Çin Pakistanda hərbi baza açır: ABŞ-a qarşı həmlə

Çin Pakistanın Qvadare limanı yaxınlığında özünün hərbi dəniz bazasını tikməyi planlaşdırır.

Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı “Çayn Morninq Post” qəzeti yayıb. Qəzet yeni baza sayəsində Çin Hərbi Dəniz Donanmasına maddi-texniki dəstək veriləcəyini bildirib. Üstəlik, bu bazanın Çinlə Pakistan arasındakı strateji əhəmiyyət daşıyan iqtisadi dəhlizin son dayanacağı olan limanın yaxınlığında yerləşdiyi vurğulanıb.

Qeyd edək ki, bu, Çinin xaricdə ikinci hərbi dəniz bazasıdır. Pekin ilk bazasını 2016-cı ildə Cibutidə ABŞ bazalarının yaxınlığında tikmişdi.   /Axar.az/