədova həvalə olunub. Turkustan.info-nun məlumatına görə, yeni təyinata qədər Aparat rəhbəri vəzifəsini M.Məmmədov icra edəcək. Qeyd edək ki, TN Aparat rəhbəri vəzifəsi uzun müddətdir vakantdır. Bu vəzifənin icrası müvəqqəti olaraq nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyevə […]

Bakı metrosunda intihar edən gəncin görüntüsü yayıldı – İki hissəyə bölünüb – FOTO+VİDEO 18+

Bakıda “Ulduz stansiyasında” intihar edən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlunun intihardan sonrakı görüntüləri yayılıb. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, görüntülər bir sərnişin tərəfindən çəkilib və qeyd olunur ki, intihar edən şəxs qatarın altında qalaraq iki hissəyə bölünüb və sərnişinlər qatardan təxliyə olunur. Meyidin çıxarılamı üçün […]

Bakının gecə həyatı: 300 manatlıq eskortlar, min manatlıq stollar – Min bir gecə nağılı kimi – VİDEO

Möhtəşəm miksli musiqilər, mərkəzdə əyləncə dəlisi gənclər, arzu edilən zövqlə bəzədilmiş süfələr.. Bütün bunlar gecə klublarının artıq əvəzolunmazlarıdır. Bu əvəzolunmazların da bir dəyəri, qarşılığı var təbii ki… Pyataxtın samballı məkanlarında gecə əyləncəsi yaşamaq istəyirsinizsə, bu əyləncənin girib qıraqdan tamaşaçısı olmaq sadəcə və sadəcə 20 azn pulunuzu gözdən çıxartmalısınız deməkdir. Yox, mən […]

“Torpaqlarımız SSRİ tərəfindən ermənilərə hədiyyə verildi”

Əli Həsənov Aİ-nin Azərbaycan nümayəndəsi ilə görüşdü. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verən Baş nazirin müavini qeyd edib ki, […]

İranda yenidən ZƏLZƏLƏ

İranın şərqində 4 bal gücündə zəlzələ baş verib. Turkustan.info-nun məlumatına görə, təkanların episentri Kirman şəhərindən şəhərindən 66 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Qeyd edək ki, yanvarın 6-da İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər xəsarət […]

Sənətinin ölməz sultanı

Elin istəyidir mənim sənətim, El sənətdən, sənət eldən ayrılmaz. Könül duyğusudur, könül həmdəmi, Onun səsi heç könüldən ayrılmaz. (Aşıq İmran Həsənov)    İmran Mehralı oğlu Həsənov 1931-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Gənc yaşlarından aşıqlıq sənətinə meyl etmiş və bu sənətin sirlərini əmisi aşıq […]

Yadplanetlilərin öldürdüyü alpinistlər – 9 alpinist necə qətlə yetirildi? – FOTOLAR (18+)

1959-cu ildə Ural dağında baş verən sirrin üstü hələ də açılmayıb.Turkustan.info məlumatına görə, alimlər müəmmalı şəkildə ölən 9 alpinistin ölüm səbəblərini araşdırır. Bəzi fərziyyələrə görə, alpinistlərin ölmünə yadplanetlilər səbəb olub. Lakin bu iddialar hələlik təsdiqini tapmayıb. Maraqlıdır ki, ölən alpinistlərin üzərində xüsusi amansızlıq izləri yoxdur. Onların hansı yolla vəfat etdiyinə […]

Gövhər daim Mehriban xanımın diqqət və qayğısında olub

Balaca Gövhərə illərdir daima dəstək olan hörmətli Mehriban xanıma öz adımdan və Gövhərin adından bir daha təşəkkürlər. Gövhərlə bağlı məsələləri diqqətdə saxlayan və onun yaşayışı ilə bağlı suallar ünvanlayan dostlara demək istəyirəm ki bu ailə mərhum Xanım Qafarovanın vəfat etməsindən sonra daima Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın diqqətində olub […]